• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

İqlim dəyişimi ilə bağlı vacib layihə - Azərbaycanı təmsil edən universitetlər

  • 18-07-2023, 11:28
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən #HORİZON2020 proqramı çərçivəsində icra olunan (Climate Campaigners) CAMPAİGNers layihəsində Azərbaycan və 14 xarici ölkədən (Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru) olan universitet, şirkət, bələdiyyə və ictimai təşkilatlar iştirak edir. Ölkəmizi həmin layihədə Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) təmsil edir. Ümumilikdə, qeyd olunan ölkələr üzrə 30-dan çox təşkilat təmsil olunur.
 
Bildiyimiz kimi, iqlim dəyişikliyi və qlobal istiləşmə hazırkı dövrdə ən ciddi qlobal ekoloji problemlərdəndir. Bu problemin həlli üçün siyasətçilərin, şirkət və təşkilatların hərəkətə keçməsini gözləsək də, məsələnin həlli bütövlükdə cəmiyyətin üzərinə düşür.
 
Biz, vətəndaşlar olaraq bu həllin br hissəsi ola bilərik, təmiz və davamlı mühitin formalaşdırılmasında yaxından iştirak edə bilərik.
Beləliklə, CAMPAİGNers layihəsinin də əsas hədəfi iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində insanların aktiv iştirakına istiqamət verməkdir. Əsas hədəflərdən biri insanların günlük həyat tərzlərində müəyyən dəyişikliklər edərək, öz karbon emissiyalarını minimuma endirmək, enerjiden daha az istifadə, sudan istifadəyə qənaət, daha çox ictimai nəqliyyatdan istifadə və s. kimi fəaliyyətləri təbliğ və təşviq etməklə öz müsbət töhfələrini izah etməkdir. Hansı ki, bu nəticələr layihənin sonunda hesabat şəklində təqdim olunacaq və bu hesabat eyni zamanda bu sahə ilə qərarvericilərin işini də asanlaşdıra biləcək.
 
Yuxarıdakıları nəzərə alaraq layihə əsasında proqram təminatı (mobil tətbiq) qurulmuşdur. “Climate Campaigners” adlı mobil tətbiq “Campaigners” layihəsində təmsil olunan 30-dan çox təşkilatının aid olduğu ölkələrin dilində, o cümlədən Azərbaycan dilində hazırlanmışdır. Sözügedən mobil tətbiqin təkmilləşdirilməsi prosesi davam etsə də, hazırda onu “Play Store” və “App Store” platformasından endirərək, istifadə etmək mümkündür.
 
Edupress.az xəbər verir ki, proqram təminatının əsas hədəfi istifadəçilər tərəfindən nəqliyyat, qida, enerji və istehlak sahələri üzrə seçilmiş hədəflər əsasında karbon ayaq izinin hesablanmasıdır. Bu, istifadəçilərin əsasən hansı sahələrdən ətraf mühitə təsir etdikləri müəyyən etməyə imkan verir. Bununla da, proqramda seçilmiş hədəflər sayəsində karbon ayaq izimizi azaldaraq qlobal istiləşmənin və iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermiş olarıq.
 
Proqram təminatını yüklədikdən sonra qeydiyyatdan keçirsiniz, eyni zamanda ölkəni və yaşadığınız şəhəri seçirsiniz. Burada, sizə 4 istiqamət (nəqliyyat, qida, enerji, istehlak) üzrə hədəflər təklif olunur. Hədəflərin icra müddəti dəyişkəndir (əsasən bir və ya iki həftə). Proqram təminatında hədəfləri seçdikdən və icra etdikdən sonra hədəfi necə icra etdiyiniz haqqında məlumat daxil edirsiniz. Proqram sizin həm aylıq, həm də illik karbon ayaq izinizi hesablayır və eyni zamanda hədəfləri icra etməklə nə qədər karbon ayaq izinizi azalatdığınızı da nümayiş etdirir. Hədəfləri icra etməklə siz xallar (coins) qazana bilərsiniz, hansı ki, bu xalları daha sonra alış-verişdə istifadə edə bilərsiniz (hələ ki, bu xallarla ancaq layihənin loqosu olan köynəkləri almaq mümkündür, amma, yaxın gələcəkdə daha geniş sahələrdə tətbiq olunacağı planlaşdırılır).
 
CAMPAİGNers layihəsi haqqında ətraflı məlumatı layihənin rəsmi veb səhifəsindən əladə edə bilərsiniz:
 
https://www.climate-campaigners.com/
 
“Climate Campaigners” adlı mobil tətbiqi isə “play marekt”dən endirərək istifadə edə və ya tanış ola bilərsiniz.
Qeyd edək ki, “Climate Campaigners” adlı mobil tətbiq və onun işləmə prinsipləri haqqında 21 İyul 2023-cü il tarixində saat 21:00-da onlayn vebinar keçiriləcəkdir. Vebinar facebook səhifəmizdən canlı yayımlanacaq.
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!