• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

BDU-nun uğurlu magistratura siyasəti – Faktlar və rəqəmlər

  • 18-07-2023, 13:44

 

Bakı Dövlət Universitetində (BDU) magistratura səviyyəsində 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.

Əmək bazarına hesablanan ixtisaslar

BDU-da milli və beynəlxalq əmək bazarında rəqabətədavamlı kadrların yetişdirilməsi daim  diqqət mərkəzindədir. Son illər BDU-da müasir dövrün çağırışlarına cavab verən, əmək bazarının tələblərinə uyğun yeni ixtisaslaşmalar açılıb.

2020/2021-ci tədris ilində BDU-da Ölkəşünaslıq (Rusiya), 2021/2022-ci tədris ilində Ölkəşünaslıq (Azərbaycan), Ölkəşünaslıq (Gürcüstan), Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı, Kompüter elmləri (SABAH), 2022/2023-cü tədris ilində Vergi hüququ, Ekologiya hüququ, İdman jurnalistikası, Jurnalistika (SABAH), Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə), Aktuar riyaziyyat ixtisaslaşmaları yaradılıb.

Hədəfdə olanlar

2023/2024-cü tədris ilində isə Tərcümə (ərəb dili üzrə), Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi, Gömrük ekspertizası ixtisaslaşmalarının açılması nəzərdə tutulur.

Magistratura pilləsi - 90%-lik göstərici

2019/2020-ci tədris ilində BDU-da magistratura səviyyəsinə plan yeri 82.4 %, 2020/2021-ci tədris ilində 91 %, 2021/2022-ci tədris ilində 87.6 %, 2022/2023-cü tədris ilində isə 89.3 % dolub.

Ali təhsildə rekord – 11 ikili diplom proqramları

Bakı Dövlət Universitetində (BDU) 11 ikili diplom proqramı mövcuddur. Bunlardan 10-u magistratura səviyyəsi üzrədir:

Bakalavriat

1.    İsrailin Holon Texnologiya İnstitutu: 2021-ci ildə imzalanmış müqaviləyə əsasən, komputer elmləri sahəsində bakalavr hazırlığı həyata keçirilir. 5 tələbə məzun olub, 10 tələbə təhsil alır.

Magistratura

2.    Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti: Dəniz və enerji hüququ sahəsində magistratura proqramının təşkili ilə bağlı imzalanmış müqaviləyə əsasən, 2020-ci ildən ingilis dilində birgə magistr hazırlığı həyata keçirilir. 9 tələbə məzun olub, 7 tələbə bu il məzun olacaq, 9 tələbə isə təhsilini davam etdirir.

3.    Fransanın Lumière Lyon 2 Universiteti: Əqli mülkiyət hüququ sahəsində ikili magistr dərəcəsinin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsinə əsasən, 2021-ci ilin sentyabrından birgə magistr hazırılığı həyata keçirilir. I kursda 4, II kursda isə 8 tələbə təhsil alır.

4.    İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS): 2021-ci ildə imzalanmış müqaviləyə əasasən, Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirilir. 3 tələbə məzun olub, bir tələbə təhsil alır.

5.    Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti (Lincoln University): imzalanmış sazişə əsasən, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi və Linkoln Universitetinin Biznes İnzibatçılığı üzrə magistratura (MBA) proqramı bazasında Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) ixtisaslaşması üzrə 2021-ci ildən magistratura səviyyəsində ikili diplom proqramı həyata keçirilir.

6.    Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU): 2021-ci il tarixli müqaviləyə əsasən BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutunun magistratura proqramı bazasında Neft kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. Cari tədris ilində 2 tələbə məzun olur.

7.    Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti: 2021-ci il tarixli müqaviləyə əsasən, Beynəlxalq iqtisadi hüquq ixtisası üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı təşkil olunur.

8.    İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBİS): 2022-ci il tarixli müqaviləyə əsasən MBA ixtisası üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. 2 tələbə təhsil alır.

9.    Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti: 2022-ci il tarixli müqaviləyə əsasən Biotexnologiya ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. 2023-2024-cü tədris ilində tələbə qəbulu olacaq.

10.  İsrailin Yerusəlim İbrani Universiteti (HUJI): 2023-cü il tarixli müqaviləyə əsasən,  Biotexnologiya ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirilir. Proqram 2023-2024-cü tədris ilindən icra olunacaq və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında maliyyələşəcək.

 Doktarantura

 11.  Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti: 2018-ci ildə imzalanmış müqaviləyə əsasən, hüquq sahəsində birgə doktorant hazırlığı həyata keçirilir.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!