• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Məktəblilərin xeyriyyə tamaşası maraqla qarşılandı

  • 12-04-2023, 11:02

Paytaxtdakı 220 nömrəli məktəb-lisey şagirdlərinin hazırladığı “Nağıllar aləminə səyahət” adlı xeyriyyə tamaşası nümayiş olunub.

Bu barədə BŞTİ-dən Edupress.az-a  məlumat verilib.

Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş etdirilən tamaşa Azərbaycan xalq nağılları və dünya ədəbiyyatı nümunələri əsasında səhnələşdirilib.

Xeyriyyə tamaşasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, millət vəkilləri, paytaxtın Rayon İcra Hakimiyyəti başçısı müavinləri, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova və digər rəsmi şəxslər, media qurumlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, məktəblilər izləyiblər.

Humanizm və ümumbəşəri dəyərlərin təbliğ olunduğu tamaşanın əsas məqsədi nağıl qəhrəmanlarının dili ilə dünya uşaqlarının sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyini, dostluğa və sülhə çağırış mesajlarını çatdırmaqdan ibarətdir.

Məktəblilərin ilk təşəbbüsü olan xeyriyyə tamaşasının nümayişindən öncə 220 nömrəli məktəb-lisey ansamblı üzvlərinin skripka və tarda canlı ifaları və məktəb-liseydə təhsil alan 1 nömrəli uşaq evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgisi nümayiş olunub.

Tamaşa barədə təəssüratlarını bölüşən BŞTİ müdiri Mehriban Vəliyeva 220 nömrəli məktəb-liseyin uğurlarından danışıb, uşaqların intellektual inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, estetik tərbiyəsinin təmin edilməsi məqsədilə həyata keçirilən təşəbbüslərin önəmini vurğulayıb. İdarə müdiri  qeyd edib ki, Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində Bakının kiçik yaşlı məktəblilərinin nümayiş etdirdikləri xeyriyyə tamaşası onların Vətən üçün həmrəy olduqlarını göstərməklə bərabər, həm də xeyriyyəçilik, dostluq, sülhə çağırış, yardımlaşma ənənəsinin təlqin edilməsi baxımından əhəmiyyətlidir. M.Vəliyeva bildirib ki, məktəblilərin peşəkar teatr səhnəsindəki çıxışı onlara yaradıcılıq baxımından özünə inam hissi aşılayır.

Dövlətin yaratdığı təhsil imkanlarının uşaqların hərtərəfli inkişafına yol açdığını söyləyən İdarə müdiri bir təhsil müəssisəsinin yaradıcılıq nümunəsində məktəb və bağça teatrı ideyasının yeni layihə kimi reallaşdırılmasının mümkünlüyünü qeyd edib. Yaradıcı fəaliyyətlərin uşaqların öyrənmə marağını artırdığını vurğulayan M.Vəliyeva teatr səhnəsinin uşaqların püxtələşməsi baxımından mükəmməl laboratoriya olduğunu nəzərə çatdırıb.

BŞTİ müdiri maraqlı, yaddaqalan çıxışa görə məktəblilərə, müəllimlərə, məktəb rəhbərliyinə və məktəbin yanında olduqları, bu cür təşəbbüslərə dəstək verdikləri üçün valideynlərə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, inklüziv sinif şagirdlərinin də iştirak etdiyi tamaşadan əldə olunan vəsait “YAŞAT” Fonduna köçürülüb

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!