• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Bağça sayı az, problem çox: Elektron qəbul niyə qəlizdir?

  • 04-08-2023, 10:14
"Azərbaycanda bağça sayı artırılmayana qədər qəbul prosesində çox ciddi problemlər yaşanacaq”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri bağçalara qəbul prosesindən danışarkən deyil. O bildirib ki, bu gün ölkə üzrə cəmi 1825 bağça var, onun 1692-si dövlət, 133-si özəldir:
 
"Bağçalara qəbul prosesində özəlllər iştirak etmir. 1692 bağçada 450 min uşaq var. Lakin onların cəmi 126 mininə bu şərait yaradılır. Bağçaların sayı artırılmalıdır”. 
 
Elmin Nuri avqustun 1-dən bütün bağçalara qəbulla bağlı növbə prosesinə start verildiyini vurğulayıb: 
 
"Proses nazirliyin bununla bağlı açdığı www.bq.edu.az portalı üzərindən həyata keçiriləcək. Şəffaflıq, obyektivlik, insan resursunun iştirak etməməsi, ədalət prinsipinin gözlənilməsi baxımından yaxşı addım hesab olunur. Bu proses üçüncü ildir ki, həyata keçirilir. İlk ildə texniki  baxımdan çox qüsurla yadda qalıb, amma sonrakı bir ildə bu proses tənzimləndi. Yəni, bağçalar yerli icra hakimiyyətlərindən alınaraq Elm və Təhsil Nazirliyinə veriləndən sonra nazirlik bu istiqamətdə çoxlu işlər gördü. Söhbət yalnız texniki istiqamətdən gedir. Amma yenə də müəyyən bir problemlər yaşanmış oldu”. 
 
 
Ekspert hesab edir ki, istər bağçalara qəbul, istərsə də 1-ci sinifə, ümumiyyətlə, şagird qəbulunda elektron detallar çox qəlizdir: 
 
"Sıradan bir valideyn, orta statistik bir azərbaycanlı üçün o qədər də asan texniki mexanizmlər deyillər. Bağça isə ümumiyyətlə çətindir. Nəyə görə? Çünki burada birbaşa valideynlər iştirak edir və 3 mərhələdən ibarətdir. 
 
1. Növbəyaratma prosesinə qədər olan mərhələ
2. Növbəyaratma prosesi
3. Seçilmiş boş yerlərin sorğuya çevirilməsi.
 
Birinci mərhələ asandır, yalnız qeydiyyat mərhələsidir. İstəlinən bir valideyn növbəyaratma prosesinə qədər sistemə daxil olub qeydiyyatdan keçə bilər. Bunun üçün heç bir növbə tələb olunmur. Amma növbəyaratma prosesində artıq kim "tez tərpəndi prosesi" önəmli rol oynayır. Bir valideyn bir uşaq üçün maksimim 3 bağça seçə bilər. Kimin internet bacarıqları yaxşıdırsa, növbəyaratma prosesindən yararlanır. Bunun önəmi nədir? Növbəyaratma prosesindən daha tez müraciət edən valideynin müraciəti ilkin sıralarda olur. Bu da uşağın həmin bağçaya düşmək şansını artırır. Bu universitet deyil ki, onun taleyini bal həll eləsin, ixtisas seçimindəki yer rol oynasın və s. Bu bağçadır və bal sistemi yoxdur. Uşağın bağçaya düşmək mexanizmini yalnız sürət həll edir”. 
 
Ekspert bununla razı olmadığını önə çəkib: 
 
"Bunun əyaləti, kəndi, rayonu, dağlı bir ərazisi var. Elə yer var ki, orada internet problemi var. Bakının özündə belə saatlarla internet problemi yaranır. O ki qala hanısa rayon, yaxud kənd olsun. Buna görə xeyli azyaşlı uşaq bağçalardan kənar qalır. Amma bu da hələ sonuncu mərhələ deyil. Növbəti üçüncü mərhələyə keçid alırıq. Növbəyazılma prosesindən maksimum 5 gün sonra mövcud növbələrin boş yer olduğu halda sorğuya çevirilməsi prosesi başlayır. Bu da ən tez 5 günə həyata keçirilir. Növbə yeri sorğuya çevirildikdə bu artıq uşağın bağçada qeydiyyata alınması demək olur. Bundan sonra valideyn 15 gün ərzində müvafiq sənədləri bağçaya təqdim edir və beləliklə, uşağın həmin bağçada təhsil almasını təsdiqləmiş olur. Bu meyarlardır”.
 
Elmin Nuri bildirib ki, bu prosesdə elektron sistem əsas rol oynayır: 
 
"Lakin elektron sistemdə prinsiplərin qəlizliyi, bilik və bacarıq tələb etməsi bir çox valideynin işini çətinə salır. Mənim özümə bir neçə valideyn müraciət edib və onlara kömək etmişəm. Və hiss edirəm ki, bizə müraciət edən valideynlər savadlıdırlar, onların kompüter bilikləri az deyil, lakin yenə də nədəsə çıxılmaz vəziyyətə düşürlər”. 
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!