• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Oxun qutlu uçusu,yaxud, “Şəmil hoca” YOLu – Hədəf Konseptinin fəlsəfəsi

  • 23-09-2023, 08:47

Özünüdərkə aparan yol

 
Hazırda təhsillə bağlı atılmalı olan ən böyük addım elə təhsilin özünə olan baxışın dəyişməsidir. Çağdaş Azərbaycan təhsili özünə başqa rakursdan, mahiyyətdən, başqa bir energetik müstəvidən baxışı təmin etdiyi halda nöqsanlardan  xilas və inkişaf yolunu təmin edə biləcəkdir. Dünyanın müxtəlif ölkələrində, tarixin fərqli aşamalarında təhsil adlı mahiyyət bu situasiya ilə hər zaman üzləşib. Amma bu yolda ona yardım edən fədakarlar da tapılıb. Həmin  fədakarlar özlərinin yaratdıqları-bəşəri dəyərlərlə milli kimliyin sintezində ərsəyə gətirdikləri konsepsiyalarla əlahəzrət təhsilin yüksəlişinə səbəb olmuşlar.

Tanınmış təhsil texnoloqu, insan mühəndisliyi uzmanı Şəmil Sadiqin Hədəf  Konsepti məhz həmin konsepsiyalardan biridir. Burada heç bir mübaliğə yoxdur, sadəcə, arzuolunmaz bir reallıq da var ki, bütün tarixi əhəmiyyətli konsepsiyalar hər zaman öz  layiqli dəyərini çox sonralar alıb. Lakin Hədəf Konseptinin nə yaxşı ki, bu aqibəti yaşamayacağını indidən tam əminliklə söyləyə bilərik. Çünki cəmi bir neçə il bundan əvvəl formalaşmasına baxmayaraq bu konsept  təhsil fədaisi Şəmil Sadiq və onun zəhmətkeş  komandasının sayəsində bir İşıq kimi irəliləyir. Balabilgələrin sayəsində intellekt və milli dəyər sərhədi kimi uzanır və enerji hüdudları daha da artır. Təhsilin mahiyyəti də bir energetik dəyər olaraq fərddən şəxsiyyət, şəxsiyyətlərdən isə bir DƏYƏR CƏMİYYƏTİ formalaşdırmaq deyilmi?! Şəmil Sadığın bu zaman özü də, ərsəyə gətirdiyi da Hədəf Konsepti də bir ideya olaraq həmin intellektual və dəyər sərhədləri boyu hərəkət etmədədir...

Dədə Qorqud qoxusunda tədris

Və bu intellektual dəyər sərhədi bilirsinizmi haradan başlayır? – Qədim qan yaddaşımızdan, Dədə Dorqudun qopuzundan, hikmətindən, ağ saçından saqqalından, dürlü sözlərindən... Qədim Oğuz yurdunun qətiyyət və xarakterindən, qədim Oğuzun Qaba ağacından...  Oradan başlanır bu energetik sərhəd... “Hədəf-STEM” liseyində olsanız görəcəksiniz ki, Şəmil Sadiq əslində uzun illərdir ki, elə bu sərhəddə keşiş çəkir (elə lap Bəkil oğlu İmran kimi)... Görəcəksiniz ki, onun Hədəf Konsepti də əslində bu energetik sərhədin müdafiəsi və genişlənməsi üçün bir qala divarıdır... Gələcək “döyüşçülərin” – Balabilgələrin bir ömürlük müdafiə sığnağıdır... Hədəf Konsepti haqqında az sonra ətraflı bilgi verəcəyik, bu, öz yerində... Amma biz yenə də bu konseptin daxili qatında gizli qalan mahiyyətinə, gələcəyə necə böyük ustalıqla hesablanmış hədəfinə ( adı nahaq yerə Hədəf Konsepti deyil ki) toxunaq... Elə burda da mübaliğə etmədən bir paralellik aparmaq yerinə düşər: hər şeyin öz genetik yaddaşı var. Elə bacarıq və qabiliyyətlərin də... Məsələn, Şəmil Sadiqin gələcəyə ustalıqla hesabladığı və böyük hədəfə tuşladığı bu konsept sizcə, nəyə bənzəyir? Deyim – Oğuz elində  hər kəsin yaxşı bacardığı sərrast ox atışına... Yayın ustalıqla dartılması, qartal nəzərli diqqətin ən vacib nöqtəyə kilidlənməsi, qolun harmonik vəziyyəti və ən nəhayətdə “12”-dən vurulan hədəf... Oğuz elində qara donlu kafirlərə qan udduran hər kəs bunu çox gözəl bacarırdı... Və dediyimiz kimi bacarığın da öz genetik yaddaşı var. O heç zaman ölmür, bir enerji olaraq yaşayır, layiqli olan şəxsin əlindəki “yay”ın tələbinə uyğun olaraq öz “ox”unu atır... Şəmil Sadiq də artıq bir neçə ildir ki, bu oxu zərgər dəqiqliyi ilə atıb və ox   mənəvi, tarixi sərhədlər boyunca yorulmadan öz hədəfinə doğru hərəkət edir...

