• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Keçid balları ilbəil aşağı düşür: Bu il necə olacaq?

  • 14-07-2023, 12:29

Bəzən, hər hansı bir ali təhsil müəssisəsində müxtəlif ixtisaslar üzrə dəyişən-ötən illərlə müqayisədə artan-azalan keçid balları - abituriyentlərdə, onların valideynlərində ciddi narahatlıq və narazılıqlar yaradır. İlk növbədə bunu bilmək lazımdır ki, hər hansı universitetdə istınilən ixtisasın keçid balını nə həmin ali təhsil müəssisəsinin, nə də ixtisasların nüfuzu müəyyən etmir. Keçid ballarının müəyyənləşməsi müəyyən kriteriyalara əsaslanır. 

Keçid ballarının müəyyən olunması əvvəla həmin ixtisas üçün ayrılan plan yerlərindən asılıdır. Fikrimizi konkret bir neçə nümunə ilə əsaslandıraq: Məsələn, ötən il paytaxtda yerləşən və hər zaman gənclərin sevimli ali təhsil ocaqlarından olan Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (ingilis dili üzrə ) ixtisasının keçid balı 405, eyni ixtisasın Naxçıvan Dövlət Universitetindəki keçid balı 473 olub. Bu o demək deyil ki, birinci universitet ikincidən təhsilin keyfiyyəti baxımından geri qalır. Xeyr, keçid balını formalaşdıran əsas amil məhz plan yerləridir. Tutaq ki, ADU-da ingilis dili müəllimliyi ixtisası üçün 60, NDU-da isə 20 plan yeri ayrılıbsa, bu o deməkdir ki, birinci ali məktəbə daxil olmaq şansı ikinci ilə müqayisədə 3  dəfə artıqdır. Bu zaman ixtisas seçimi müsabiqəsində ADU-dakı həmin fakültəni qeyd edənlər arasında 60 şəxsin tələbə adını qazanmaq imkanı var. NDU isə cəmi 20 abituriyentə bu imkanı təqdim edir. İxtisas seçimi zamanı hər hansı universitetdə istənilən ixtisas üzrə plan yeri azalırsa, ora üçün tələb olunan keçid balı da artır. Çünki ixtisas seçimini müəyyən edən alqoritm uyğun müraciət üçün ən yaxşı nəticə göstərən 20 yeri seçərək bizlərə təqdim edir. Məsələn, bu etapda 20 plan yeri, bir az da azaldılıb 15 edilsə idi, o zaman analoji intervalla keçid balı daha da qalxacaqdı. 

Keçid balı heç zaman dəqiq deyil - Vacib düstur 

Vacib bir məsələni də deyək: istənilən ixtisas üzrə keçid balını qabaqcadan demək qeyri-mümkündür. Məsələn, biz heç zaman indidən deyə bilmərik ki, bayaq adını çəkdiyimiz Xarici dil müəllimliyinin keçid balı nə qədər olacaq... Biz sadəcə ötənilki keçid balını əsas götürüb müəyyən təxmindən çıxış edə bilərik. Keçid balını isə yalnız bir amil müəyyən edir: müsabiqədə iştirak edən və icazə verilən plan yerləri qədər uyğun ixtisası seçimi edən gənclərin topladığı ümumi orta bal... Məsələn, fikrimizi elə yuxarıdakı misalla konkretləşdirək: Naxçıvan Dövlət Universitetinin Xarici dil müəllimliyi ixtisası üçün ayrılan 20 plan yerini qeyd edən abituriyentlərin hamısının topladıqları bal sonda bu rəqəmə (plan yerinin sayına) bölünür və alınan ortaq bal həmin ixtisasın builki keçid balı hesab edilir. Amma bir məsələni qeyd edək ki, bu proses yalnız və yalnız imtahan nəticələri açıqlanandan sonra ictimaiyyətə elan edilir. Yəni, biz yalnız o zaman hansı universitetdəki hansı ixtisasın keçid balının neçə olduğunu öyrənə bilirik. 

