UNEC Zaqatala filialında "Açıq qapı" günü keçirilib-FOTOLAR
04.08.2023 tarixində UNEC Zaqatala filialında "Açıq qapı" günü keçirilib.
Görüşdə Zaqatala, Qax, Balakən, Şəki rayonlarından olan məktəblərin nümayəndələri, təhsil işçiləri, şəhid ailələri və qazilər, icra hakimiyyətinin nümayəndələri, abituriyentlər və valideynlər iştirak ediblər.
Edupress.az xəbər verir ki, tədbirin girişində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra UNEC-in Zaqatala filialı haqqında təqdimat edilmiş, video-çarx nümayiş olunub.
Filialın direktor vəzifəsini müvəqqəti icra edən i.f.d. dos. Raqif Qasımov tədbir iştirakçılarını salamlayaraq, onlara öz təşəkkürünü bildirmiş və filial haqqında geniş məlumat vermişdir. UNEC-in Zaqatala filialının direktor müavini dosent Həqiqət Qədimova, ZİM-in rəhbəri Babək Alıyev filialın inhfrastrukturu, yataqxana, tələbə yeməkxanası, tələbələrin asudə vaxtlarının keçirilməsi və tələbələrə yaradılmış şərait haqqında məlumat vermişlər.
"Açıq qapı" da iştirak edən qonaqların, valideynlərin, abituriyentlərin sualları ətraflı cavablandırılmışdır. Tədbirdə Zaqatala rayon icra hakimiyyəti aparatının, vətən müharibəsi iştirakçısı və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Seyidov, şəhid Orxan Cumayevin anası Rəhilə Cumayeva, qazi Elman İsmayılov, Həsən Yusibov da iştirak etmişlər. Əlmaniz Ələkbərlinin Şəhid Orxan Cumayevə həsr etdiyi "Dastana dönən şərəfli ömür" kitabını şəhid anası Rəhilə Cumayeva filiala hədiyyə olaraq təqdim etmişdir.
Tədbirin yekununda çay süfrəsi arxasında qonaqları maraqlandıran digər məsələlər müzakirə edilmişdir.