• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Üzeyir bəy və Soltan Məcidə edilən xəyanətlər - Qoridə azərbaycanlılar niyə sıxışdırılırdı?

  • 18-09-2023, 08:51

Bu gün dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasından 137 il ötür.

Edupress.az  musiqi dühası Üzeyir bəylə bağlı maraqlı faktları təqdim edir:
 
Rəsmi adı Zaqafqaziya Müəllimlər Seminariyası olan, el içində isə Qori Müəllimlər Seminariyas adlandırılan “böyük universitet” xalqımıza bir sıra görkəmli simalar bəxş edib. Onların arasında "Azərbaycan" qəzetinin əməkdaşları da olub.
İlk mətbuu orqanımız "Əkinçi" qəzeti yazırdı: “...Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər. Oraya oxumağa girən hər kəs gərək uyezdni şkolada oxumuş ola və özü 16–19 yaşında ola. Orada 3 il dərs deyiləcək". Hələ 1875-ci il aprelin 8-də Zaqafqaziya Müəllimlər Seminariyasının "Əsasnamə"sindəki bir qeyddə deyilirdi ki, müsəlmanlar xüsusi müsəlman müəllim məktəbi açılana kimi bu seminariyaya və onun nəzdindəki məktəbə daxil ola bilərlər.
1876-cı ildə ibtidai məktəblər üçün müəllim kadrları hazırlamaq məqsədilə Qoridə Müəllimlər Seminariyası açıldı. Bu məktəbin ibtidai siniflər üçün kadrlar hazırlamaq məqsədi daşımasına baxmayaraq, Qori Seminariyasının çar Rusiyası dövründə Azərbaycana verdiyi kadrları Rusiya imperiyası dövründə heç bir ali təhsil ocağı verməyib. Sonralar bu fikri professor Əziz Şərif də  söyləyib. Çünki Qori Seminariyasını bitirən nəsil Azərbaycan  mədəniyyətinin, maarifinin, təhsilinin və tərəqqisinin inkişafında müstəsna rol oynadılar, millətimizin azadlıq və istiqlaliyyət uğrunda apardığı mübarizəsinin önündə getdilər. Ümumi təhsil rus dilində olsa da, hər millətin öz ana dilini və şəriət dərsini ayrıca keçirdilər, eyni zamanda hər bir fənn tədris edilirdi.
Lakin Qori Müəllimlər Seminariyasının Azərbaycana çox fayda verməsinə açıq-aşkar imkan vermədilər. Digər millətlərin nümayəndələri orada oxuyan soydaşlarmızı gözüm-çıxdıya salmaqla bərabər, təhsil almamaları üçün “əllərindən gələni edirdilər”.
Vəziyyət getdikcə dözülməz hal alırdı.  
 
Edupress.az-ın  məlumatına görə, Moderator.az  xəbər verir ki,  1894-cü ildə A.O.Çernyayevskinin ölümündən bir neçə il sonra Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinə görkəmli maarif xadimi Soltanməcid Qənizadə (1905- 1908-ci illər) inspektor təyin edilir. 
 
Sultanməcid Qənizadə XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan xalqının yetirdiyi böyük maarifçi, söz, fikir və əməl adamı, dilçi, metodist alim, tanınmış ədib və ictimai-siyasi xadim idi.Onun inspektor təyinatı İrəvan filialında çalışan Miropyevin 1902-ci ildə Qori Seminariyasına direktor təyin olunması ilə eyni vaxta düşür.Mütləqiyyət tərəfdarı Miropyevin gəlişiylə seminariyada vəziyyət dəyişir, azərbaycanlılara qarşı açıq mübarizə başlayır.Baş verən gərginliklər nəticəsində bir neçə azərbaycanlı tələbə seminariyadan azad edilir.Soltanməcid Qənizadənin millətsevərliyi, xalqının maarif və mədəniyyətinin inkişafı üçün çalışması və azərbaycanlı seminaristərin başarıqlı olmaları Miropyevi özündən çıxarır.Və iş o yerə gəlir ki, Soltanməcid Qənizadə inspektor vəzifəsindən azad edilir. Tənəffüsdə ana dilində danışmaq azərbaycanlı tələbələrə qadağan olunur. 1900-cü il dekabrın 3-də hazırlıq sinfinin şagirdi Üzeyir bəy Hacıbəyliyə ana dilində danışdığına görə töhmət verilir. Seminariyada mürtəce fəaliyyət getdikcə daha da genişlənir, ana dilində dərslər qadağan olunmuş, Azərbaycanlılar addım-addım güdülürdü.Bu vaxtlar İrəvan gimnaziyasından Qori seminariyasına müəllim göndərilən Firisun bəy Köçərli olanlara dözmür və qarşısına bir məqsəd qoyur.Necə olursa olsun seminariyanı Azərbaycana köçürmək. Çünki bu şəraitdə Qoridə nə yaşamaq, nə də oxumaq mümkün deyildi... 
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!