• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Tədris olunan mövzularla imtahan sualları arasında yerlə-göy qədər fərq var

  • 15-08-2023, 12:43
Builki qəbul imtahanı göstəricilərinə görə II ixtisas qrupu üzrə 150 baldan yuxarı toplayan hər abituriyent tələbə adını qazana bilər. Ekspertlər isə hesab edir ki, müsbaiqə ballarının 150-yə endirilməsi təhsilin səviyyəsinin ildən-ilə aşağı düşməsinin göstəricisidir.
Hesab edirlər ki, heç olmasa, 300 baldan aşağı bal toplayanlar dövlət universitetlərinə qəbul olunmasın.
Təhsil eksperti Elmin Nuri isə “Sherg.az"a açıqlamasında deyib ki, “keçid ballarının aşağı salınması” fikri düzgün ifadə deyil:
“Keçid balları Dövlət İmtahan Mərkəzi və ya başqa bir rəsmi qurum tərəfindən aşağı salınmır. Ballar özü-özünü tənzimləyən bir mexanizmdir və həmin il aidiyyəti ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin ümumi göstəricilərindən asılıdır. Yəni keçid balı bir növ müvafiq qruplar üzrə keçirilən imtahanların ümumi nəticəsidir. Müxtəlif illərdə keçirilən imtahanların ümumi nəticəsindən asılı olaraq keçid balı aşağı düşə və ya yuxarı qalxa bilir. İxtisas seçmə prosesindən əvvəl builki keçid ballarının neçə olacağını və hansı istiqamətə dəyişəcəyini demək mümkünsüzdür. Fikir vermisinizsə, abituriyentlər ixtisas seçən zaman ötənilki və daha əvvəlki illərin göstəricilərinə görə kodlaşdırırlar. Abituriyentlərə sadəcə plan yerləri təqdim edilir. Keçid balları isə qeyd etdiyim kimi, ixtisasseçmə prosesindən sonra özü-özünü tənzimləyir. 150 bal toplayan abituriyentlərin ali məktəbə daxil olub, tələbə adı alacağından gileylənir. Halbuki Azərbaycanda univeristetə qəbul olmaq o qədər də asan məsələ deyil. Dünyanın bir çox ölkəsində universitet tələbəsi olmaq istəyən şagirdlər çox sadə prosedurlardan keçir. Azərbaycanda isə həm elektron qeydiyyat, həm də imtahan prosesi kifayət qədər çətin olur”.
E.Nuri deyib ki, 4-5 il əvvələ qədər abituriyentlərimiz arasında yüksək bal toplayanların sayı kifayət qədər idi. Hətta elə il olub ki, 20-yə yaxın abituriyent 700 bal toplamışdı: “Bu isə öz növbəsində 650-700 bal arası bal toplayan abituriyentlərin sayının da xeyli sayda olduğunu göstərir. İndi isə yüksək bal toplayan şagirdlərin sayı azalıb, aşağı bal toplayanlar isə artıb. Bunun isə səbəbi DİM-in bütün ixtisas qrupları üzrə imtahan suallarını çətinləşdirməsidir. 150 bal toplayan abituriyentlərin universitetə qəbul olmasına etiraz edənlər bilmir ki, builki 150 bal, elə 5 il əvvəlki 250-300 bala bərabərdir. Hələ ən aşağısını dedim. Yəni bu il 200-dən aşağı bal yığan abituriyentlər arasında əvvəlki imtahan sistemi və test sualları ilə 400-ə yaxın bal yığan tələbələrin bilik göstəricisi eynidir. Əvvəlki test kitabçalarında məntiq, analitik təfəkkür tələb edən suallar yox idi. Açıq tipli suallar çox çətindir. Ən pisi də odur ki, orta məktəblərdə təhsil sistemi hələ də əvvəlki qaydada qalıb və şagirdlərimizi DİM-in tələb etdiyi səviyyədə yetişdirə bilmir. Ona görə də vaxt ilə keçid balı 380 olan ixtisasa bu gün 180 balla qəbul olmaq olur. Bu isə dediyim kimi, şagirdlərin bilik səviyyəsinin aşağı olmasından yox, imtahan prosesinin qəlizləşməsindən qaynaqlanır. Məktəblərdə tədris olunan mövzularla DİM imtahanlarında abituriyentlərə verilən testlər, açıq tipli suallar arasında yerlə-göy qədər fərq var”.
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!