• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Sovet yoxsa müasir təhsil - HANSI ÜSTÜNDÜR? - TƏHSİL EKSPERTİ BİLDİRDİ

  • 19-09-2023, 08:11

"Ümumiyyətlə, sovet təhsili ilə müasir təhsili qarışdırmaq və ya müqayisə etmək olmaz. Məsələ ondan ibarət deyil ki, bir dövrün təhsili zəif digərininki güclüdür. İki dövr arasındakı təhsil ayrı-ayrı təhsil nəslinə aiddir. Uzun müddət dünyada yaddaş təhsili mövcud oldu. Yəni, təhsil alanlar yalnız informasiya ilə yüklənir, informasiya tutumunun dərəcəsinə görə qiymətləndirilirdilər.

Test üsulu uzun müddət məhz bu cür fəaliyyət göstərdi. Daha sonra suallarda analitika, təfəkkür, analiz kimi meyarlar meydana çıxdı".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Onun sözlərinə görə, yaddaş təhsili əsasən insanı faktla zənginləşdirir, sonra isə həmin faktlardan istifadəni xarakterizə edirdi: "Sovet dövründə məhz bu yaddaş təhsili hökm sürürdü. Bu, əsasını Fransa təhsilindən götürür. Klassik Fransa təhsili ustad-şagird prinsipi ilə fəaliyyət göstərirdi. Ustadın işi düşündürmək deyil, lazım gəlsə əzbərlətməklə qarşısındakına ötürmək idi. Sovet dövrünün dərsliklərinə fikir versək görərik ki, onun əsas funksiyası şagirdi izafi informasiya ilə yükləməkdən ibarət olub. Şagird yalnız özünə lazımlı informasiyanı götürərək ondan yararlanmaqdan hər zaman uzaq olub. Sovet təhsilinin mənfi cəhəti bundan ibarət idi. Biz elm və təhsili qarışdırmamalıyıq. Elm tədqiqat işidir. Təhsil isə tamam ayrı bir sferadır. Sovet dövrünün alimləri kimya, fizika, riyaziyyat istiqamətində inkişaf etmişdilər. Amma onlar əsasən tədqiqat meyarları yönündə hərəkət edirdilər".

Təhsil eksperti sovet təhsilini heç vaxt nümunəvi hesab etmədiyini bildirib: "Araşdırmalarımız nəticəsində sovet təhsilinin mahiyyətini az da olsa, bilirik. Müasir təhsil isə daha çox təfəkkürə, verilən informasiyalardan çıxış edərək analiz yürütmək bacarığına söykənir. Reallıq ondan ibarətdir ki, təhsilə baxış məhz bu sferadan doğrudur. Təhsil Avropa ilə müqayisədə Şərq və MDB ölkələrində ona görə geri qaldı ki, bizim təhsil düşündürməyə yox, informasiyaları kor-koranə mənimsətməyə yönəlmişdi. Bu gün sizi düşünməyə imkan yaratmayan informasiya tullantı hesab olunur. Yeni dövrün təhsil çağırışları bunun üzərində qurulur. Sovet təhsili iflas olmağa məhkum idi. Artıq üçüncü nəsil təhsil gəlir. Bu, tədqiqat təhsilidir. Bir çox ölkələrdə məktəblər artıq analitik təhsildən də bir pillə yuxarı qalxaraq şagirdlərə tədqiqat meyarlarını öyrədirlər. Belə bir təhsil ilə sovet təhsilini heç cür eyniləşdirmək olmaz".

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!