• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Müəllimlərin sertifikasiyasındakı əsas problemlər – Narazılıqların səbəbi -TƏHLİL

  • 11-08-2023, 10:00

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin  müəllimin peşə yararlılığını və peşəkarlıq səviyyəsinin müəyyən olunmasında, yüksək nəticə göstərmiş layiqli pedaqoqların  maaşlarını  artırmaqla  motivasiyaedici funksiya daşımasında, eləcə də pedaqoji göstəricisi minimal şərtlərdən də aşağı olanların aşkarlanmasında rolu çox böyükdür.

 

Lakin bu prosesin təşkili zamanı cəmiyyətdə xeyli sayda təhsilverənlər arasında narazılıqla qarşılanan bir neçə detalı aşağıdakı kimi qruplaşdırmaq olar:

1.Sualların əsasən hər hansı fənnə aid bilgilərə yönəlik olması–Təhsilverənlərin sertifikatlaşdırılması prosesində müsabiqə iştirakçılarına hər biri 1 balla qiymətləndirilən 60 sual ünvanlanır ki, onların böyük əksəriyyəti–50 sual-uyğun fənn proqramına aid olur. Yalnız 10 sual təlim strategiyaları, tədris metodikası, psixoloji bacarıqları özündə ehtiva etməkdədir. Nəzərə alaq ki, təhsilverənin peşə yararlığını müəyyən etməkdən ötrü onun metodiki və psixoloji bacarıqları da önəmli rol oynayır. Test imtahanı mərhələsində suallararası balanssızlıq bu göstəricilər arasında məntiqi əlaqəni pozur. Sualların verilmə texnologiyaları əsasən uyğun fənn proqramlarına aid əzbərçiliyə yönələn faktoloji bilgilər tələb etməkdədir;

2.Müsahibə mərhələsi ilə bağlı narazılıq– Təhsilverənlərin sertifikatlaşdırılması iki əsas mərhələdən (test və müsahibə) ibarətdir. 20 dəqiqə davam edən müsahibə mərhələsində təhsilverənlər 4 ballıq şkala ilə  40 balla qiymətləndirilir.  Müsahibə mərhələsində qiymətləndirmə bu meyarlar əsasında aparılır:1)Proqram üzrə mövzunu təqdimetmə bacarığı;2)Təhsilalanları qiymətləndirmə bacarığı; 3)Özünü təqdimetmə bacarığı; 4)Pedaqoji prosesi təşkiletmə bacarığı; 5)Ünsiyyət bacarığı.

Lakin müsahibə mərhələsi bu qədər vacib meyarları özündə əks etdirməsinə baxmayaraq,  prosesin təşkil olunduğu  ilk iki ildə test imtahanı mərhələsinin bir növ kölgəsində qalmış, müəyyən mənada az qala,  formal xarakter daşımışdır. Maksimum 40 balla dəyərləndirilməli olan müsahibə mərhələsinin nəticələrinin  əmək haqqının artımına aid edilməməsi onun funksionallığını azaltmışdır. Bu da öz növbəsində təhsilalanlar arasında müəyyən narazılıq və inamsızlığa yol açmışdır. Çünki birbaşa psixoloji və metodiki bacarıqları tələb edən müsahibə mərhələsi təhsilverənin peşəkarlıq səriştəsini test mərhələsindən də dəqiq çatdırmaq gücündə olsa da, hazırkı durumda müəllim üçün faydalılıq göstəricisinə malik deyil. Ötən il müsahibəyə qatılan minlərlə müəllimdən yalnız 33 nəfərinin qeyri-məqbul qiymətləndirilməsi də buna bariz nümunədir;

3.Sertifikatlaşdırma prosesində ən ciddi narazılıq yaradan məsələlərdən biri: test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin maaşında 35 faiz, 50 baldan aşağı və 30 baldan yuxarı bal  toplayanların isə  əmək haqqısında 10 faiz əlavənin olunması.Bu, müəllimlər arasında ciddi narazılıq yaratmışdır.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesindən sonra diferensial əmək haqqının tətbiqi zamanı maaşa əlavənin müəyyən qaydalar çərçivəsində verilməsi minlərlə təhsilverənin mənafeyi naminə atılacaq çox müsbət addım ola bilər. Əks halda, yalnız 1 bal toplamadığı üçün həmkarından 25 faiz az maaş alacaq yüzlərlə müəllimin narazılığı davam edəcəkdir. Xatırladaq ki, cari qaydalara əsasən təhsilverənlərin sertifikatlaşdırılması prosesində 50 bal toplayan müəllimin əməkhaqqısı 10, 51 bal toplayan müəllimin isə 35 faiz artırılır. Bu da təhsilverənlər arasında çox ciddi narazılıqla qarşılanmaqdadır.

4. Test imtahan mərhələsinin məzmunu təhsilverənin tədris prosesi ilə uyğunluq təşkil etmir. Birbaşa kurikulum yanaşmalarına söykənən bu məzmun müəllimin tədris prosesində istifadə obyekti olmur, təhsilverən kurikulum yanaşmalarına deyil, klassik metodlar əsasında dərsi təşkil etməyə maraq göstərir. Təhsilverənlərin böyük əksəriyyətinin kurikulum yanaşmaları, pedaqoji prosesi həyati tətbiq bacarıqları, innovativ meyillər üzərində qurmamaları onları test imtahanı mərhələsinin məzmunundan uzaqlaşdırır və bu da nəticələrə çox ciddi təsir etmiş olur.

Qeyd edək ki, test imtahan mərhələsinin məzmunu əsasən aşağıdakı meyarlardan ibarətdir:

Təlim strategiyaları: müasir təlim metodları və üsulları, fəal interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri.

Təlim metodikası: Fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri.

Təbii ki, bu məzmun çağdaş təhsilin inkişaf meyarlarına tam xidmət edir. Lakin ilboyu bu məzmunun tələblərindən kənarda qalmış təhsilverən üçün müəyyən çətinliklər də yaratmış olur. Sertifikatlaşdırma prosesinə hazırlıq zamanı bu məsələlərə xüsusi diqqətin yetirilməməsi, lazımı təlim və seminarların keçirilməməsi müəllimlərin daha yaxşı nəticə göstərmələrinə mane olmuşdur.

5. Yaşı 60-dan yuxarı olan təhsilverənlərin  sertifikatlaşdırma prosesində  iştirakının könüllü edilməsi Əmək Məcəlləsinin 16-ci maddəsinin 1-ci hissəsinin tələblərinə ziddir. Əmək münasibətlərində ayrı-seçkiliyə, o cümlədən yaşa görə ayrı-seçkiliyə yol verilmir.

Həmçinin, bu yanaşma, adıçəkilən yaş qrupuna aid müəllimlərin şüuraltı olaraq  peşə yararlığını, onların bilik və bacarıqlarını aşağılayan bir tendensiya rolunu oynamaqdadır. Bu və digər səbəblərdən yaşı 60-dan yuxarı olan müəllimlərin, həm də minlərlə həmkarlarının ciddi narazılığına səbəb olmuşdur. (Moderator.az )

 

Elmin Nuri

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!