• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

ICESCO-nun Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu başladı

  • 01-08-2023, 06:57

İstanbulda BDU-nun da həmtəşkilatçı olduğu ICESCO-nun Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu başlayıb.

İyulun 31-də Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumunun (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) açılış mərasimi keçirilib.

Bakı Dövlət Universitetinin (BDU) də həmtəşkilatçı olduğu tədbirin əsas məqsədi İslam dünyasının ali təhsil müəssisələrinin tələbələri və əməkdaşları arasında kosmik tədqiqatlar sahəsinə marağın artırılması, bu sahədə fundamental və təcrübi bilik və bacarıqların formalaşdırılması, yerli kadrların yetişdirilməsini təmin etməkdir.

Simpoziumun açılış tədbirində ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, İstanbul Texniki Universitetinin (İTU) prorektoru, İTU-nun Aeronavtika və Kosmonavtika fakültəsinin dekanı Zahit Mecitoğlu və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Tədbirdə onlayn şəkildə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, astrofizika və kosmos elmləri üzrə fəaliyyət istiqamətlərinə, beynəlxalq əlaqələrə xüsusi önəm verən Bakı Dövlət Universiteti son illər ərzində bu sahədə bir sıra nailiyyətlər əldə edib. BDU-da tələbə və gənc mütəxəssisləri elmi tədqiqatlara, layihələrə cəlb etmək məqsədilə Tələbə Elmi-texniki yaradıcılıq Mərkəzi yaradılıb, beynəlxalq səviyyəli tədbirlər, məktəblər keçirilib: "BDU ilə İslam ölkələrinin müvafiq ali təhsil müəssisələri və elmi qurumları arasında Günəş fizikası, Günəş sistemi cisimlərinin tədqiqi, kosmik hava sahələrində, Yerin müşahidəsi, monitorinqi və müxtəlif tətbiqlər vasitəsilə kosmik məlumatların emalı istiqamətində əməkdaşlığın möhkəmləndirilməsi zəruridir. Ölkəmizin ICESCO və ona üzv ölkələrlə birgə layihələrin həyata keçirilməsində, əməkdaşlıq təkliflərinin reallaşdırılmasında BDU əhəmiyyətli rol oynamağa başlayıb. Bu istiqamətdə BDU bütün səylərini səfərbər edəcək. BDU-nun da həmtəşkilatçısı olduğu bugünkü simpoziumun beynəlxalq əlaqələrin inkişafında növbəti mərhələ olacağına, kosmik sənaye üzrə tərəfdaşlığın genişləndirilməsi üçün qarşılıqlı səylərin davam etdirilməsinə geniş imkanlar yaradacağına əminəm".

Rektor həmçinin qeyd edib ki, BDU-nun ICESCO və İstanbul Texniki Universiteti ilə də əməkdaşlığı uğurla inkişaf edir. Qurumlar arasında elm və təhsil sahələrində münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə, genişlənəcəyinə əminlik ifadə olunub. BDU-nun müvafiq kadrların hazırlanması sahəsində birgə fəaliyyətə, əməkdaşlığın qurulmasına hazır olduğu bildirilib. BDU-da Biotibbi materiallar İCESCO kafedrası fəaliyyət göstərir və yeni bir kafedranın açılması istiqamətində işlər gedir.

Simpoziumun panel müzakirəsində qarşılıqlı əməkdaşlıq perspektivləri ilə yanaşı, pilotsuz robot kosmik gəmilərin Yer atmosferindən kənarda kosmosun öyrənilməsindəki rolundan, elmi məqsədlər üçün buraxılan missiyaların əhəmiyyətindən danışılıb, insanın uzaq kosmosa müvəffəqiyyətli uçuşuna nail olmaq üçün astrofiziki hadisələri dərindən dərk etməyin zərurəti vurğulanıb və kosmik mühitin resurslarından insanların rifahı üçün istifadə olunması üzrə beynəlxalq layihələrdən əldə edilən faydalara diqqət yönəldilib.

Qeyd edək ki, tədbirdə ölkəmizi təmsil edəcək BDU komandası tərəfindən hazırlanan “CANSAT1919” və “CubeSat” model peykləri də sərgilənir. Havada olan qazların miqdarını, nisbətini, havanın nəmlik dərəcəsini ölçə bilən bu model peyk sistemləri eyni zamanda səmada çəkiliş edərək bütün məlumatları anlıq olaraq Yer idarəetmə stansiyasına (YİS) ötürmək qabiliyyətinə malikdir. Elektrik enerjisi ehtiyacını üzərində olan monokristal günəş panellərindən təmin edən “CANSAT1919” və “CubeSat” avtomatik olaraq yerə eniş edə, üzərində olan məsafə sensorları sayəsində peyk passiv enmə sistemini (paraşütü) və stabilləşdirici ayaqları avtomatik hərəkətə gətirə bilir.

Simpozium və təlimlər avqustun 5-dək davam edəcək.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!