• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Putin Ermənistanda düşmən elan edildi

  • 13-09-2023, 06:47

Rusiya Ermənistan üçün 10 noyabr atəşkəs razılaşmasını ləğv etdi?

Vladimir Putin dünən #Rusiyanın Qarabağla bağlı istifadə etdiyi sözlər erməni siyasi texnoloqlarında belə bir fikir formalaşdırıb ki, Moskva qarşısındakı təhlükəsizlik öhdəliklərindən rəsmən imtina edərək, günahı #Ermənistanın üzərinə atır.

Belə çıxır ki, Rusiya prezidenti 10 noyabr 2020-ci ildə müəllifi olduğu və Rusiyanın regiondakı öhdəliklərini əks etdirən bəyanatı da ləğv etdi. Bu necə və niyə baş verdi?

Putin doqquz aydır #Qarabağ bölgəsində baş verən erməni hoqqabazlığı üçün hansı mövqe nümayiş etdirdi?

Və nə üçün İrəvan öz yalanı olan “#Azərbaycan ağır humanitar böhran yaradır və Rusiya buna görə onu niyə günahlandırmadı?” fikrinin cavabı üzərində baş sındırırlar.

İrəvanda ən çox bu mövqe inciklik yaradıb:

“O, (yeni Putin ) Ermənistan hökumətini böhrana görə məsuliyyət daşımaqda ittiham edib. Putin deyib ki, Nikol #Paşinyan Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı Azərbaycana aid olaraq tanıması Qarabağın statusu məsələsini bağladı və #Moskvanın seçimlərini məhdudlaşdırdı.

İrəvanda iki gözlənilən Putin detalı var:

– birincisi, Azərbaycana deməli idi ki, #erməni əsirlərini geri qaytarsın.

– İkincisi O, Rusiyanın Azərbaycanın Ermənistan ərazisindən keçən “Zəngəzur dəhlizi” tələbini niyə dəstəklədiyini də izah etməyib.

Bundan əlavə, tələb edirlər ki, Putin Azərbaycanın Qarabağı blokadaya almasının qarşısını almaq üçün niyə müdaxilə etmədiyinin səbəbini deməli idi.

Sülh danışıqlarının nəticəsi olması üçün tərəflərin səmimi mövqeyi lazımdır. Amma Ermənistan ciddi şəkildə Azərbaycanla bağlı ərazi bütövlüyünü pozur, suverenlik haqqını tapdalayır. Və Putindən pozduqları beynəlxalq hüquqa görə, regional nizama görə dəstək istəyirlər, hansı ki, hər gün sözügedən şəxs İrəvan küçələrində söyülür, tabloları təhqir edilir, şəkillərdə gözləri ovulur.

Ümumiyyətlə, bu sualı səsləndirək və cavab tapaq:

Ermənistan iddia edir ki, hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu, 1991-ci ildə #MDB-nin yaradılmasına dair Alma-Ata Bəyannaməsində təsbit edilib. “Üstəlik, Rusiya özü də Alma-Ata Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı tanıyıb. 2020-ci il noyabrın 10-dan sonra Putin iki dəfə açıq şəkildə bəyan etdi ki, Qarabağ beynəlxalq hüquqa görə Azərbaycanın ərazisidir”.

Ən maraqlı detal:

2022-ci il fevralın 22-də Rusiya Azərbaycanla müttəfiqlik bəyannaməsini imzalayıb və bu bəyannamədə Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıdığını bəyan edib. #Putin–#Əliyev ittifaqı bəyannaməsinin birinci bəndində Rusiya və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır və bir-birinin daxili işlərinə qarışmamağı öhdəsinə götürür.

Ən maraqlı məsələ bu nöqtədə yer alır: bir növ Ermənistan və Rusiya arasında Azərbaycanın ərazi bütövlüyünü kim birinci tanıdı yarışı keçirilir: “Bu o deməkdir ki, Ermənistan bunu edənə qədər (2022-ci ilin oktyabrı) Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. İndi Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımaqda Ermənistanı necə günahlandıra bilər? Putin yeni müttəfiqlik bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünü tanımaq öhdəliyi götürüb, amma indi Ermənistanı da eyni şeyi etməkdə günahlandırır?”

Putin özü də Qarabağı Azərbaycanın daxili məsələsi hesab edir.

Amma Ermənistanda hələ də anlamırlar ki, o niyə indi Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımaqda ittiham edir?

Əslində Putin üçün hazırda ona xəyanət edən Ermənistanın cəzalandırılması gündəliyi var və görünür ki, Putin dünənki çıxışı ilə Ermənistan əhalisi ilə Paşinyan iqtidarı arasında nifaq toxumu əkməyə çalışır.

Qayıdaq mövzumuza:

#Rusiya–#Azərbaycan müttəfiqlik Bəyannaməsinin 11-ci bəndinə əsasən, Rusiya və Azərbaycan öz ərazilərində qarşı tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirməyə çalışan təşkilatların və şəxslərin fəaliyyətini yatırtmağı öhdələrinə götürürlər.

Maraqlıdır ki, Rusiya təkcə bu bəndə istinad etməklə Azərbaycanın ərazi bütövlüyünü təhdid edən Ermənistana qarşı rahat formada demarş edə bilər və məhz bu mərhələdə Əliyev dühasının cizgiləri ön plana çıxır:

– Rusiya – Ermənistan münasibətlərini pozdu.

– Azərbaycanın ərazi bütövlüyü ilə bağlı regional və qlobal təhdidlərin qarşısının alınmasında Rusiyaya məsuliyyət yüklədi.

