
Moderator.az qədim dünyanın böyük sirlərinin qorunduğu 3 gizli kitabxana haqqında maraqlı bilgiləri təqdim edir
Elba kitabxanası
Qədim Şərqin ən güclü dövlətlərindən olan, Dəclə və Fərat çayları arasında yerləşdiyi üçün “ iki çayarası “ adlandırılan Mesapatamiyada mədəniyyətə də böyük önəm verilirdi. Bu dövlət nə qədər hərbi səfərlərə, işğallara maraqlı olsa da tarixinin ən güclü hökmdarı olan Aşşurbanipalın dövründə elm və mədəniyyət inkişaf səviyyəsinə görə hərb sənətini qabaqlaya bildi. Assuriyada elə Aşşurbanipalın təsis etdiyi və onun adını daşıyan qədim kitabxana uzun müddət Şərq üçün əsl arxiv rolunu oynayıb. Bu kitabxana həm də dünyanın sistemli kitab şəbəkəsi və xüsusi bölmələrlə təsis edilən ilk kitabxanası olub. Burada on mindən çox yazılı gil lövhə saxlanılırdı. Ən maraqlısı da budur ki, burada İbrahim peyğəmbərin yaşadığı zamana və ondan əvvəlki dövrə aid olan xeyli sayda qiymətli yazılı nümunələr olub. Çox təəssüflər olsun ki, həmin kitabxanadan hazırda yalnız 1500-ə qədər nüsxə günümüzə qədər gəlib çatıb. Əslində bunların da qorunub saxlanması böyük bir sürpriz. Belə ki, Aşşurbanipalın uzun müddətli ədalətli hakimiyyətinə dözə bilməyən yadellilər onun ölümündən sonra Assuriyanın ən böyük şəhərlərini dağıtmaqla yanaşı Şərqin ən böyük kitabxanalarından birini də yandırdılar. Kitabxana 300 böyük rəfdən ibarət olub. Rəflərin biri isə yalnız qədim assur totemləri, dualar, assurların müdrik sözlərindən ibarət olan yazılardan təşkil olunub. Həmçinin dünya mifologiyasının ən ilkin nümunələri olan “Bilqamış” və “Yaradılış” dastanları da burada qorunub saxlanılırdı.
Mesopatamiyada bundan əlavə Nippur, Nibru, Dayan Şarukkin, Nəmrud kimi kitabxanalar olub ki, onları birmənalı şəkildə tematik kitabxana adlandırmaq olar. Çünki birində yalnız hərb və diplomatiyaya, digərində din və mifologiya, o birilərində musiqişünaslıq və saray mədhiyyələrinə aid kitablardan başqa əlavə materiallar olmayıb.
Amma Elba kitabxanası isə həmin ərazidə Aşşurbanipal kitabxanasından sonra öz universallığı ilə seçilən ikinci kitabxana olub. Xoşbəxtlikdən, 1975-ci ildə aparılan qazıntılar nəticəsində kitabxananın demək olar ki, bütün külliyyatı itkisiz əldə olunub. Təsəvvür edin ki, on beş mindən artıq gil lövhələr bu gün də sağ -salamatdır. Həmin kitabxanada əsasən dövlətçilik, qanunvericilik, vergi siyasətinə aid mixi yazılar saxlanılıb.
Selsi kitabxanası
Dünyanın ən qədim kitabxanası hesab edilir. Selsi kitabxanası özündə 12 min qədim bağlama saxlayır və böyük Selsiyə qəbir kimi xidmət etdi. Kitabxana məqbərə üçün kifayət qədər qeyri-adi yerdir — Selsini burada basdırma onun üçün xüsusi şərəf idi. Bu Qədim Dünyanın kitabxanaları içində böyüklükdə İsgəndəriyyədəki kitabxanadan sonra ikinci yerdədir.
Bina qədim Roma kitabxanasının bəzi qorunmuş nümunələri kimi məşhurdur və sübut edir ki, ictimai kitabxanalar yalnız Romada tikilməyib, həmçinin Roma imperiyasının bütün ərazisində tikilib. Burada olan fasad bərpa edilmişdi və indi Roma ictimai memarlığının əsas nümunəsi kimi xidmət edir.
Tez oyananları ənənəvini salamlamaq üçün Selsi kitabxanasının fasadı yüksələn günəşə doğru yönəldilib. Bünövrə kimi böyük platforma xidmət edir. İndi iki yarusla böyük fasad teatr dekorasiyasına daha çox oxşayır.
İsgəndəriyyə kitabxanası
İsgəndəriyyə eradan əvvəl 297-ci ildə böyükl alim Ptolomey tərəfindən təsis edildi. Ptolomey bütün insnalara həqiqəti və elmi çatdırmaq istətyirdi . Odur ki, dünyanın hər yerindən dəyərli kitabələri , yazılı mənbələri almağa cəhd edirdi. Yeni qurulan İsgəndəriyyə kitabxanası yunan –Roma filosof və şairləri Axilles, Evripid, Sofoklun əsərləinin orijinalını gümüş qarşılığında alır, onları özündə saxlayır müəlliflərə isə yalnız surətlərini göndərirdilər. Həmin əlyazmalar rulon formasına salınır və xüsusim oyuqlarda saxlanırdı. Bir neçə ildən sonra İsgəndəriyyədəki rulonların sayı 750 mindən artıq idi. Çox təəsüflər olsuin ki, Şərqin elm və mədəniyyət deposu olan İsgəndəriyyə bir neçə dəfə hücuma məruz qaldı və yanıdırıldı. 2001-ci ildə YUNESKO-nun xüsusi mədəni irs siyahısıana salınan kitabxana yenidən təsis edildi hazırda dünyanın ən böyük on kitabxanasının sırasında onun da adı var.
Dublində Üçlük Kollec Kitabxanası - İrlandiyanın ən qədim kitabxanalarından biridir. 1592-ci ildə Kraliça Elizabet tərəfindən əsası qoyulub. Kitabxana yalnız xarici görkəmi ilə valehedici deyil, həm də 200.000-dən çox qədim kitabın saxlandığı və dünyada “Uzun Otaq”(“Long Room”) kimi tanınan tək bir otağa malikdir.