• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” - Azərbaycan ali təhsilinin rəqabətlilik gücünü artıracaq

  • 24-07-2023, 18:00

 

Qloballaşma dünya ali təhsil sistemlərinə yeni trendlər və keyfiyyət dəyişiklikləri gətirmişdir. Əgər son on illiklərdə dünyanın inkişaf axarı sənaye inqilablarının yaratdığı reallıqlara söykənirdisə, hazırda ali təhsil sisteminin inkişaf dinamikası mükəmməl bilik və müasir səriştələrə malik insan kapitalının formalaşmasına əsaslanır, bu isə ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr qoyur. Və bu vəzifə universitetlərin dayanıqlı inkişaf məqsədlərinə verdiyi töhfələrlə ölçülür. Heç şübhəsiz ki, ali təhsil müəssisələrinin, bütövlükdə hər bir ölkənin uğurlu inkişafı, ilk növbədə, rəqabətədavamlılıq və beynəlmiləlləşmənin səviyyəsi ilə müəyyən və xarakterizə olunur.

Əbədiyaşarlıq nümunəsi

Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə  İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın imzalanması ölkəmizin qarşısında duran bir sıra prioritet vəzifələrin reallaşdırılmasında, ali təhsil sisteminin rəqabətliliyinin gücləndirilməsində mühüm töhfə kimi qiymətləndirilməlidir.

Azərbaycanın son 50 ildən artıq dövrü əhatə edən tarixi inkişaf salnaməsi Ulu Öndərin ölkə qarşısında xidmətlərinin əbədiyaşarlıq nümunəsidir. Məhz Ümummilli Liderin hakimiyyəti illərində ölkəmiz üçün çox əhəmiyyətli sahələrdə mütəxəssis hazırlığını təmin etmək üçün minlərlə gənc keçmiş ittifaqın ayrı-ayrı şəhərlərindəki nüfuzlu ali təhsil müəssisələrində yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanaraq vətənə dönmüş və hazırda ölkəmizdə cəmiyyət həyatının müxtəlif sahələrində çalışaraq öz töhfələrini verməkdədir. Bu dövrdə ölkəmizdə yeni universitetlərin yaradılması, ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi  Ulu Öndərin ölkəmizdə modern, yüksəksəviyyəli ali təhsil sisteminin qurulması sahəsində ciddi, uzaqgörən, gələcəyə hesablanmış səylərindən irəli gəlirdi.

 Bu mənada ölkə başçısı tərəfindən imzalanmış “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”  öz hədəf və məqsədlərinə görə ali təhsil müəssisələrimizin inkişafı, beynəlxalq tanınma və rəqabətlilik baxımından çox aktual və əhəmiyyətli sənəddir.
Qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr arasında xüsusi mövqeyi, yenilikçi təşəbbüsləri ilə seçilir və bu cür siyasət dost müsəlman ölkələri tərəfindən məmnunluqla qarşılanır.

Əcnəbilər üçün cəlbedici ölkə, təhsil mühiti

Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli  sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də 10 yanvar 2018-ci il tarixli  sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ölkəmzin ali təhsil müəssisələrində təhsil qrantı proqramları təsis edilmişdir. Bu proqramlar  Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmlənməsinə, dost və tərəfdaş ölkələrdə insan resurslarının inkişafına əhəmiyyətli  töhfələr vermişdir. Bununla da Azərbaycan  müsəlman ölkələr arasındakı öncül mövqeyini və siyasi iradəsini ortaya qoymuşdur. Və bu siyasətin nəticəsi olaraq son illərdə ölkəmizin ali təhsil müəssisələrində Azərbaycanın ayırdığı təhsil qrantı hesabına Türkiyə, Misir, Pakistan, Əfqanıstan, İraq, Fələstin, Banqladeş və s. ölkələrdən olan tələbələrin qəbulu həyata keçirilib. Əcnəbi tələbələr Azərbaycan universitetlərində təhsil almaqla yanaşı ölkəmizin ali təhsil sistemində beynəlmiləlləşmənin, mədəniyyətlər rəngarəngliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyıblar. Əcnəbi tələbələr həm də Azərbaycan  həqiqətlərinin öz ölkələrinə və dünya birliyinə çatdırılmasında da önəmli çəkiyə malikdir.

