• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Paytaxt məktəblilərinin Sloveniyaya səfəri başa çatıb

  • 02-08-2023, 06:43

Bakı şəhəri 171 nömrəli tam orta məktəbin müəllim və şagirdlərindən ibarət nümayəndə heyətinin Sloveniyaya səfəri başa çatıb.

Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı günlərində “Olimpiya Mədəniyyəti və Təhsili Proqramı” (OCEP) çərçivəsində təşkil olunan səfərdə məktəb nümayəndələri ilə yanaşı Elm və Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov, Nazirliyin İdman sektorunun əməkdaşı Aygün İbrahimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, OCEP layihəsinin rəhbəri Ceyhun Rəhmanov, layihənin koordinatoru Namiq Cəfərov, Milli Olimpiya Komitəsinin (MOK) Xarici əlaqələr idarəsinin məsləhətçisi Ruslan Məmmədov da iştirak ediblər.

MOK-un baş katibi Azər Əliyev Mariborda keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalı zamanı 171 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşüb. Azər Əliyev OCEP-in fəaliyyəti barədə geniş məlumat verib və məktəblilərə müvafiq tövsiyələrini çatdırıb.

XVII Avropa Gənclər Olimpiya Festivalı zamanı OCEP çərçivəsində Azərbaycan guşəsinin açılışı olub. Guşədə ölkəmizin mədəniyyətini, tarixini, idmanını, mətbəxini, həmçinin Azərbaycan-Sloveniya dostluğunu və digər sahələri əhatə edən təqdimat və viktorinalar nümayiş olunub. Eyni zamanda Azərbaycan məktəbinin şagirdləri milli rəqslər ilə çıxış ediblər. Bundan başqa, qonaqlara Azərbaycandan gətirilmiş hədiyyələr təqdim olunub. Çoxsaylı qonaqlar, idmançılar və rəsmi nümayəndələr tərəfindən pavilyona böyük maraq göstərilib.

Azərbaycan nümayəndə heyəti və məktəblilər Sloveniyaya səfər çərçivəsində Maribor şəhərində Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.

171 nömrəli tam orta məktəbin şagirdləri Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandasını dəstəkləyiblər.

Həmçinin səfər zamanı Azərbaycan nümayəndə heyəti 3 məktəbəqədər təhsil müəssisəsində olub. Görüş zamanı uşaqlar rəqs nümunələrini təqdim edib və müxtəlif oyunlar oynayıblar.

Nümayəndə heyəti Sloveniyanın Lyubyana şəhərinə və Avstriyanın paytaxtı Vyana şəhərinə də səfər edib.

Səfər çərçivəsində Azərbaycanın Avstriyadakı səfirliyində 171 nömrəli tam orta məktəbin nümayəndə heyəti ilə səfirliyin əməkdaşları arasında görüş keçirilib.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!