Professor Rafiq Əliyevin adına təqaüd təsis edildi
“Təhsilim və peşəkar həyatım boyunca çox önəmli elm adamları ilə tanışıb söhbət etmək şansı əldə etmişəm. Lakin, bu yaxınlarda uşaqlıqdan bəri adını həmişə eşitdiyim, həsəd apardığım professor, Lütfi Zadə elmi irsi və qeyri-səlis məntiq nəzəriyyəsinin əvəzolunmazı Rafiq Əliyev'lə tanışmaq məndə həyatım boyunca unuda bilməyəcəyim iz qoydu”.
Bunu Moderator.az-a açıqlamasında Profity Academy-nin rəhbəri Vüsal Sultanlı bildirib. Qeyd edək ki, V. Sültanlının təşəbbüsü ilə dünya çapında tanınmış alim, qeyri-səlis üzrə böyük mütəxəssis, professor Rafiq Əliyevin adına təqaüd təsis ediləcək. Bu təşəbbüslə əlaqədar alimlə görüşən V.Sultanlı öz təəssüratlarını bu cür bölüşüb:
“Rafiq Əliyevlə onun adına təsis edəcəyimiz təqaüd proqramının icazəsini almaq üçün görüşürdüm. Otağına girmədən öncə assistenti və tələbəsi Nigar xanımla tanışmaq belə artıq mənə 5 dəqiqə sonra necə böyük bir şəxsiyyətin qarşısına çıxacağım barəsində müəyyən miqdarda hisslər ötürə bilmişdi.
Otağına girər-girməz hər tərəfin qalaq-qalaq kağızlar və kitablardan ibarət olması artıq bir alimin bir gəncə ötürə biləcəyi böyük bir mirasın incə göstəricisi idi. Hər tərəfdən fuzzylogic axırdı sanki. Təxmini 35 dəqiqə çəkən görüşümüzdə Lütfi Zadə, Əhməd Ağaoğlu, Ramiz Rövşən, Hüseyn Cavid və s. bir neçə dahi şəxs haqqında heç vaxt eşitmədiyim məlumatlar qazandırmışdı mənə artıq Rafiq müəllim.
İlk özünümü hakiməm isə o oldu ki, görəsən biz, nə qədər böyük bir dahiyə sahib olduğumuzun yetərincə fərqindəyikmi?
Ümid edirəm, Lütfi Zadə və Rafiq Əliyevin ən böyük parçası olduğu artificialintelligence və softcomputing elmi irsinə gənclərə təhsili əlçatan etmək yolunda təsis edəcəyimiz elm və texnologiya təqaüdü ilə az da olsa dəstək ola bilərik”.
Qeyd edək ki, professor R.Əliyev də öz növbəsində bu təşəbbüsü müsbət qarşılayıb və təşkilatçılara öz təşəkkürünü bildirib. Təqaüd proqramının detalları barədə ətraflı məlumat veriləcək.