Yəni Azərbaycanın ərazi bütövlüyünü tanımaqda Ermənistanı ittiham edən Putin Azərbaycanın ərazi bütövlüyünə xələl gətirən fəaliyyətlərin qarşısını almağı öhdəsinə götürüb. Ermənistan deyir ki, “Rusiya prezidentinin ziddiyyətli hərəkətlərini necə başa düşmək olar?”

Çox aydın: Rusiya – Azərbaycan müttəfiqlik bəyannaməsi həm də Ermənistana qarşı yönəlib: və bizim vahid düşmənimiz Ermənistan olur.

Bu gün Ermənistanda başa düşülməyən məhz bu prosesdir ki, əsası ötən ilin fevralında Rusiya – Azərbaycan müqaviləsi ilə qoyulub.

Ayrıca, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlamasını 2022-ci il sentyabrın 13-də baş verən #hərbi əməliyyatlardan sonra verib.

Bəs Azərbaycan hansı mövqeyi bəyan edir:

Əliyev bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığından, Azərbaycan da Ermənistanın ərazisini tanımır. Ermənistanda yerləşən rus qoşunları isə Ermənistana qarşı ,(Azərbaycana qarşı???) öz təhlükəsizlik vəzifələrini yerinə yetirməkdən imtina etdilər.

Daha sonra Azərbaycan Ermənistana öz ərazi bütövlüyünü tanımağa məcbur edən addımlar atdı.

Və məhz belə bir məqamda həm KTMT, həm də Rusiya Ermənistanın hərbi yardımla bağlı müraciətlərini rədd edib.

Ermənistanın müttəfiqi kimi Rusiya Azərbaycanla da əməkdaşlıq edir.

Ermənistanın təbirincə onun işğalçı hərəkətlərinə görə Rusiya dəstək durmalı və Azərbaycana qarşı çıxmalı imiş.

İrəvanda niyə unudurlar ki, Bakı təkcə Abşerondan ibarət deyil, siyasətin Ankara səması da çox parlaqdır və Rusiya Bakıya qarşı Ankaradan keçmək məcburiyyətində qalır.

Hə, bir də Əliyev 2022-ci ilin payızında cüzi status ümidini də necə dəfn etdisə, Ermənistan onun şokundan ayıla bilmir.

Bəs iki suala necə cavab verə bilərik?

Azərbaycan Xankəndində antiterror əməliyyatı keçirsə, Rusiya necə davranacaq?

Və ya Rusiyada bir çoxunun proqnoz etdiyi kimi Azərbaycan Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağını proqnozlaşdırır və bu gündən etibarən Rusiya öz üzərinə götürdüyü məsuliyyətdən yayınır?

Əvvəla, Azərbaycan Qarabağda əməliyyat keçirəcəksə, bu daxili suverenlik haqqıdır.

Ermənistan ilə bağlı isə kommunikasiya və təhlükəsizlik məsələsi ön plana çıxır. Mümkün ehtimallar sırasındadır.

Bəs Putinin dediyi: “ümid edirəm, bölgədə Erməni qırğını olmayacaq(humanitar faciə, etnik təmizləmə), fikri nə idi?

FILE – Russian President Vladimir Putin, center, Azerbaijan’s President Ilham Aliyev, left, and Armenia’s Prime Minister Nikol Pashinyan attention a news conference during their meeting in the Bocharov Ruchei residence in the Black Sea resort Sochi, Russia, on Nov. 26, 2021. A senior U.N. official urged the international community Tuesday, Dec. 20, 2022, to prevent Armenia and Azerbaijan from resuming their conflict over the disputed Nagorno-Karabakh region as the two countries accused each other of violating a Russian-brokered peace agreement.(Mikhail Klimentyev, Sputnik, Kremlin Pool Photo via AP, File)

Moskvada dəqiq bilirlər ki, Azərbaycan artıq Xankəndiyə daxil olmağa hazırlaşır. Bu da ona vurulan eyham idi.

Deməli, Rusiya sülhməramlı missiyasının boyunu aşan Azərbaycan tərəfinin qərarıdır.

Və Putin “Ümid edirəm ki, Azərbaycan rəhbərliyi həmişə dedikləri kimi, etnik təmizləmədə maraqlı deyil, əksinə, bu prosesin yumşaq getməsində maraqlıdırlar”, – Rusiya prezidenti qeyd edib.

Azərbaycan prosesi “yumşaq” aparmasaydi, bölgədə daş üstündə daş qalmazdı.

Açığı Putinin son üç ildə gəldiyi nəticə kifayət qədər uğurlu görünür.

Maraqlıdır ki, bu gün Putin #erməni–#amerikan hərbi təlimləri, Nikol Paşinyanın həyat yoldaşının Kiyevə səfəri və humanitar yardımın ötürülməsi, Ermənistan parlamentinin sədrinin Rusiyaya dediyi sərt tənqidlərlə bağlı məsələlərə heç bir şəkildə toxunmadı.

O, erməni müxbirin KTMT-nin Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini niyə yerinə yetirmədiyinə də cavab verməyib. Putin yalnız Nikol Paşinyanla əlaqə saxladığını və Ermənistan-Rusiya münasibətlərində xaotik vəziyyətin olmadığını bildirib.

Nəticə:

1. 10 noyabr razılaşması artıq qüvvədən düşmüş hesab edilə bilər:

2. Ermənistan sülh müqaviləsi istəmir, günahkar axtarır.

3. Rusiya – Ermənistan müttəfiqliyi Azərbaycan – Rusiya müttəfiqliyinə çevrilib.

4. Növbəti dəfə “10 noyabr razılaşması” deyil, qalıcı məğlubiyyətin gətirəcəyi sülh müqaviləsi imzalanacaq.

5. Yaxınlarda Xankəndiyə Azərbaycan polisi daxil olacaq.

Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!