İxtisas qrupları və rəqabətlilik 

Keçid balını müəyyən edən növbəti meyar həmin ixtisasın aid olduğu ixtisas qrupuna olan maraqdır. Məsələn, ötən il I ixtisas qrupu üzrə daha çox abituriyent imtahan verdiyindən, bu göstərici I qrupa aid olan az qala, bütün ixtisaslarda gərgin rəqabət yaratdı. Yaranan gərgin rəqabət ixtisas seçimində daha çox bal yığan gənclərin şansını önə çəkdi. Bu isə öz növbəsində yüksək nəticə göstərənlərin hesabına formalaşan ortaq bal göstəricisini-keçid balını artırmış oldu. 

Fikrimizi konkretləşdirmək üçün bir nümunəyə diqqət edək: ötən il BDU-nun riyaziyyat müəllimliyi ixtisasının, elə bu universitetdəki  hüquqşünaslığın keçid balından artıq olması cəmiyyətdə az qala, rezonans yaratdı. Bir çox şəxs “necə yəni, müəllimlik hüquq ixtisasından daha nüfuzludur?” sualını verdi. 

Əvvəlcə onu qeyd edək ki, Riyaziyyat müəllimliyi ixtisası ötən il gərgin rəqabətin olduğu I ixtisas qrupunda, hüquqşünaslıq isə ötən illərə nisbətdə üçüncü qrupdadır.  Birinci qrupdakı rəqabət isə  məlumdur ki, üçüncüdən çox idi. Ayrılan plan yerlərinin də hüquqşünaslıqda daha çox olduğunu (120) qeyd etsək, keçid balının riyaziyyat müəllimliyi ilə müqayisədə niyə aşağı düşdüyünün əyani şahidi olarıq.  

Tərcüməçilik ixtisasları və aşağı düşən keçid balları 

Ötən il Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Slavyan Universitetində Tərcümə (ingilis dili-Azərbaycan dili) ixtisasının keçid balı cəmi 200 olub. Digər nüfuzlu universitetlərdə də tərcüməçilik ixtisasının keçid balının xeyli aşağı düşdüyünün şahidi oluruq. Bunun da səbəbi yuxarıda nümunələr əsasında göstərdiyimiz konkret detallardır: ixtisasın həm özünün seçimində, həm aid olduğu ixtisas qrupunda rəqabətliliyin zəif olması, ayrılan plan yerlərinin ixtisasa olan maraq və tələbatdan çoxluğu... 

Keçid balı 200 olan tərcümə əsaslı ixtisasların demək olar ki, əksəriyyətində ayrılan plan yerləri tam dolmadı. Nəticədə boş qalan plan yerləri üçün aşağı nəticə göstərənlər arasında əlavə müsabiqə təşkil olunur. Məsələn, fərz edən ki, ötən il Turizm və Menecment Universitetində Tərcüməçilik ixtisası üçün 50 plan yeri ayrılıb. Lakin rəqabət o qədər də güclü olmadığı üçün əsas mərhələdə bu 50 yerdən yalnız 30-u “dolmuş”, yerdə qalan 20 plan yeri isə boş qalmışdır. Həmin 20 plan yeri məcburiyyət qarşısında az bal toplayan və əsas mərhələdə “kəsilən”, abituriyentlərə əlavə şans olaraq verilir. Nəticədə, boş qalan plan yerlərini müsabiqədə iştirak edənlər arasında ən çox bal toplayan 20 abituriyent əldə edir. Onların da ortalama nəticəsi o qədər də yüksək olmadığı üçün son nəticədə ixtisasın keçid balını da aşağı salmış olur. 

Ehtimallara əsasən, bu il də tərcüməçilik əsaslı ixtisasların keçid balları çox da yüksək olmayacaq. Doğrudur, nisbətən dəqiq fərziyyə ixtisas qrupları üzrə imtahan verəcək şəxslərin sayı, həmçinin, həmin ixtisaslar üzrə ayrılan plan yerlərinin miqdarı bilinəndən sonra məlum olacaq. Amma təcrübə göstərir ki, cəmiyyətdə ixtisaslara marağın artıb-azalma intervalı uzun müddət, ardıcıl bir  neçə qəbul ili ərzində davam edir. İctimai rəyin hazırda humanitar əsaslı, tərcümə yönümlü ixtisaslara bir o qədər də meyl etmədiyini nəzərə alsaq, bu il də əsas rəqabət mühitinin I qrup olacağını ehtimal edə bilərik. 

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!