• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Müəllim buraxılış imtahanındakı səhv sualı belə əsaslandırdı-DİM-dən təkzib

  • 07-03-2023, 06:38

 

5 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I zona), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirildi.

 

İmtahanda riyaziyyat fənni üzrə bir sualın səhv salınması ilə bağlı məlumat, sosial şəbəkələrdə geniş müzakirələr səbəb oldu.

 

Mövzu ilə bağlı Moderator.az-a danışan xətai rayon 261 saylı məktəbin riyaziyyat müəllimi Famil Ağayev yanlış düşən sualı izah etdi:

 

“İlk olaraq, məsələnin şərtinə diqqət yeirək:

“M”in  hansı qiymətində  A(m+1; m+6); B(m+5; m-4) nöqtələri “3x+2y=26” şərtinə nəzərən simmetrikdir.  Əgər iki nöqtə bir düz xəttə nəzərən simmetrikdirsə  burda 2 şərt ödənməlidir: bu iki nöqtədən keçən düz xətt  2x+2y=26 düz xəttinə perpendikuliyar olmaldıır:  bu düz xəttin üzərində elə  bir nöqtə olmalıdır ki, bu iki qötənin orta nöqtəsi olsun.

Perpendikuliyarlıq üzrə hesablasaq, “A” və “B” nöqtələrindən keçən düz xəttin bucaq əmsalı mənfi 2.5-ə bərabərdir. Amma 3x+2y=26 düz xəttinin bucaq əmsalı mənfi 1.5-ə bərabərdir.  Perpentikuliyarlıqda bu şərt vardır ki, bucaq əmsallarının hasili mənfi 1-ə bərabər olmalıdır. Bu şərt ödənmir. Ona görə də bu sual səhv salınıb”.  

 

Lakin Dövlət İmtahan Mərkəzindən verilən cavaba görə, Riyaziyyat fənninə aid 83 nömrəli test tapşırığında yanlışlıq yoxdur:

 

“5 mart tarixli buraxılış imtahanının riyaziyyat fənnindən bütün variantlar üzrə sual kitabçalarında 83 №li test tapşırığı ilə bağlı daxil olan müraciətlər müvafiq fənnin ekspertləri tərəfindən araşdırılıb.

 

Bununla əlaqədar olaraq bildiririk ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır.

 

Məlum olduğu kimi, yazılı tapşırıqlarda şagirdlərin verdiyi cavablar cavab vərəqində yer alır və yoxlama əsnasında onların bilikləri cavablandırma üsullarından, hesablama prosesinin mərhələlərindəki qeydlərindən, səhvlərindən asılı olaraq tam, üçdə iki, yarım, üçdə bir olmaqla müxtəlif səviyyələrdə qiymətləndirilir. 5 mart tarixində keçirilən imtahanda istifadə olunan və yazılı cavab tələb edən bütün tapşırıqların qiymətləndirmə meyarları da müvafiq prosedurlar başa çatandan sonra elan ediləcək".

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!