• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Nadir İsrafilov: “Məktəb hərənin bir cür fərqlənmək istədiyi məkan deyil…”

  • 07-08-2023, 05:00

 

 

 

“Əgər hər məktəb dörd geyim formasından birini seçəcəksə, bunun nəyi vahid forma olur.”

Hər  şeydən əvvəl onu qeyd edim ki, bu məsələ birinci dəfə deyil, gündəmə gəlir və hər dəfə də heç də hamı tərəfindən birmənalı şəkildə qarşılanmır və konkret həllini tapmır.

Əslində, 2020 –ci tədris ilindən ölkə məktəblərində vahid məktəbli forması tətbiq olunmalı idi. Yeni eskizlər belə hazırlanmış və ictimailəşdirilmişdi. Bununla bağlı Təhsil Nazirliyinin müvafiq əmri də var idi. Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürərək, layihəni ictimai müzakirəyə belə çıxarmışdı. Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə dair müzakirələr də keçirilmişdi. Həmin müzakirələrdə məktəbli forması tikməkdə maraqlı olan bütün tərəflər dinlənilmiş, müxtəlif fikirlər irəli sürülmüşdü. Bu məsələdə maraqlı olan tərəflər 1 ay müddətində məktəbli formalarının hazırlanması üzrə təkliflər paketini təqdim etmələri qərara alınmışdı.  Martın ortalarında isə ölkədə koronavirus pandemiyası başladı və bütün işlər yarımçıq qaldı.

 

Kiçik bir xatırlatma da yerinə düşər ki, vahid məktəbli forması sovet dönəmində də olub, müstəqillik əldə etdiyimiz ilk dövrlərdə də. Sovet dönəmindən bu yana artıq neçə onillikdir ki, hər yeni tədris ili ərəfəsində valideynlər məktəb bazarlığına başlayarkən məktəbli forması ilə bağlı müəyyən problemlərlə üzləşirlər. Məktəbli formalarında hansı dəyişikliklərin ediləcəyi gündəmin başlıca mövzularından birinə çevrilmiş olur: “Müstəqilliyin ilk illərində vahid məktəbli formasına keçidlə bağli Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanmışdı. Ancaq nədənsə, əmrin məzmun və mahiyyəti qaldı bir kənarda, əvəzində özfəaliyyətlər başladı.

Bəzi elit hesab edilən məktəblər, hansı ki, şagirdlərinin əksəriyyəti imkanlı ailələrin övladları idi, özləri üçün xaricdən xüsusi, digər məktəblərdən seçilən forma sifariş etməyə başladılar. Bəziləri “şotlantka” deyilən parçadan forma tikdirdi, bəzisi başqa rənglər, elementlər seçdi, fərqlənməyə çalışdılar. Əgər əmr vardısa, lazım idi ki, bütün məktəblər eyni formada olsun. Amma olmadı. Bakı Tikiş Evinin geyimlərini bəyənməyənlər Türkiyədən parça sifariş etdilər, gizli sexlər Çindən gətirilmiş ucuz parçalardan məktəbli forması tikməyə başladı, mənşəyi bəlli olmayan saxta formalar dövriyyəyə buraxıldı. Halbuki, vahid məktəbli formasının mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsi idi.

Nəhayət, 1993-1997-ci illərdə məktəbli geyiminə aydınlıq gətirmək məqsədilə yeni əmr verildi. Bu o anlama gəlirdi ki, oğlanlar məktəbə açıq rəngli köynəklərdə, tünd rəngli şalvarlarda, qızlar isə açıq rəngli kofta və tünd rəngli ətəklərdə gəlməlidirlər. Sonrakı dövrdə də vahid məktəbli formasına keçidlə bağli müxtəlif təkliflər səsləndirildi, hətta bəzi kateqoriyadan olan şagirdlərə məktəbli formalarının dövlət hesabına verilə biləcəyini də dilə gətirənlər olmuşdu. Məktəbli formasının bütün məktəblərdə tətbiq oluna biləcəyi barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunan "Ümumi təhsil haqqında” qanun layihəsində də öz əksini tapdı. 2020-ci ilin fevralında Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə dair ilk müzakirələr də keçirildi. Məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib-hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif edildi. Təhsil Nazirliyi isə 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürərək, layihəni ictimai müzakirəyə çıxardı. Layihəyə görə, qızlar üçün yay geyim formasının qısaqol köynək və ətəkdən, qış geyim formasının isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulurdu. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaqdı. Bu layihə pandemiya ilə əlaqədar təxirə salındı”.

Şagirdlərin ümumiyyətlə standart formaya ehtiyacı olub, olmaması ilə bağlı bir sıra fərqli fikirlər və onları dəstəkləyən dəlillərin heç də bütün ölkələrdə bir mənalı olmasına baxmayaraq, dünyanın ayrı-ayrı ölkələrinin bu sahədəki təcrübəsi onu göstərir göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda məktəblilərinin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Məktəbli forması çoxları tərəfindən məktəbin əsas atributlarından biri, mənsubiyyətin ifadəsi, məktəb qarşısında məsuliyyət və cavabdehlik, nizam-intizama dəvət kimi qəbul edilir.

