
E-Twinning müxtəlif ölkələrin məktəbləri arasında birgə layihələri və şagird mübadiləsini təşviq edən təhsil proqramıdır. İki fərqli məktəb arasında tərəfdaşlıq qurmaqla, şagirdlərin mədəni anlayışını inkişaf etdirmək, dil bacarıqlarını artırmaq və beynəlxalq əməkdaşlıq təcrübəsini təmin etmək məqsədi daşıyır.
E-Twinning layihələri şagirdlərə qlobal perspektiv vermək, müxtəlif mədəniyyətləri anlamaq və onların mədəni müxtəliflik haqqında məlumatlılığını artırmaq üçün əla fürsətdir. Bu layihələrdə şagirdlər digər ölkələrdən olan həmyaşıdları ilə ünsiyyət quraraq dil bacarıqlarını inkişaf etdirmək, mədəni fərqlilikləri anlamaq və qiymətləndirmək imkanı əldə edirlər . E-Twinning həm də müəllimlər üçün bir çox üstünlüklər təklif edir. Müxtəlif ölkələrdən olan həmkarları ilə ünsiyyət qurmaqla müəllimlər ən yaxşı təcrübələri bölüşə, yeni tədris metodlarını kəşf edə və qlobal təhsil şəbəkəsinə çıxış əldə edə bilərlər. Bu cür layihələr müəllimlərin peşəkar inkişafına dəstək verir, onların tədris proseslərini zənginləşdirir.
Nəticədə E-Twinning layihələri şagirdlər, müəllimlər və icmalar üçün böyük əhəmiyyət kəsb edir.
E-twinning, beynəlxalq bir təhsil proqramı olduğu üçün Azərbaycanda da tətbiq olunur. Azərbaycan dil anlayışını, dil bacarıqlarını inkişaf etdirmək və təkmilləşdirməklə öz təcrübələri bölüşmək imkanına malik ola bilər.
E-twinning Azərbaycan təhsil sistemi üçün bir neçə fayda gətirir:
1.Mədəniyyət və dil öyrənmək: E-twinning layihələri Azərbaycanlı tələbələrə fərqli mədəniyyətlər və dilləri öyrənmək və anlamaq imkanı yaradır. Onlar öz biliklərini təqdim edə bilərlər və başqa ölkələrdən gələn şagirdlərlə birgə fərqli mədəniyyətləri təcrübə etmək imkanına malik olurlar.
2.Dil bacarıqlarının inkişafı: E-twinning, şagirdlərin dil bacarıqlarını inkişaf etdirmək üçün bir platformadır. Şagirdlər, fərqli dillərdə yazışaraq, başqa dillərdə olan təlimlərdə iştirak dil biliklərini əldə edə bilər.
3.Texnologiyadan istifadə: E-twinning, texnologiyadan aktiv istifadə etmək imkanı verir. İnternet platforması əsasında şagirdlər və müəllimlərlə məlumatları rahatlıqla paylaşa, birgə layihələrlə işləyə, videokonfranslar təşkil edə və texnoloji alətlərdən istifadə edilə bilər.
E-twinning layihələri, Azərbaycan məktəblərinin digər ölkələrin məktəbləri ilə birgə çalışmaq və təcrübələri paylaşmaq imkanını yaradır.
4.Beynəlxalq əməkdaşlıq: E-twinning Azərbaycan məktəblərini digər ölkələrlə birləşdirərək beynəlxalq əməkdaşlığın inkişafına imkan yaradır. Bu, tələbələr arasında dostluq və anlaşmanın yaranmasına, regionlararası əlaqələrin möhkəmlənməsinə kömək edir.
5.Özünə inam və effektivlik: E-twinning layihələri Azərbaycan vətəndaşlarının özünə inamını inkişaf etdirməkdir. Başqa ölkələrdən olan həmyaşıdları ilə təmasda olmaq, onlarla işləmək və onlarla təcrübə mübadiləsi aparmaqla effektivlik hissini artırır.
6.Sosial və vətəndaş münasibətlərinin gücləndirilməsi: E-twinning mükafatları Azərbaycan vətəndaşlarını digər ölkələr ilə daha yaxından tanış olmaq imkanı verir. Bu, sosial və sivil münasibətlərin inkişafına, tolerantlığın güclənməsinə xidmət edir.
7.İnnovativ tədris metodları: E-twinning Azərbaycan məktəbində tətbiq olunan innovativ tədris metodlarının gələcəyidir. Başqa ölkələrin təcrübələri təlim prosesində yeni yolların kəşfinə və təlim metodlarının zənginləşməsinə öz töhfəsini verir.
Gülər Bayramova –LARTİ üzrə eTwinning mentoru.
Cəlilabad şəhər Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi,Scientix səfiri,MCE pedaqoq