Şagirdin keyfiyyət faizi bu cür hesablanır – Pedaqoji düstur
Sinfin illik hesabat blankını hazırlayan zaman hesabatda fənnin, şagirdin və ümumi sinfin keyfiyyət və müvəffəqiyyət (mənimsəmə) faizləri göstərilməlidir.
Edupress.az keyfiyyət faizinin hesablanma qaydasını təqdim edir:
Fənnin keyfiyyət faizini hesablamaq üçün: hər bir fənn üçün yuxarıdan aşağıya doğru “4” və “5” qiymətlərinin sayı cəmlənir. Toplam cəm ümumi sinif üzrə şagirdlərin sayına bölünərək 100-ə vurulur. Nəticədə, alınan ədəd fənnin keyfiyyət faizi hesab edilir.
Şagirdin keyfiyyət faizini hesablamaq üçün: şagirdin adının qarşısından soldan sağa doğru “4” və “5” qiymətlərinin sayı cəmlənir. Toplam cəm tədris olunan ümumi fənlərin sayına bölünərək 100-ə vurulur. Nəticədə, alınan ədəd şagirdin keyfiyyət faizi hesab edilir.
Sinfin keyfiyyət faizini hesablamaq üçün: sinif üzrə “4” və “5” qiymət alan şagirdlərin sayı toplanır. Toplam cəm ümumi sinif üzrə şagirdlərin sayına bölünərək 100-ə vurulur. Nəticədə, alınan ədəd sinfin keyfiyyət faizi hesab edilir.