Hədəf Konseptinin balabilgələri də o oxun süzdüyü istiqamətdə  də getmədədirlər – Yaddaşa doğru, müdrik genə doğru, Dədə Qorqud qoxusuna doğru...

Hədəf Konseptinin balabilgəsi bu gün ona görə mutludur ki, o öz YADDAŞının içində böyüyür... O gələcəyin innovativ inkişafına doğru az əvvəl dediyimiz  Oxun  genetik meyarları əsasında yaxınlaşır. Yaddaşındakı ox vıyıltısı ilə, Dədə Qorqud ovqatı ilə çağdaş dövrün bəşəri hədəflərinə doğru yol alır...

Zatən əsrlər boyu da belə olmayıbmı?! – Türkün oxunun vıyıltısından həm də mədrəsə qoxusu hiss olunmayıbmı?!

Hədəf Konsepti

Bayaqdan mahiyyəti ətrafında var-gəl etdiyimiz, intellektual və dəyər sərhədi boyunca gəzişdiyimiz Hədəf Konsepti barəsində qısaca da olsa bəzi bilgilərini diqqətinizə çatdıraq:

Hədəf Konsepti dünyadakı innovativ təhsil metodlarının milli təhsilimizə adaptasiyasıdır.

Hədəf Liseyinin loqosu qədim türk simvolları əsasında hazırlanıb. Loqonun ümumi görünüşü “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən oğuzların nəsil genezisini və müdrikliyi simvolizə edən Qaba Ağacı ilə ifadə olunur ki, bu da ümumilikdə müdrik insan, Bilgə İnsan deməkdir.

Hədəf Konseptinin müasir insanı beş əsas prinsipə istinad edir: özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq, bilik. Hədəf Konseptində məqsəd bilikli, bacarıqlı, yaradıcı, sağlam, özünü dərk edən, milli dəyərlərinə bağlı BİLGƏ İNSAN yetişdirməkdir.

1. Özünüdərk – Hədəf Konseptinə görə özünü dərk edən insan vicdanlı, ədalətli, humanist, hüquqlarını bilən, çalışqan və daima özünü təkmilləşdirən insandır.

2. Sağlam – Sağlam bədən, sağlam xarakter, sağlam düşüncə, sağlam nəsil və sağlam mühit inkişaf üçün vacib amildir. Biz təhsilimizdə “Sağlam təhsil, sağlam millət” şüarını əsas tuturuq.

3. Bacarıqlı – Özünü dərk etmiş sağlam insan bacarıqlı olduqda ətrafındakı insanlara keyfiyyətli həyat təmin edir. O, sərbəst öyrənmə, novatorluq, fikirlərini sərrast ifadə etmə bacarıqlarına malikdir.

4. Yaradıcı – Yaradıcı insan estetik, bədii, texniki və elmi bacarıqlarını müəyyən edib onu inkişaf etdirən, problemlərə yeni yanaşma ilə baxıb orijinal həllər tapan insandır.

5. Bilikli – Özünü dərk etmiş, sağlam, bacarıqlı və yaradıcı insan obyektiv dünyada fəaliyyətini düzgün qurmaq üçün elmi biliklərə ehtiyac duyur. Bilik digər bacarıqları həyata keçirmək üçün əsas zəmindir. (Mənbə: Şəmil Sadiq, “İnsan mühəndisliyi”)

“Dəyərlər” kitabı, “Balabilgə gündəliyi” və “Dəyərlər təqvimi” Hədəf Konsepti əsasında hazırlanmış setdir. Bu set məktəb və ailə həmrəyliyini ifadə edən, inkişaf etdirən yardımçı vəsaitdir. Bu set həm məktəb müəlliminin tövsiyəsi ilə, həm də valideynin müstəqil arzusu ilə istifadə etmək üçün nəzərdə tutulub. Hər bir ailə bu setdən istifadə edərək öz evini bir dəyər məktəbinə çevirə bilər. Tədris ilində 40 dəyər həftəsi var.

Bu məqsədlə Hədəf Liseyinin Elmi-Metodiki Şurasının qərarı ilə “Dəyərlər” kitabı və “Balabilgənin gündəliyi” nəşr edilmişdir. Dəyərlər kitabı 40 dəyəri özündə birləşdirir.

Hər bir dəyər üzrə aşağıdakılar verilir: (Nümunə “Nizam-intizam” həftəsinə uyğun olaraq verilir)

1)Dəyəri ifadə edən şəkil;

2)Nizam-intizam nədir?

3)Bizdə nizam-intizam;

4)Gül və düşün;

5)Hekayə;

6)Əylənək və cavab verək;

7)Nizam-intizam qaydalarına əməl edən şəxs nə qazanır?

8)Doğru-səhv;

9)Ailə layihəsi.