 Növbəti mərhələdə yeni məzmunda və daha geniş miqyasda həyata keçiriləcək “Beynəlxalq Təhsil Qrantı” proqram həm də əsası Ümummilli Lider tərəfindən qoyulmuş müstəqil Azərbaycanın müasir inkişaf xüsusiyyətlərini və üstünlüklərini bütün sivil mədəni dünyaya göstərir:

- Azərbaycan Böyük Zəfərdən sonra yeni reallıqlar yaradan ölkədir,

- Azərbaycan regional və beynəlxalq aləmdə fəal təşəbbüsləri və lider mövqeyi ilə tanınan ölkədir,
-Azərbaycanda dini, irqi ayrı-seçkiliyə yer yoxdur, multikulturalizm və tolerantlıq dövlət siyasətidir
- Azərbaycan dinc yanaşı yaşamaq prinsiplərinə sadiq olan, asayişin və birgəyaşayış normalarının ən ali dərəcədə universal modelinin mövcud olduğu ölkədir,
- Azərbaycan vətəndaşları üçün keyfiyyətli ali təhsil imkanları mövcuddur, ali təhsil sistemi sürətlə modernləşmə mərhələsindən keçir, yeni ixtisaslar yaradılır, yeni infrastruktur layihələri icra olunur – bütün bunlar əcnəbi tələbələrin diqqətini cəlb edir,
 - Azərbaycan universitetləri dünya ali təhsil sisteminə inreqrasiya olunub. Tələbələrin yüksək səviyyəli və qloballaşma dövrünün tələblərinə cavab verən ixtisas hazırlığı həyata keçirilir. Ali təhsildə həyata keçirilən islahatlar milli ali təhsil sisteminin rəqabətli inkişaf tempini müəyyənləşdirmişdir.
Bu üstünlüklər, eləcə də  “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”  çərçivəsində ölkəmizdə əcnəbilərin keyfiyyətli ali təhsillə əhatə olunması səviyyəsinin  genişləndirilməsi Azərbaycan ali təhsil sisteminin  beynəlxalq rəqabətliliyinin artmasına, beynəlmiləlləşməsinə və ali təhsil müəssisələrində təhsil alan əcnəbilərin coğrafi müxtəlifliyinin genişlənməsinə də müsbət təsir göstərəcək.


“Beynəlxalq Təhsil Qrantı”ndan Heydər Əliyev Beynəlxalq Universitetinə

 Azərbaycan ötən yüzillikdə dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə əcnəbi tələbənin ali təhsil almasına vəsilə olub. Ölkəmizin ali təhsil müəssisələrindən məzun olan əcnəbilər öz Vətənlərində prezident, dövlət xadimi, siyasətçi, müxtəlif sahələrini qurucusu və rəhbəri kimi fəaliyyət  göstərmişlər. Bu mənada "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” bu ənənənin növbəti mərhələdə yeni reallıqlara uyğun davam etdirilməsinə münbit şərait yaradır.

Azərbaycanın digər ölkələrdən olan əcnəbilər üçün cəlbedici təhsil xabına çevrilməsi növbəti mərhələdə Azərbaycan təhsilinin müasir inkişaf konsepsiyasının banisi,  yaradıcı dühası, istedad və qabiliyyəti, uzaqgörən dövlətçilik səriştəsi ilə milyonlarla insanın hafizə və yaddaşında silinməz izlər qoymuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamış Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramın təntənəsi olaraq ölkəmizdə Heydər Əliyev Beynəlxalq Universitetinin yaradılması da, fikrimizcə, olduqca mütərəqqi addım və əhəmiyyətli qərar olardı.

Son illərdə qəbul olunmuş xaricdə təhsil Dövlət Proqramları çərçivəsində dünyanın nüfuzlu  universitelərində keyfiyyətli təhsil alaraq ölkəmizə qayıdan və akademik fəaliyyətlə məşğul olan yüksək hazırlıqlı mütəxəssislərimiz dahi liderin adını daşıyan Universitetin akademik heyətinin əsasını təşkil etməklə öz missiyalarını daha şərəflə və qürurla yerinə yetirməklə müasir ali təhsil müəssisəsinin uğurlu fəaliyyətində xüsusi rola malik ola bilər.

Əminliklə deyə bilərik ki, dünyanın Harvard, Massaçusets, Kembric, Oksford və s. kimi reytinqli universitetlərini bitirmiş uğurlu məzunlarımız  müasir təfəkkürlü, yenilikçı davranış daşıyıcıları kimi ölkəmizdə əcnəbi tələbə kontingentinin də təhsil alacağı  Heydər Əliyev Beynəlxalq Universitetinin şöhrətini təmin edə biləcəklər.

 

 

Oruc Mustafayev
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Bağça müəllimlərinin işə qəbul müsabiqəsi bu tarixdən başlayır
14-07-2025 15:27  
Təhsil işçiləri üçün güzəştli TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub
18-07-2025 17:24  
Tələbələrin köçürülməsi prosesinə BAŞLANILDI
15-07-2025 12:00  
SİMA ilə taksi səfərləri daha etibarlı!
14-07-2025 09:45  
Ali məktəblərə qəbul olunanların 46,69 faizi dövlət sifarişi ilə təhsil alacaq
14-07-2025 12:45  
57-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən milli komandamızın uğuru
14-07-2025 16:20  
"YAŞAT" düşərgəsinin 5-ci həftəsi başlayıb
16-07-2025 15:30  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

YAŞAT" düşərgəsinin 5-ci həftəsi başa çatıb
Təhsil işçiləri üçün güzəştli TəhsilPlus kartı ictimaiyyətə təqdim olunub
Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!