• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

UNEC-in Elmi şurası tədris ilini yeni qərarlarla başa vurdu

  • 18-07-2023, 08:56

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elmi şuranın 2022/2023-cü tədris ili üzrə sonuncu iclası keçirilib.

UNEC-dən Edupress.az-a bildirilib ki, Elmi şurada iqtisadi məsələlər üzrə prorektor Nəsimi İsmayılov universitetin 2022-ci il ərzindəki maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri haqqında hesabatla çıxış edib. Hesabatda bildirilib ki, 2022-ci ildə UNEC-in maliyyə-təsərrüfat fəaliyyətinin əsas istiqamətlərini maliyyə vəsaitlərindən səmərəli istifadə, əməkdaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılması, elm, tədris və təsərrüfat prosesinin idarə edilməsində səmərəliliyin artırılması, maddi-texniki bazanın daha da möhkəmləndirilməsi istiqamətində işlər təşkil edib.

Sonra rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov “UNEC-də distant (məsafədən) təhsilalma formasında tədrisin təşkili qaydaları” barədə çıxış edib. Bildirib ki, qaydaların hazırlanmasında məqsəd, ali təhsildə əlçatanlığın və səmərəliliyin təmin olunmasında müasir dövrün çağırışlarından hesab edilən distant təhsilalma formasının üstünlüklərindən yararlanmaqla, Azərbaycan Respublikasının təhsil qanunvericiliyi əsasında UNEC-də ali təhsilin bakalavriat səviyyəsi və əlavə təhsilin yenidən hazırlanma, təkrar ali təhsil, eyni zamanda, müxtəlif sertifikat proqramları üzrə distant təhsilin təşkil edilməsi və tənzimlənməsidir.

Hesabat və qaydalar dinlənildikdən sonra şura üzvləri tərəfindən təsdiqlənib.

Elmi şurada cari məsələlərin müzakirəsi aparılıb və bir sıra qərarlar qəbul edilib. Belə ki, UNEC-də Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi Tədqiqat Mərkəzi yaradılıb. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi İnstituta çevrilib. Xarici dillər kafedrası isə ləğv olunaraq, onun bazasında Xarici dillər departamenti yaradılıb. Departamentin tərkibində Xarici dillərin tədrisi mərkəzi, Xarici dil üzrə tələbələrin biliyinin qiymətləndirilməsi mərkəzi və Tərcümə mərkəzi fəaliyyət göstərəcək.

UNEC-in tələbə rektorlarının məzun olduqdan sonra universitetlə əlaqəsini daha da genişləndirmək və tələbə rektorlar şəbəkəsini formalaşdırmaq məqsədilə UNEC Tələbə Rektorlar Şurası yaradılıb.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!