Bir sıra ölkələrin dövlət məktəblərinin əksəriyyətində eyni forma mütləqdir, özəl məktəblərdə isə fərqlidir. Ümumi qənaət belədir ki, məktəbli forması, hər hansı bir forma kimi şagirdlərdə cəmiyyət, kollektivçilik, ümumi iş və ümumi məqsədlər naminə hisslərin formalaşmasına kömək edir, sosial bərabərsizliyin fərqini əhəmiyyətli dərəcədə azaldır. Formalar üçün vahid standart, dövlət səviyyəsində qəbul edilərsə, məktəblilərin geyimlərinin sanitariya-gigiyena tələblərinə cavab verəcəyi və sağlamlıqlarına mənfi təsir göstərməyəcəyinə zəmanət verilir.

Başqa sözlə, məktəb hərənin bir cür fərqlənmək istədiyi məkan deyil, maddi vəziyyəti ilə öyünmək, seçilmək və” kim nə istəyir ” kimi geyinmək yeri də deyil. Yaxşısı və başlıcası odur ki, təki onların tədrisdən, təlim-tərbiyə prosesindən yayınmasına səbəb olmasın. Üstəlik şagirdlər məktəbli formasında daha müasir və dəbli görünürlər. Digər məsələ ondan ibarətdir ki, vahid məktəbli formasının əsas mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsidir. Əgər şagird görürsə ki, hansısa məktəbin şagirdi geyimi ilə ondan üstündür, hansısa şagirdin geyimi onun geyimindən bahalıdır, burada sosial ədalətdən danışmaq olmaz. Nəzərə alsaq ki, fərqli formalar uşaqlara mənfi təsir göstərir və onlarda əskiklik kompleksi yaradır.


“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən “Ümumtəhsil məktəblərində təhsilalanların geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur. Nazirlər Kabinetinin təsdiq etdiyi sənədinə əsasən hər bir məktəbdə vahid formanın olması əks olunub, ancaq məktəbli formasının hansı formada olması ilə bağlı qərar məktəbin pedaqoji şurasının və valideynlər komitəsinin ortaq qərarı ilə müəyyənlışdiriləcəyi nəzərdə tutulub ki, bu da mübahisə obyekti olmaya bilməz.


Hər şeydən əvvəl ona görə ki, bu yanaşmada məktəbli forması ilə bağlı vahidlik prinsipi pozulacaq, ümumi rəyə gəlməkdə problemlər yaranacaq. Əgər məsələnin qoyuluşu ölkə üzrə vahid formanın tətbiq edilməsinə yönəlibsə, hər məktəbin müstəqil seçimi müxtəliflik yaradar ki, bu da artıq ayrılıqda götürülən məktəbin forması hesab edilə bilər. Əgər təhsildə bütün ölkə üzrə vahid dövlət standartları tətbiq olunursa, belə bir standartlar nəyə görə məktəbli formasına da şamil edilməməlidir? Digər tərəfdən il ərzində bir məktəbdən digərinə xeyli sayda şagird yerdəyişmələri edilirsə, onda bir forma digəri ilə əvəz edilməlidir?

Məclis vahid məktəbli geyimi ilə bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, Azərbaycanda ümumtəhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər. Hər ali məktəbin, özəl lisey və gimnaziyaların loqosu olduğu kimi, ayrı-ayrı məktəblərin də fərqlənmə nişanlarını həmin formalarda əks etdirmək olar.

Əgər hər məktəb 4 fərqli eskizdən birini seçəcəksə, bunun nəyi vahid forma olur. Məgər polis, prokuror, hakim, vəkil, və s digər peşə sahiblərinin formalarında ayrı-ayrılıqda eskiz müxtəlifliyi var? Yasamal rayon polisi bir rəngdə Nəsimi polisi başqa rəngdə -necə təsir bağışlayar? Olmazmı ki, respublikanın bütün məktəbləri üçün  digər peşə sahiblərində olduğu kimi, ümumi rəy nəzərə alınaraq vahid standartlar əsasında vahid formada və vahid rəngdə geyim tətbiq edilsin. Məktəblərini fərqləndirmək istəyənlər isə emblemlərini vursunlar yaxalarına, bununla da iş bitsin getsin.

Hesab edirəm ki,   təklif olunan və məqsədəuyğun hesab edilən 4 eskiz içərisindən işçi qrupu və ya müvafiq komissiya tərəfindən birini seçib, ümumi müsakirəyə vermək və son olaraq təsdiq edib, bütün ölkə üzrə tətbiqi barədə yekun qərar qəbul etmək olardı. Bir də ki, il ərzində Respublika üzrə rayon daxili, şəhər daxili və rayonlar, şəhərlər arası bir məktəbdən digər məktəbə yüzlərlə, minlərlə yerdəyişmələr həyata keçirilir. Belə çıxır ki, “tünd-göy” formalı məktəbdən “tünd-boz” formalı məktəbə keçən şagirdə yeni forma alınmalıdır? Geyim forması dəstinin məktəbin Pedaqoji Şurasının qərarı ilə müəyyən olunması və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilməsi ilə də bağlı müəyyən nüanslar da qaçılmaz olacaq. Bu il keçsə də, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” nə yenidən baxılmalı, “geyim forması hər bir məktəbin öz nizamnaməsi ilə müəyyən olunur” maddəsi dəyişdirilməlidir. Əgər diqqət ölkə üzrə vahid formanın tətbiq edilməsinə yönəlibsə, hər məktəbin müstəqil seçimi müxtəliflik yaradar ki, bu da artıq ayrılıqda götürülən məktəbin forması hesab edilə bilər. Əgər təhsildə bütün ölkə üzrə vahid dövlət standartları tətbiq olunursa, belə bir standartlar nəyə görə məktəbli formasına da şamil edilməməlidir?

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!