• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Yerli istedadlar üçün beynəlxalq universitetlərə qəbul imkanı-bp-dən möhtəşəm layihə

  • 21-07-2023, 12:00

 

                

Bu gün bp ölkənin yüksək ixtisaslı yerli kadrlar yetişdirmək istiqamətindəki səylərinə dəstək olaraq həyata keçirdiyi bir sosial sərmayə layihəsinin nəticələrini elan edib.

Bu təhsil layihəsi bp-nin dünya səviyyəli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq öhdəliyinin bir hissəsi olaraq seçilib. Layihə çərçivəsində bp aparıcı beynəlxalq universitetlərə hazırlaşmaq üçün 15 istedadlı Azərbaycan gəncinin hazırlıq təlimlərini maliyyələşdirib.

Edupress.az xəbər verir ki, layihə iştirakçıları bu cür yüksək keyfiyyətli hazırlıq kurslarının xərclərini qarşılamaq imkanı olmayan aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində qrup və fərdi şəkildə təklif olunan 10 aylıq hazırlıq kurslarında iştirakçılar əksər beynəlxalq kollec və universitetlərin tələbə qəbulu üçün istifadə etdiyi SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlaşıblar.

Layihədə həmçinin iştirakçıların beynəlxalq tələbələr üçün tam təqaüd təklif edən universitetlərlə əlaqə saxlamasına və həmin universitetlərə müraciət etməsinə yardım göstərilib. Hazırkı mərhələdə bütün nəticələr tam məlum olmasa da, bp-nin dəstəklədiyi 15 iştirakçıdan 12-i Türkiyənin Koç Universiteti, Niderlandın “Erasmus University Rotterdam”, Belçikanın “Ghent University”, Qlazqo Universiteti, Turin Politexnika Universiteti, Sinqapur Milli Universiteti, Honqkonq Universiteti, Koreyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutu və Toronto Universiteti kimi Qərbin və Asiyanın yüksək reytinqli universitetlərinə qəbul olublar.

Layihənin uğurla bitməsi münasibətilə bu gün keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilmişdir. Universitetlərə artıq qəbul olunmuş gənclərə isə əlavə olaraq bp planşetlər təqdim etmişdir. 

Tədbirdə çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Nəticələr çox möhtəşəmdir. Biz nüfuzlu beynəlxalq universitetlərdən artıq qəbul təklifi almış istedadlı gənclərlə həqiqətən də fəxr edirik. Bu universitetlərdən bəziləri mükəmməllik göstəricilərinə görə çox yüksək reytinqə sahibdir. Qalan üç iştirakçının da eyni dərəcədə yüksək reytinqli universitetlərdən təklif alacağına ümid edirik, çünki onların da qəbul olmaq şansı yüksəkdir. Bu layihəyə qoşulmaqdan çox məmnunuq, çünki bu, ölkənin parlaq gələcəyini quracaq istedadlı, dünya səviyyəli milli kadrların yetişdirilməsi istiqamətində Azərbaycanın səylərinə dəstək olmaq öhdəliyimizi bir daha təsdiqləyir.”

Dəyəri 42450 AZN (təxminən $25000) olan bu layihə yerli təşkilat olan “ROOF Academic Training” tərəfindən yerinə yetirilib.

 

 

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!