• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Təhsilin İnkişafı Fondu və AzTU-dan vacib layihə - İxtisaslaşmış şirkətlərlə görüş

  • 19-07-2023, 09:06

Təhsilin İnkişafı Fondu (TİF) Azərbaycan Texniki Universitetinin (AzTU) Universitet-Sənaye İşbirliyi və Ömürboyu Təhsil Mərkəzində İKT sahəsində ixtisaslaşmış şirkətlərlə görüş keçirib. Görüşün məqsədi universitet-sənaye tərəfdaşlığının gücləndirilməsi istiqamətində dialoqun qurulması, həmçinin sənaye nümayəndələrinin TİF və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə təsis olunan Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı haqqında məlumatlandırılmasıdır.   

Edupress.az  xəbər verir ki, bu barədə Universitetdən məlumat verilib. 

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev “Universitet-Sənaye işbirliyi və İT” mövzusunda təqdimatla çıxış edib. Rektor bildirib ki, universitet-sənaye işbirliyinin inkişafı sahibkarlıq universiteti modelinin formalaşdırılması üçün imkan yaradır. Bu işbirliyində İT sektorunun inkişafı da mühüm amildir. Bunun üçün öyrətmə prosesi kamil olmalı, universitet-sənaye işbirliyini dəstəkləyən innovasiya ekosistemi yaradılmalı, mühəndislik istiqamətində həyata keçirilən tədris prosesi proqram təminatı vasitəsilə aparılmalı, İT təşkilat və şirkətləri ilə əməkdaşlıqlar qurulmalıdır.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov qonaqları salamlayaraq fondun fəaliyyət istiqamətləri haqqında məlumatı diqqətə çatdırıb. O, müasir işəgötürənin tələblərinə cavab verən gənclərin yetişdirilməsində, həmçinin önəmli tədqiqat işlərinin aparılmasında sənaye nümayəndələrinin iştirakının vacib rol oynadığını bildirib. Universitet-sənaye işbirliyinin başlıca hədəflərindən biri insan kapitalının inkişafıdır. Bu əməkdaşlıq həm tərəfdaş müəssisələrin mövcud heyətinin, həm də iş həyatında ilk addımlarını atan tələbələrin təlimləndirilməsinə və təcrübə qazanmasına dəstək ola bilər. Ən mühim dəyər isə yaranacaq innovativ ideyaların məhsullara və xidmətlərə çevrilə bilməsidir.

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov beynəlxalq konsaltinq şirkəti olan “Accenture” şirkətinin araşdırmasından maraqlı məlumatı görüş iştirakçıları ilə paylaşıb. Şirkət dünyada qızların İKT sahəsinə marağının az olması səbəblərini araşdırıb. Birinci səbəb İT və STEM sahəsinin kreativliyinin az olması, ikinci səbəb isə İT sahəsində müəllimlərin 70%-nin kişilərdən ibarət olmasıdır. Bu stereotip təhsilalanlara 4-cü sinifdən sonra təsir etməyə başlayır. Vüsal Xanlarov bu məsələnin həllinin İT təhsilinin kütləvi və hər kəsə əlçatan olmasında gördüyünü vurğulayıb.

“Women in Tech” təşkilatının Azərbaycandakı nümayəndəliyinin səfiri Leyla Seyidzadə bildirib ki, təşkilat Azərbaycan daxil olmaqla 50-dən çox ölkədə qadınların İKT sahəsində təşəbbüslərinin reallaşmasına dəstək göstərir, lakin bənzər təqaüd proqramları çox az ölkədə var. Bu cür proqramların olmasının ölkəmizin imici üçün də vacib olduğunu qeyd edib. Leyla Seyidzadə təqaüd proqramının şərtləri barədə ətraflı məlumat verib.

Sanaye və biznes nümayəndələri tədbirdə fəal iştirak ediblər. Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov, “Edumedia Azərbaycan” MMC-nin rəhbəri Orxan Abbasov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Azerbaijan Global İT Technology” şirkətinin icraçı direktoru Rəşad Əhmədov, “CAE” MMC-in rəhbəri Rahim Xasıyev, “BestComp Group” MMC-nin  insan resursları şöbəsinin rəhbəri Fuad Qənbərov və digər nümayəndələr bir sıra maraqlı suallar və təkliflər səsləndiriblər.

Yekunda TİF sədri Elnur Nəsibov universitet-sənaye işbirliyi çərçivəsində dövlət-özəl təşkilatlar arasında dialoqun və tərəfdaşlığın davamlı şəkildə aparılmasının vacibliyini vurğulayıb və bütün iştirakçılara təşəkkürünü bildirib.  

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!