“Balabilgə gündəliyi”ndən danışmasaq olmaz. O “Dəyərlər” kitabı ilə paralel şəkildə istifadə edilir. Burada hər bir dəyərə uyğun balabilgə tərəfi ndən qeydlər aparılır, müəyyən tapşırıqlar yerinə yetirilir. Balabilgə gündəliyi heç kim tərəfindən yoxlanılmır. Bu vəsait balabilgənin özünüqiymətləndirmə vəsaitidir. Balabilgə gündəliyində hər bir həftə üzrə 4 səhifəlik yer ayrılıb.

İlk səhifə:

Burada balabilgə dəyər anlayışı ilə bağlı ilk təəssüratını, dəyəri necə qavradığını esse formasında yazır.

İkinci səhifə:

Bu və 3-cü səhifənin yarısında həftənin 6 günü üçün qaydalar, tapşırıqlar, qeydlər və s. təsvir edilir.

“Nizam-intizam” həftəsi üzrə ilk günə nəzər salaq: Hər gün üzrə balabilgə hava durumunu qeyd edir. Müəllif tərəfi ndən hər gün verilən tapşırığı yerinə yetirməyə çalışır. Bu gün üçün özəl tapşırıq bütün geyimlərin təmiz və səliqəli saxlanılmasıdır. Gün ərzində balabilgə öyrəndiklərini, ev tapşırıqlarını, xatırlamaq istədiyi məlumatları qeydlər bölməsində işləyir. Hər günə özəl bir suala cavab yazmaq üçün xüsusi yer qoyulub. Bu günə özəl sual ən sevdiyin fi lmin hansı olmasıdır. Hər bir gün üzrə balabilgə özünü qiymətləndirir. Gün ərzindəki fəaliyyətini, davranışını, bacarığını və s. 5 ballıq şkala üzrə dəyərləndirir.

Gün sonunda balabilgə əhvalını da qeyd edir. Hər bir həftə üzrə ayrılmış 3-cü səhifədə kitab və ya film tövsiyəsi verilir. Bu fi lmə baxmaq və ya kitabı oxumaq üçün əsasən bazar günü nəzərdə tutulmalıdır.

Göründüyü kimi, Hədəf Konseptinin şifrələri, əsas mahiyyəti üçlü setdə -“Dəyərlər” kitabı, “Balabilgə gündəliyi” və “Dəyərlər təqvimi”ndə öz əksini tapıb. Bu set konsept üçün aysberq rolunu oynayır. Yəni, hələ mahiyyətin görünən tərəfidir. Amma aysberqin suyun altında qalan hissəsi təbii ki, daha böyükdür. Balabilgəni əslində asberqin su altında qalan hissəsi formalaşdırır. Konsept qiymətləndirmə  prosesində də uğurlu, deyərdim ki, inqilabi bir  yanaşmanın əsasını qoyur. Balabilgəni öz ilə gün sonunda, həftə qonunda üz-üzə gətirir. O, qiymətləndirmə də özgürdür. Əsl türk ruhu özgürlük içində məsud olduğu kimi o da burada məsuddur. Onu kimsə dəyərləndirmir, onun üçün əsas dəyər bu dəyərlər sisteminə nə qədər sadiqliyidir. Çünki o YADDAŞın içində böyüyür. Onun üçün tədris prosesi bundan kənara çıxa bilməz. O, öz sərhəddini aşmamalıdır. Onun üçün əsl qiymət bilgəsindən aldığı deyil, bilgəsinin ideyalarına nə dərəcədə düzgün riayət etməsindədir...

Təkcə “Balabilgə gündəliyi”nin konteksti özgür bilgəni yetişdirmək, onu fərqli düşüncə boyutuna atmaq üçün görün qədər yararlıdır? Uluqbəy mədrəsəsinin, Rəşidəddin rəsədxanasının, Bəhmənyar kitabxanasının, Biruni “laboratoriyası”nın yetişdirdiyi bilgələrin, oradakı təlimlərin mənəvi ruhu təkcə bu gündəlikdə görün necə sərrast dəqiqliklə hesablanıb. Şəmil Sadiqin oxçuluq qabiliyyətinə söhbətin bu yerində yenidən toxunmasaq, olmaz... Şəxsən, mənim üçün bu konsept həm də “oxçunun yoludur”...

Türkün “itirilmiş maarrif” ovqatının vardığı nöqtəni, o nöqtəyə qədərki halı ilə birləşdirməkdə olan bir yol...

Gələcəyin çağdaş innovativ tələblərinə doğru milli özünüdərk işığında ged ilən bir yol... Bu yolun adı şübhəsiz ki, gələcəkdə Şəmil Sadiq yolu adlanacaqdır...

“Şəmil hoca” YOLunuz açıq olsun, əziz Balabilgələr...

Elmin Nuri

Elm və təhsil məsələləri üzrə tədqiqatçı

Elmin Nuri
Müəllifin digər yazıları
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!