• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Rəsulzadənin elm və təhsillə bağlı çox mühüm işləri olub “ - Professordan maraqlı faktlar...

  • 06-03-2023, 06:41

Bu gün Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. 1955 -ci ilin bu günündə Ankarada dünyasını dəyişən Rəsulzadə qardaş ölkədə dəfn edilib.

 

M.Rəsulzadənin irsi bu gün də hələ tam araşdırılmayıb.  Onun elm və təhsillə bağlı bir çox məqalələri dövrünün ən məşhur mətbuu orqanlarından işıq üzü görüb.

 

Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov  ilk dəfə olaraq Məhəmməd Əmin Rəsulzadənin pedaqoji məqalələrini bir kitab halında cəmləyərək, təhsil tariximiz adına vacib iş görüb.

 

F. Rüstəmov Moderator.az-a açıqlamasında  M.Ə.Rəsulzadənin təhsillə bağlı mübarizədə  yaşadığı çətinliklərdən də söz açdı:

 

“Məhəmməd  Əmin Rəsulzadə təkcə ictimai-siyasi xadim deyil. Onun başdan-sona bütün yaradıcılığı elmlə bağlıdır.  M.Ə.Rəsulzadənin elm, maarifçiliklə bağlı məqalələrini 2 dövrə bölmək olar: 1920-ci illər mərhələsi: bura Azərbaycan və mühacirət dövrü fəaliyyəti aiddir.   Rəsulzadənin yaradıcılıq yolunda, çoxşaxəli fəaliyyətində təhsil və maariflə bağlı məsələlərə həssas və məhsuldar yanaşdığını görürük.

Xalqın mənəvi inkişafı, tərəqqisinə, azadlığa qovuşmasına böyük ümid bəsləyirdi.  Onun yaradıcılığında irihəcmli əsərlər deyil, məqalələr daha çox yer tutub. Bu əsərlərin özəyində maarif, elm, təhsil dayanıb.  M.Ə.Rəsulzadə hər zaman xalqın savadlanmasında milli məktəbin rolunu yüksək qiymətləndirib. Mənim üçün ən maraqlı detal onun  Həsən bəy Zərdabinin dəfnində səsləndirdiyi nitqidir. Bu nitq 2 dekabr 1907-ci ildə  “İrşad” qəzetidə nəşr olunub: “Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Yalnız  maarif, maarif, maarif”!

 

M.Ə.Rəsulzadənin həmin dövrdə fəaliyyət göstərən, rus-tatar məktəbləri ilə bağlı çox tənqidi fikirləri vardı.

 

O, 8-11 yaşlı uşaqların hər birinin birmənalı olaraq, məktəbə getməsinin təşəbbüskarı olub.  Bu sahədə çox böyük xidmətlər göstərib.  Bakı kəndlərində məktəblərin vəziyyətini araşdırıb.  O dövrədə həmin ərazilərdə təxminən 1200-ə yaxın şagird məktəbdən kənar qalmışdı.  Həmin dövrdə o ərazidə bir çox cinayətlər baş verib. M.Ə.Rəsulzadə deyirdi ki, əgər uşaqlar məktəbə cəlb olunsa, cinayətlərin sayı da aşağı düşər.  İbtidai təhsili ən vacib məsələ hesab edirdi.  Onun məktəblər, seminariyalar, universitetlər haqqında çox dəyərli fikirləri var.

 

Azərbaycanda Bakı Dövlət Universitetinin açılmasında Rəsulzadənin çox böyük rolu var. Həmişə deyərdi:  “Kim inkar edər ki, Afina Universiteti Afina dövlətini yaratmayıb.  Biz universitet yaradırıqsa , buna hökmən nail olacağıq”.

 

M.Ə.Rəsulzadənin gücü və maarifçilik köməyi ilə indiki Bakı Dövlət Universiteti təsis edildi.  O vaxt bu sahədə çox mübahisələr oldu.  Bizim öz həmvətənlərimiz bu fikrə qarşı çıxıb deyirdilər  ki, bizə indiki dövrdə universitet lazım deyil, biz hələ orta məktəb yaratmalıyıq və s. Amma M.Ə.Rəsulzadənin gücü və nüfuzu hesabı universitet açıldı. 

 

Onun maariflə bağlı təxminən 80-90 məqaləsini bir araya yığaraq, “Seçilmiş pedoqoji əsərlər”adı ilə 2018-ci iləd toplu nəşr etdirmişəm.   Bu əsərlərin içində daha çox diqqətimi cəlb edən “Miili diriliş nədir” məqaləsidir. Bu, millətin əxlaqının inkişafına həsr olunmuş  güclü əsərdir.  O, xaricdə də yazdığı əsərlərində Azərbaycana, onun mədəniyyəti, yazıçıları ilə bağlı çox böyük xidmətlər göstərib.  Ömrünün  sonuna qədər siyasi  həm də maarifçi xadim kimi qalıb. 

 

Məhəmməd Əmin Rəsulzadə və onun tərəfdarları XIX əsrin sonlarında Azərbycanda  milli  məktəb, milli mətbuat, ideologiya, partiya yaratdılar. Sonda isə milli dövlət yaratdılar.  Bu millətə azadlığın nə olduğunu daddırdılar. Dedilər ki, bir dəfə qalxan bayraq bir daha enməz. Onların qaldırdıqları bayraq, 1991-ci ildən yenidən qalxdı, bu gün artıq Qarabağda, Şuşada dalğalanır”.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!