• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Abituriyentlərin nəzərinə: BDU-da 75 ixtisas üzrə qəbul aparılacaq

  • 02-08-2023, 11:20

Bakı Dövlət Universitetində (BDU) 75 ixtisas üzrə qəbul aparılacaq.

Bu barədə Edupress.az-a BDU-dan məlumat verilib.

Bu gün 25 mindən çox təhsilalanı əhatə edən Bakı Dövlət Universiteti (BDU) 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, “SABAH” Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş 21 elmi-tədqiqat laboratoriyası, 23 tədris laboratoriyası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır.

Tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasını, təhsildə innovasiya fəaliyyətinin, bilik və bacarıqlarının daim inkişaf etdirilməsini, praktiki vərdişlərə malik istedadlı mütəxəssislərin sayının artırılmasını, innovativ və dinamik təhsil proqramlarının tətbiq olunmasını, gənc tədqiqatçıların ölkəmizin iqtisadi və texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsini əsas götürən BDU-da tələbə yataqxanası, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” dil mərkəzi fəaliyyət göstərir. İki ildən çoxdur ki, tətbiq edilən “Code Academy” layihəsi çərçivəsində BDU tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə təhsil almaq üçün şərait yaradılıb.

BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. ABŞ-ın “Blackboard” platformasının tətbiqi ilə tədris prosesinin təşkili və idarəolunmasını təkmilləşdirir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiqetmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə İsrailin Holon Texnologiya İnstitutu və Yerusəlim İbrani Universiteti (HUJI), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, ABŞ-ın Linkoln Universiteti, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Fransanın Lumiere Lyon 2 Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, Ş. Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti və L.N.Qumilyov adına Avrasiya Milli Universiteti kimi nüfuzlu ali məktəblər arasında bakalavriat, magistratura və doktorantura təhsil pillələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. BDU-nun bakalavriat səviyyəsində 2023-2024-cü tədris ili üzrə statistika, meliorasiya mühəndisliyi, muzey, arxiv işi və abidələrin qorunması ixtisasları açılıb. Statistika ixtisası Beynəlxalq münasibətlər və iqtisadiyyat, meliorasiya mühəndisliyi ixtisası Coğrafiya, muzey, arxiv işi və abidələrin qorunması ixtisası isə İnformasiya və sənəd menecmenti fakültələrində tədris olunacaq.

BDU-da 2023-2024-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisasların siyahısı universitetin saytında yerləşdirilib.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!