• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu başa çatdı

  • 08-08-2023, 13:21

Bakı Dövlət Universitetinin (BDU) həmtəşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən keçirilən Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium) başa çatıb.


31 iyul – 5 avqust tarixlərini əhatə edən simpoziumda 20 ölkədən (Türkiyə, Azərbaycan, Nigeriya, Bruney, İran, Qambiya, Malayziya, Seneqal, Kamerun, Oman, Yəmən, BƏƏ, Əfqanistan, Qvineya-Bisau, Qabon, Syerra-Leone, Mərakeş, Pakistan, İraq və İordaniya) 30 tələbə və gənc tədqiqatçı iştirak edib, bir neçə sessiya və model peyklər hazırlamaq üzrə təlim proqramları keçirilib. Təlimlərdə 5 üzvdən ibarət 6 fərqli komanda iştirak edib. Daha sonra komandalar tərəfindən hazırlanan model peyk nümunələri Aksaray şəhərində səmaya göndərilərək, test olunub. Tədbirdə ölkəmizi təmsil edən BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin mühəndisləri Usub Nərimanov və Ramid Əsgərov hazırladıqları “CANSAT1919” və “CubeSat” model peyklərini təqdim ediblər.


Əsas funksiyası havada olan qazların miqdarını, nisbətini, havanın nəmlik dərəcəsini ölçə bilən bu model peyk sistemləri eyni zamanda səmada çəkiliş edərək keyfiyyətli video, foto görüntü, GPS məlumatları və s. bunun kimi bir çox data məlumatları anlıq olaraq Yer idarəetmə stansiyasına (YİS) ötürmək qabiliyyətinə malikdir. Həmçinin “CubeSat” model peyki 600 metr məsafədə (aşağı yer orbitində) bunu icra edə bilirdisə, yəni bu cür proqramlaşdırılmışdısa, təlimlərdə onun təkmilləşdirilməsi və 450 km-ə qaldırılmasının mümkünlüyü də müzakirə edilib. Və bu cihazlar NASA beynəlxalq standartlarına uyğun şəkildə dizayn edilib.


Qeyd edək ki, həmin model peyklər elektrik enerjisi ehtiyacını üzərində olan monokristal günəş panellərlə təmin edir, avtomatik olaraq yerə eniş edə, üzərində olan məsafə sensorları sayəsində peyk passiv enmə sistemini (paraşütü) və stabilləşdirici ayaqları avtomatik hərəkətə gətirə bilir.
Simpoziumda aparılan müzakirələr yaxın gələcəkdə Günəş fizikası, Günəş sistemi cisimlərinin tədqiqi və Günəş - Yer əlaqələrinin fizikası və kosmik hava sahələrində, Yerin müşahidəsi, monitorinqi və müxtəlif tətbiqlər vasitəsilə kosmik məlumatların emalı baxımından böyük əhəmiyyətə malikdir.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!