• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

"Təkpilləli vahid imtahan modelinə keçməliyik" - Nadir İsrafilov

  • 05-09-2023, 12:54

"Son günlər yazılı və elektron mediada ali təhsil müəssislərinə qəbulda keçid ballarının aşağı salınması geniş müzakirələrə yol açıb. Bunu əsasən təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirənlər, Hətta “Qəbul formatı dəyişməlidir” kimi çağırışlar edənlər də var. Bununla belə bütün deyilənlərə və yazılanlara rəğmən hesab edirəm ki, təhsilin keyfiyyəti nə bir ilə, nə də 2-3 ilə nə qalxa, nə də aşağı düşə bilər. Bunun üçün radikal dəyişikliklər və bir neçə onilliklər tələb olunur".

Bu barədə Redaktor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov bildirdi.

Onun sözlərinə görə, hələ ki, təhsilin keyfiyyətinin 700 ballıq şkala ilə ölçülməsini nəzərə alsaq, 2007-ci ildən üzü bu yana demək olar ki, hər il ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilər-edilməz “Bu il 700 bal toplayan niyə olmadı” sualı gündəmə gətirilir, müxtəlif izahlar və şərhlərlə geniş müzakirə obyektininə çevrilir:

"Halbuki, nəzərə alsaq ki, elə ilimiz olub ki, 29 nəfər 700 bal toplayıb, elə illərimiz də olub ki, qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplaya bilməyib. Bu məntiqlə yanaşsaq,  belə çıxır ki, hansısa ilimizdə təhsilimizdə keyfiyyət özünün pik həddinə çatıb, hansısa ildə isə təhsilimiz özünün ən uğursuz illərini yaşayıb!? Bu günün özündə də bir çoxlarımız belə hesab edirik ki, indiyədək bizdə tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan şifahi və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir və qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün təhsilalanlar qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır.

Söhbət keyfiyyətin aşağı düşməsindən gedirsə, elə isə nəyə görə I və II ixtisas qrupunda ballar kəskin şəkildə endirilib, III və IV qruplarda isə rəqabət yaranıb?"

N.İsrafilov dedi ki, Dövlət İmtahan Mərkəzinin I mərhələdən sonra ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları ilə hardasa razılaşmaq olar:

"Məlumatlardan da görünür ki, qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən çoxdur. Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Bu il ötən illə müqayisədə dövlət sifarişi üzrə 12.27% daha çox plan yeri ayrılmışdı. Göründüyü kimi əsas məsələ plan yerləri ilə bağlıdır. Bu halda isə istər-istənəz dilemma qarşısında qalırıq: “Ya kəmiyət, ya keyfiyyət.”  Onu da nəzərə alsaq ki, bir halda ki, ali təhsilin hamı üçün əlçatanlığı kursunu götürmüşük, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri ilə rəqabətə başlamışıq, neft kapitalını insan kapitalına çevirmək məqsədimiz var, bu günədək ali təhsilin daha açıq və daha əlçatanlığı istiqamətində sistemli addımlar atılıb. Xeyli tələbə dövlət vəsaiti hesabına ali təhsil almaq imkanları qazanıb, dövlət sifarişli plan yerlərinin sayı artırılıb, nəticə etibarı ilə bu xeyli ailələrin sevincinə səbəb olub, bununla belə ali təhsilin hamı üçün əlçatanlığı təkcə hansısa bir qrup məzunun aşağı keçid balı ilə ali məktəbə qəbul olması ilə ölçülə bilməz. Necə deyərlər universitetlərin giriş qapısını geniş açaq, ancaq, çıxış qapısını daraldaq, Başqa sözlə, ali təhsil almaq arzusunda olana “Xoş gəldin!”, arzusunu reallaşdıra bilməyənə isə, “Əlvida!” deyək. Səbəblər aydın olsa da, həlli yolları barədə düşünməliyik".

Təhsil eksperti hesab edir ki, ali məktəblərə qəbul sadələşdirilməlidir, lakin keçid ballarının aşağı salınması hesabına yox.

"İstənilən halda qəbul qaydalarını sadələşdirməliyik. Bir çox ölkələrdə olduğu kimi, buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçməliyik. Buraxılışla qəbul imtahanlarının birləşdirilməsi və sadələşdirilməsi barədə hətta Milli Məclis səviyyəsində məsələ qaldırılıb, müzakirələr aparılıb. Təkpilləli vahid imtahan modelinə keçilməsinin məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola biləcəyi belə dəfələrlə dilə gətirilib. Ancaq, nədənsə hələ də gözləmə mövqeyindəyik", - deyə N.İsrafilov bildirdi.

 

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!