• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Universitet təmsilçisindən təsirli poetik yazı - “Dünyanı düşünürəm”...

  • 17-07-2023, 10:13

 

 Yüyəninə əl çatmayan dünyamızın özü boyda sirrləri, sehirləri, görünən və görünməyən nə qədər tərəfləri, dərdləri var. Zaman-zaman yazılsa, danışılsa da, bu mübhəm sirr quyusuna əl uzadanların, yazıb yaradanların ümid-arzuları nəinki bitib tükənmir, əksinə, hər ürəkdə yeni bir  nəfəs alaraq canlanır, şeirə, nəğməyə çevrilir.

 

Bitib tükənməyən arzuların yer aldığı daha bir kitab qarşımdadır- “Dünyanı düşünürəm”. Tanınmış ədəbiyyatşünas alim-pedaqoq-şair, filologiya elmləri doktoru, professor İslam Qəriblinin yenicə çapdan çıxmış kitabı belə adlanır. Kitaba şairin müxtəlif illərdə yazdığı şeirləri toplanıb. Qeyd edim ki, İslam müəllimin nəşr olunmuş kitablarının sayı 20-dən artıqdır. Onların əksəriyyəti ədəbiyyatşünas alimin elmi-pedaqoji fəaliyyəti, elmi yaradıcılığı ilə bağlıdır. Xatırladım ki, İslam Qəribli ölkəmizdə hadişünas alim kimi tanınır, namizədlik və doktorluq dissertasiyasını məhz bu böyük şəxsiyyətə həsr edib, M.Hadi həyatının qaranlıq məqamlarını, həyat və yaradıcılığını ərtaflı araşdıraraq ədəbiyyatşünaslıq elminə dəyərli töhvə verib. “Dünyanı düşünürəm” İslam müəllimi həm də  hiss, düşüncə, duyğu, qəlb adamı kimi tanımağa kömək edir.  İlk səhifəsindən sonacan  lirik, səmimi ruhun hakim olduğu kitab poeziyasevərlərə İslam Qəriblini-Lerikin ucqar dağ kəndindən çıxıb paytaxtda ali təhsil alan, elm yolunu tutub bir çox uğurlara imza atan, amma ruhən heç dəyişilməyən, dəyişilə bilməyən  “kəndçi oğlan”ı olduğu kimi tanımağa kömək edir:

                   Elə zənn etmə ki, hissiz, lal daşam,

                   Mən dərdə ortağam, qəmə qardaşam,

                   Sirrim öz içimdə, sirrə sirdaşam,

                   Tanı bu nişanla, tanışan məni...

“Mən kiməm?” şeirində

                   Zərrə-zərrə, qıyma-qıyma doğrayıb məni,

                   Bu dünyanın dörd səmtinə səpələyiblər,

                   Xırman-xırman döyülmüşəm, mənimtək dəni,

                   Əsrlərin xəlbirində çox ələyiblər...

 deyən müəllifin etirafından aydın olur ki, həyat onu çox sınaqlara çəkib, çox ələkdən keçirib, amma  əyə bilməyib!

                            Qismətinə qoy yazılsın “döyülmək”,

                            Kişiliyin rəmzi deyil əyilmək,

                            Bir nadanın hikkəsinə baş əymək,

                            Cəhalətdi, cəhalətdi, cəhalət.

“Əməl dəndir,at torpağa çürüməz, üzə çıxar sınağından illərin” deyən alim-şair İslam Qəribli həm də kövrək qəlblə sevən nakam aşıqdir...

                                      Mən səni o qədər səsləmişəm ki,

                                      Dalğalar öyrəşib bu səsə indi.

                                      Bu eşqi qəlbimdə gizli saxladım,

                                      Sirri açammıram heç kəsə indi...

 İslam Qəriblinin yeni kitabını şairin 70 illiyi ərəfəsində özünə hesabatı da adlandırmaq olar. Əsas odur ki:

                                      Xislətin nədirsə, şeirin də odur,

                                      Xiffətlər, əzablar yormasın səni.

                                      Tanrıya sığınan tanrı bəndəsi-

                                      Arzum-Tanrı özü qorusun səni!

 

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!