• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

İdeal və digər ailə modelləri – ictimai rəy sorğusu

  • 21-07-2023, 08:00

Ailənin cəmiyyətin nüvəsi, ailə institutunun isə ən qədim və dayanıqlı  sosial institutlardan biri olması məlumdur. Tarix boyu və müxtəlif mədəniyyətlərdə mövcud ailə modelləri oxşar və fərqli cəhətlərə malik olub. Sosioloqlar universal ailə modelini qeyri-mümkün hesab edirlər. Lakin ailə nəinki sosial-siyasi əhəmiyyətə malik institut, həm də hər bir fərdin əsas sosiallaşma məkanı və bir növ “şəxsi məsələsi” olduğundan ailə institutunda baş verən hər bir dəyişiklik (boşanma göstəricilərinin artması, uşaq sayının azalması və s.) insanlar tərəfindən emosional qarşılanır, ictimai müzakirələrə səbəb olur. Çox zaman məhz ailə modellərindəki fərqlər üzərində “biz” və “onlar” arasında xəyali sərhədlər müəyyənləşdirilir.

Sosial Tədqiqatlar Mərkəzi sorğular zamanı respondentlərə insanların fərqli birgəyaşayış variantlarını təqdim edərək, onları ailə hesab edib-etmədiklərini soruşub. Verilən modellər aşağıdakılar olub: uşaqlı, evli cütlük (kişi və qadın); evli cütlük (uşaq olmaya da bilər); uşaq və onun valideyni; uşaqlı, amma nikahı olmayan cütlük; birlikdə yaşayan və özünü ailə hesab edən istənilən cütlük.

Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Verilən cavabların ümumi faiz göstəricilərinə görə, uşaqlı, evli cütlüyü  respondentlərin 97,9%-i, evli olub, uşağı olmayanları isə ailə hesab edənlər 85,7%-dir. Uşaq və onun valideynini 84,2% ailə hesab etsə də, uşaqlı, amma nikahı olmayan cütlüyü respondentlərin cəmi 26%-i ailə hesab edir, 72,7%-i isə, əksinə, ailə hesab etmir. Birlikdə yaşayan və özünü ailə hesab edən cütlüyü ailə hesab edənlər daha az olmaqla, rəyi soruşulanların cəmi 20,5%-dir, 76,4% isə bu modelə “xeyr” cavabını veribdir.

Gender bölgüsü qadın və kişilərin cavabları arasında cüzi də olsa, müəyyən fərqləri üzə çıxarıb. Belə ki, uşaqlı, amma nikahı olmayan cütlüyü kişi respondentlərin 28,4%-i, qadın respondentlərin isə 23,6%-i ailə hesab edir. Birlikdə yaşayan və özünü ailə hesab edən istənilən cütlüyü kişilərin 22,7%-i, qadınların 18,3%-i ailə kimi qəbul edir.

Respondentlərin yaş bölgüsü yaşın artması ilə ailə modellərinə münasibətdə birmənalı dinamikanı üzə çıxarmır. Belə ki, uşaqlı, nikahlı cütlüyü ailə kimi görənlər bütün yaş qruplarında 96% və ondan daha yüksəkdir. Lakin yaş qrupları arasında birlikdə yaşayan, özünü ailə hesab edən istənilən cütlüyü ailə kimi görənlər ən çox 18-25 yaşlılar arasında olsa da (34,8% bəli, 65,2%- xeyr cavabını verib), növbəti, yəni 26-35 yaşlıların müvafiq göstəricisi  kəskin aşağı olmaqla 12,2%  “bəli”, 86,7% “xeyr” cavabları arasında bölünmüşdür. Bu modelə 26-35 yaşlıların cavabları yaşı 65-dən yuxarı olanlarda da daha kəskin olub. Belə ki, ən üst yaş qrupunda  birlikdə yaşayan nikahsız cütlüyü ailə hesab edənlər 14,7%, etməyənlər isə 76,7%-dir.

Oxşar nisbətləri uşaq və onun valideynini, habelə uşaqlı, amma nikahı olmayan cütlüyü  müxtəlif yaş qruplarının ailə hesab edib-etməməsində də görürük. Uşaq və onun valideynini ailə hesab edənlərən çox 18-25 yaşlılar arasında (91,3%), ən az yaşı 65-dən yuxarı olanlar arasındadır (79,4%). 26-35 yaşlılar arasında “bəli” deyənlər 80,0% olmaqla yaşlı qrupun cavablarına daha yaxındır. Uşaqlı, amma nikahı olmayan cütlüyü ailə hesab edənlər 18-25 yaşlılar arasında 34,8%, 26-35 yaşlılar arasında 23,3%, 65-dən yuxarı yaş qrupunda 23,5%-dir. Digər yaş aralığında (36-65) müvafiq orta göstərici 26,3%-dir.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!