Akademik İKT avadanlığının təkrar emalı bazarını yaratmağın əhəmiyyətindən danışıb
Müasir dövrdə ölkəmizdə İKT avadanlığının təkrar emalı bazarının yaradılması informasiya cəmiyyətinin və sirkulyar iqtisadiyyatın inkişafı baxımından əhəmiyyətlidir.
Edupress.az xəbər verir ki, bu barədə Elmi şuranın iclasında AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev məlumat verib.
İnstitutun baş direktoru bu sahənin hüquqi prosedurları, iqtisadi stimulyasiyasının həyata keçirilməsi, eləcə də biznes sektorunun yaradılması məsələlərinə böyük diqqət ayrılmasının zəruri məsələlərdən olduğunu qeyd edib. Akademik Rasim Əliquliyev rəqəmsal texnologiyalar kontekstində İKT avadanlığının təkrar emalı bazarının xüsusiyyətləri, ondan təkrar istifadə zərurəti və onların iqtisadi səmərəliliyi perspektivlərinə dair tədqiqatların aparılmasının əhəmiyyətinə toxunub.