• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Diplomu "havada qalanlar" hansı "hava" çalınacaq? - RƏY

  • 04-08-2023, 12:25
"Bu gün Azərbaycanda diplomların tanınması həddindən artıq müzakirə olunan məsələlərdən biridir. Nostrifikasiya və akkreditasiya prosesləri çox qəliz mexanizm hesab edilir".
 
Bunu "Sherg.az"a təhsil eksperti Elmin Nuri xaricdə təhsil alan bəzi şəxslərin müraciətinin mənfi qərarla yekunlaşmasından danışarkən deyib. Onun sözlərinə görə, diplomların tanınması prosesinin çətinliyi bir tərəfdən sevindiricidir, deməli, artıq şəffaflıq artıb:
 
"Təbii ki, mənfi cəhətləri də var. Çünki insanlarda xaricdə təhsilə inamın itməsi, marağın azalması kimi müəyyən problemlər yarada bilər. Amma problemi deməklə yanaşı, onun həlli ilə bağlı təklif də irəli sürmək daha məqsədəuyğundur. Bu gün diplomların tanınması və akkreditasiya işini Elm və Təhsil Nazirliyinə tabe olan Təhsildə Keyfiyyətin Təminatı Agentliyi (TKTA) həyata keçirir. Son illər bu agentliyin fəaliyyəti ilə bağlı müsbət fikirlər səsləndirilir. Doğrudur, TKTA-nın diplomların tanınması ilə bağlı tələbləri həddindən artıq sərt, amma təqdirəlayiqdir. Lakin elə addımlar atılmalıdır ki, çox insanların diplomu "havada qalmasın", öz təsdiqini tapmış olsun. Türkiyənin böyük bir universiteti ölkəmizdə tanınan ali təhsil müəssisələrinin siyahısında yer alırsa, həmin məzun təhsil pilləsini başa vurur, müəyyən ekspertizadan sonra diplomun tanınması problem yaratmır. Amma ən çox üz tutulan ölkələrdən  - Türkiyə, Ukrayna, Rusiyada yeni yaranmış özəl universitetlər də var ki, bəzən təhsili keyfiyyət göstəriciləri baxımından ürəkaçan deyil. O demək deyil ki, türk universitetidirsə, deməli, kifayət qədər samballı və etibarlı diploma sahib olmalıdır. Həmin ölkələrin elə universiteti var ki, bizim özəl ali təhsil müəssisələrimizin təhsil keyfiyyəti onlarınkından on dəfə artıqdır".

Ekspert təklif edir ki, ölkəmizin müsbət qərarla yekunlaşdırdığı universitetlərin sayı artırılsın:
"Bəzən məktəbi bitirən bir şagird az bal yığdığına görə Azərbaycandakı universitetlərə daxil ola bilmir. Nəticədə attestat vasitəsilə qəbul edən Türkiyə, Rusiya və Ukrayna kimi ölkələrin ali təhsil ocaqlarına üz tutur. Təbii ki, burada az ballıq nəticə göstərən şagird getdiyi ölkədə də attestatla yüksək reytinqli universitetlərə qəbul ola bilməz. Yəqin ki, təhsili nisbətən keyfiyyətsiz olan universitetlərdə oxuyacaq. Azərbaycanda diplomları asanlıqla təsdiq olunan universitetlərin siyahısı çox qısadır. Say mütləq artırılmalıdır. 
 
E.Nurinin digər təklifi ölkəmizdə distant təhsilin inkişafının vacibliyi ilə bağlıdır:
"Ümumiyyətlə, xaricdə ali təhsil müəssisələrində qiyabi təhsil forması çox da geniş yayılmayıb. Şagirdlərimiz əsasən, Ukrayna, Rusiyada qiyabi təhsil əsasında oxuyurlar, ildə bir-iki dəfə həmin ölkəyə gedirlər. Amma Azərbaycanda diplomları ümumiyyətlə, tanınmayan təhsil forması distantdır.  Bizdə də bu ənənənin formalaşması arzuolunandır. Tətbiq edilməsə belə, heç olmasa, xaricdə distant təhsil əsasında oxuyanların diplomlarının tanınmasında önəmli bir addım atmalıyıq".
 
Qeyd edək ki, iyul ayı üzrə 1 134 müraciətçinin 874-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat yayıb.
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 234, dövlət nümunəli olmayan diplom səbəbi ilə 7, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 7 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!