• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Ali məktəblərə qəbul prosesi dəyişəcək? - "Universiteti yalnız oxuya bilənlər bitirməlidir"

  • 06-09-2023, 10:00

Son günlər cəmiyyətdə müzakirə olunan mövzulardan biri də ali məktəblərə qəbulla bağlıdır. Builki qəbul cəmiyyətdə bir çox fikir ayrılıqlarına gətirib çıxarıb. Bəziləri aşağı nəticə göstərənlərin universitetə daxil olmasını müsbət qarşılasa da, bununla razılaşmayanlar da az deyil.

Eyni zamanda, ali təhsil müəssisələrinə qəbul prosesinin sadələşdirilməsi təklifi ilə çıxış edənlər var.

Maraqlıdır, ekspertlər bu məsələ ilə bağlı nə düşünürlər? Ali məktəbə qəbul prosesini dəyişməyə ehtiyac varmı?

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Redaktor.az-a danışdı.

O, dedi ki, sözügedən məsələ ilə bağlı bir neçə gündür gedən müzakirələr onu təəccübləndirir:

"Bu yanaşmalara, təfəkkürlərə, şərhlərə təəccüblənirəm. Bu gün Azərbaycan reallığında, Azərbaycan təhsil sistemində bir tələbə 150-200 balla ali məktəbə qəbul ola bilir. Yəni bu asanlaşdırmadan danışan insanlar nəyi nəzərdə tuturlar? Onlar nə etmək istəyir? İstəyirlər ki, məktəbi kim bitirirsə, gətirək universitetə qoyaq? Açığı mən bu fikirdə olanları tam anlaya bilmirəm. Yəni bu yanaşma sağlam yanaşma deyil. Baxıram, neçə gündür müxtəlif müzakirələr də aparırlar. Bu gün məsələnin mahiyyəti odur ki, əgər illər öncə bəzi ixtisaslara qəbul 500 balla mümkün idisə, indi 200 balla qəbul mümkündür. Bu gün Azərbaycan reallığında onsuz da universitetlərə girmək kifayət qədər asanlaşıb. Əgər kimlərinsə, niyyəti varsa ki, ümumiyyətlə imtahanları aradan qaldıraq, Dövlət İmtahan Mərkəzini ləğv edək, bu, mümkün deyil. Balların 200-ə enməsinin heç bir izahı yoxdur, onun izahıdır ki, təhsilin, təlimin, tədrisin səviyyəsi aşağı düşüb. Aşağı düşdüyünə görə də bu gün artıq əvvəlki illərdə 500 balla bir tələbənin qəbul olduğu ixtisasa bu il 200 balla bir tələbənin daxil olduğunun şahidi oluruq. Belə məsələlərdə insanlarımız da gərək diqqətli olsunlar. Bu məsələ təhsildəki mövcud problemləri və çətinlikləri göstərir. Biz nə etmək istəyirik, 90-cı illərin əvvəllindəki biabırçılığa qayıtmaq istəyirik? Ali məktəbə qəbul rüşvətlə idi, ali məktəbə qəbul böyük bir problem idi. Hər insan ali məktəbə qəbul ola bilmirdi. Yəni bir təhsil eksperti, müəllim necə deyə bilər ki, qəbul asanlaşdırılsın. Belə məsələlərdə, yanaşmalarda hər kəs diqqətli olmalıdır və ictimaiyyəti də çaşdırmaq lazım deyil. Məktəb normal təhsil versin, o zaman heç bir valideyn öz övladını repetitor yanına qoymayacaq. Mən buna əminəm. Normal təhsil olmadığına görə, məktəblərdə bu məsələyə şərait yaradıldığına görə, bəzən təşviq edildiyinə görə bizim valideynlərimiz övladlarını müəllim yanına yönləndirirlər. Bunun sadəcə izahı budur, başqa qarışıq yolla izaha ehtiyac yoxdur".

Təhsil mütəxəssisi Nadir İsrafilov isə hesab edir ki, ali məktəblərə qəbul sadələşdirilməlidir, lakin keçid ballarının aşağı salınması hesabına yox:

"İstənilən halda qəbul qaydalarını sadələşdirməliyik. Bir çox ölkələrdə olduğu kimi, buraxılış imtahanları ilə qəbul imtahanlarını birləşdirmək yolu ilə təkpilləli vahid imtahan modelinə keçməliyik. Buraxılışla qəbul imtahanlarının birləşdirilməsi və sadələşdirilməsi barədə hətta Milli Məclis səviyyəsində məsələ qaldırılıb, müzakirələr aparılıb. Təkpilləli vahid imtahan modelinə keçilməsinin məzunlarımızın fiziki və psixoloji yükünü və deməli, gərginliyini xeyli azaltmaq, eyni adamın biliyini iki imtahanla yoxlamağa heç bir ehtiyac olmaması baxımından təhsilimizin real perspektivləri ilə tam uzlaşan prosedur ola biləcəyi belə dəfələrlə dilə gətirilib. Ancaq, nədənsə hələ də gözləmə mövqeyindəyik".

Təhsil eksperti, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli söylədi ki, "qəbul asanlaşdırılmadır" nisbi anlayış ifadə edir:

"Hansı mənada bunu düşünmək olar? Biz demirik ki, təhsilə marağı olan da, olmayan da ali təhsil alsın. Cəmiyyətə bacarıqlı və savadlı kadrlar lazımdır. Orta məktəblər, ali məktəblər və Dövlət İmtahan Mərkəzi arasındakı rabitə düzgün qurulmalıdır. Orta məktəb şagirdi ali təhsil müəssisəsinə hazırlamalıdır, Dövlət İmtahan Mərkəzi isə öz nəşrləri və test topluları əsasında deyil, orta məktəb şagirdlərinin ildə ən azı iki dəfə verdikləri summativ testlər əsasında imtahan təşkil etməlidir və ya həmin summativ testləri Dövlət İmtahan Mərkəzi siniflər üzrə tərtib edib orta məktəblərə təqdim etməlidir. Şagirdin missiyası bəllidir, önünü görə bilməsi üçün 11 il oxuduğu məktəbin onu ali təhsilə hazırlaması üçün məktəbdə şərait yaradılmalıdır. Builki qəbul nəticələrinə baxanda isə, görmək mümkündür ki, universitetlərin əksəriyyəti keyfiyyətin yox, kəmiyyətin arxasınca düşərək plan yeri artırıb "balıq tuturmuş" kimi tələbə tutmağa çalışırlar. III qrupdan və IV qrupdakı həkimlik ixtisasından başqa, demək olar ki, digər qruplarda ciddi rəqabət olmadı. 160-170 balla tələbə olan abituriyentlərin sayı heç də az deyil. Ötən illər 600 baldan yuxarı olan ixtisasların keçid balları bu il kəskin fərqlə aşağı düşdü. Yanlış anlaşılma olmasın deyə, açıqlayım ki, 200 bal toplayan abituriyentlə 600 bal toplayan abituriyenti müqayisə etmək deyil məqsədim. Bəlkə də 200 bal toplayan abituriyent universiteti daha uğurlu nəticələrlə başa vuracaq. Lakin bu hər zaman belə olmur, əksər hallarda həmin tələbələr universitet illərində uğur qazana bilmir. Hər zaman dediyimiz bir şüar var, təhsilə gəlmək istəyən üçün təhsilin qapıları açıq olmalıdır, lakin universiteti yalnız oxuya bilənlər bitirməlidir", - deyə ekspert vurğuladı.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!