• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Magistrləri Əli aşından da, Vəli aşından da edən qərar - Günahkar kimdir?

  • 06-09-2023, 09:00

Azərbaycanda son 10-15 ilin belə bir məşhur deyimi var: "Əşşi, 4 il hamı oxuyur da. Əsas magistraturadır. Bacarırsan, magistr diplomu al". Əslində bu fikir sadəcə söz xətrinə yaranmayıb. Doğrudan da, nə vaxtsa mütləq magistratura təhsilinə ehtiyac yaranır. Bu təhsil səviyyəsi bakalavr səviyyəsini tamamlayır. 2 il ərzində geridə qalan dörd ildə qazandığın bilikləri təkmilləşdirmiş olursan. Lakin bəzi gənclər sözügedən təhsil səviyyəsinə yiyələnməyə can atsalar da, bəzən arzuları ürəklərində qalır. Bunun isə bir neçə səbəbi var ki, onlardan biri də dərs və iş saatlarının üst-üstə düşməsidir. Qrafik uyğunsuzluğu böyük bir problemin təməlini qoyur. Çıxılmaz vəziyyət yaranır: Ya təhsilini davam etdirib, işdən çıxmalısan, ya da işləyib, təhsili "atmalısan". Necə deyərlər, "Əli aşından da olursan, Vəli aşından da".

Publika.az sözügedən məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib ki, əslində əyani təhsil alan magistr əmək fəaliyyəti ilə məşğul olmalı deyil. Yəni əyani təhsil istehsalatdan ayrılmaqla həyata keçirilməlidir. O tələbələr günün bəlli bir saatında işləyə bilərlər.

"Ali təhsil müəssisələrində dərs saatlarına elmi şura tərəfindən qərar verilir. Nazirlik qərara müdaxilə edə bilməz. Mən bu istiqamətdə bir çox rektorlarla söhbət etmişəm. Onların əksəriyyəti bildirir ki, magistrlərin təqaüdlə dolana bilmədiyini nəzərə alaraq, dərsləri saat 18:00-dan sonraya salırlar. Bu, humanist bir addım kimi qiymətləndirilməlidir.

İşəgötürənlər də insaflı olmalı, həssaslıq nümayiş etdirməlidirlər. Bütün tərəflər – həm universitet, həm də işəgötürən tələbə lehinə qərarların qəbulunda iştirakçı olmalıdır. Tələbə kefindən işləmir ki. Sıxıntı, maddiyat onları işləməyə məcbur edir. Tələbə kitabxanaya getməlidir, tədris materiallarının üzərində işləməlidir. İşləyən tələbənin isə buna imkanı olmur. Biz tələbənin keyfiyyətli kadr kimi yetişməsini istəyiriksə, ona lazımi şəraiti yaratmalıyıq. Tələbənin səhərdən axşama kimi işdə olması ədalətsizlikdir. Digər işçilərə nisbətdə tələbə işçiyə münasibət yumşaq olmalıdır", - İ.Orucov problemə münasibətini ifadə edib.

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri isə bəhs olunan mövzunu ilk növbədə ölkəmizdə distant təhsilin qəbul edilməməsilə əlaqələndirib:

"Bu gün ölkədə fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə təhsildə bir çox problemlər gözə dəyir. Onlar əsasən tədrisin keyfiyyətinin ürəkaçan olmaması və dərs saatlarının düzgün tənzimlənməməsidir. Təbii ki, bir sıra ali təhsil müəssisələrində əsasən MBA (Biznesin idarə edilməsi) üzrə dərslər axşam saatlarında təşkil olunur. Bu, zatən belə də olmalıdır. Çünki dünyanın bir çox inkişaf etmiş ölkələrində magistratura üzrə təhsil və onun zaman mahiyyəti tələbənin şəxsi seçiminə bağlıdır. Əksər dövlətlərdə dərslər axşam saatlarında başlanması ilə yanaşı, onlayn şəkildə də keçirilir. Bizdə isə çox təəssüf ki, ali təhsil pilləsində distant təhsil qəbul edilmir. Hələ 2 il bundan əvvəl Milli Məclisin Elm və təhsil komitəsində distant təhsil haqqında maddələrin artırılması da ali təhsil haqqında qanunla bağlı müzakirəyə əlavə olunsa da, biz heç bir irəliləyişin şahidi olmadıq".

Ekspert vurğulayıb ki, bu gün magistratura səviyyəsində distant təhsilə çox böyük ehtiyac var. Çünki insanların böyük əksəriyyəti istehsalatdadırlar, əmək bazarında öz yerlərini yenicə formalaşdırmağa başlayıblar. Elə magistraturanı da buna görə oxumağa qərar veriblər. Lakin tələbə iki seçim arasında qalır: ya əmək bazarındakı yerini itirməlidir, ya da öz təhsilindən könüllü surətdə imtina etməlidir. Bu isə yolverilməzdir. "Mərkəzi qurum – Elm və təhsil nazirliyi, yaxud yeni yaranan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi bu barədə vahid rəsmi qərar hazırlamalıdır. Yənu bu məsələ ali məktəblərin daxili qərarları əsasında öz həllini tapmamalıdır", - E.Nuri əlavə edib.

Millət vəkili Fazil Mustafa da araşdırdığımız mövzuya biganə qalmadı:

"Mən də düşünürəm ki, magistratura səviyyəsi üzrə dərslər axşam saatlarında təşkil olunmalıdır. Çünki çox sayda gənclər var ki, bakalavr səviyyəsini başa vurduqdan sonra işləyirlər. Onlar üçün ancaq işdən sonra dərsə getmək mümkün olur. Məncə, dərslərin bir ali məktəbdə səhər, digərində axşam keçirilməsi məqsədəuyğun deyil. Birmənalı olaraq, eyni standartın tətbiq olunması daha doğrudur. Bu barədə düşünmək və məsələni köklü şəkildə həll etmək lazımdır".

Magistrləri "Dərs, yoxsa iş?" seçimi arasında qoyan ali təhsil müəssisələrindən biri də Lənkəran Dövlət Universitetidir (LDU). Odur ki, həmin universitetin mövqeyini öyrənməyi də özümüzə borc bildik. LDU-nun mətbuat katibi Esmira İsmayılovanın isə açıqlaması bu cür oldu:

"Dərs saatları pedaqoji heyətə, müəllimlərə uyğun tənzimlənir. Elə müəllimlərimiz var ki, başqa rayonlardan və paytaxtdan gəlib-qayıdır. Onları saat 18:00-dan sonra necə saxlaya bilərik?! Amma buna baxmayaraq, bütün qərarlarımız tələbələrin lehinə hesablanır".

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!