Azərbaycanlı riyaziyyatçılar beynəlxalq olimpiadada-FOTOLAR
Riyaziyyatçılarımız ABŞ-ın Kalumbiya Universitetində Beynəlxalq Olimpiada da ölkəmizi təmsil edir.
Edupress.az xəbər verir ki, “Global Olympic Center”-in təşkilatçılığı ilə ölkəmizin müxtəlif məktəblərindən ibarət istedadlı şagirdlər iyulun 9-13-ü aralığında Nyu York ştatında Beynəlxalq Kopernikus Olimpiadasının riyaziyyat üzrə qlobal mərhələsində ölkəmizi təmsil edir. Komandamız müxtəlif yaş qrupundan 60 şagirddən ibarətdir. Belə ki, 5 kateqoriya üzrə Azərbaycanı təmsil edəcək şagirdlərimiz 5 gün ərzində həm gəzib, həm də yarışacaq.
İyulun 10-da Kalumbiya Univeristetində açılış mərasimi təşkil olunub. Komandamız dövlət himnimizin sədaları altında səhnəyə çıxıblar. Riyaziyyatçılarımız beynəlxalq turnirdə 22 ölkə ilə yarışır. Qeyd edək ki, olimpiadanın qlobal mərhələsi iyulun 11-də, mükafatlandırma mərasimi isə 12 iyul tarixində keçiriləcək.