• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Azərbaycan cəmiyyəti sülh müqaviləsini dəstəkləyir – Rəy sorğusunun nəticələri

  • 25-09-2023, 11:07

Azərbaycan sentyabrın 19-da Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinə qarşı yüksək peşəkarlıqla və dəqiqliklə keçirdiyi lokal xarakterli anti-terror tədbirləri nəticəsində öz ərazisində suverenliyini bərpa etdi. Qanunsuz silahlı birləşmələrin tərksilah olunması və qondarma siyasi rejimin ləğvi istiqamətində addımlar Azərbaycan və Ermənistan arasında sülh razılaşması qarşısında maneələri aradan qaldırmaqla, prosesi sürətləndirdi.

Sosial Tədqiqatlar Mərkəzi mövzunun tarixi əhəmiyyətini və aktuallığını nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında növbəti sorğuları keçirib.

Rəy sorğusunun nəticələrinə əsasən, “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına respondentlərin əksəriyyəti, 76,4%-i “bəli” cavabını verib.

Respondent 22,8%-i əks mövqedən çıxış edərək, sülh müqaviləsini dəstəkləmədiyini bildirib. 0,8%-i sözügedən istiqamətdə hər hansı fikirlə çıxış etməkdə çətinlik çəkib.

  • Nəticələrin gender aspektindən təhlili sülh müqaviləsinə münasibətdə əhəmiyyətli fərqin olmadığını göstərib. Belə ki, kişilərin 79,3%-i, qadınların 73,6%-i sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edib.
  • 26-35 və 46-55 yaş qrupunu təmsil edən respondentlərin 70%-dən çoxu, 56-65 və 65 yaşdan yuxarı yaş qrupunu təmsil edənlərin müvafiq olaraq 87,0%-i və 94,3%-i sözügedən istiqamətdə müsbət mövqedən çıxış edib.
  • Orta təhsillilərin 77,4%-i, ali təhsillilərin 78,0%-i iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.  

2023-cü ilin may ayı üzrə keçirilmiş sorğunun nəticələrinə nəzər yetirdikdə, Azərbaycan cəmiyyətində sülh gündəliyinin öz aktuallığını qoruduğunu qeyd edə bilərik. Belə ki, may ayında keçirilmiş sorğuda iştirakçıların 77,3%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildirmişdi. 20,6% respondent bu barədə əks mövqedə çıxış etmiş, 2,1%-i fikir bildirməkdə çətinlik çəkmişdi.

  • Nəticələrin gender aspektdən təhlilinə əsasən, kişi və qadınlar sülhlə bağlı bərabər səviyyədə müsbət mövqedən çıxış etmişdi.
  • 18-24 yaş qrupunu təmsil edənlərin 76,9%-i, 65-dən yuxarı yaş qrupuna mənsub olanların 87,3%-i analoji mövqedən çıxış etmişdi.
  • Ali təhsillilərin 82,7%-i, orta təhsillilərin 72,2%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləmişdi.

Sülh gündəliyinə dair cari göstəricilərin 2022-ci ilin sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisəli təhlili Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləyənlərin sayında nisbi artımı izləməyə imkan verir. Ötən ilin sentyabr ayında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini respondentlərin 71,2%-i ( “tam dəstəkləyirəm” - 50.2%, “əsasən dəstəkləyirəm” – 21.0%) bu və ya digər dərəcədə dəstəkləmişdi. Respondentlərin 26,2%-i (“əsasən dəstəkləmirəm” 2,6%, “heç dəstəkləmirəm”  23,6%)  əks mövqedən çıxış etmişdi. İştirakçıların 2.6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkmişdi.

  • Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına gender aspektindən bərabər səviyyədə dəstək ifadə edilmiş, kişilərin 74,6%-i, qadınların 72,0%-i sözügedən istiqamətdə müsbət mövqedən çıxış etmişdi.
  • Nəticələrin respondentlərin yaş qrupları üzrə təhlilində yaş səviyyəsi artıqca sülh müqaviləsini dəstəkləyənlərin sayında artım qeydə alınmışdı. 18-25 yaş qrupunu təmsil edənlər üzrə bu göstərici 56,3%, 36-45 yaş qrupu üzrə 71,6%, 65 yaşdan yuxarı yaş qrupuna məxsus olanlar üzrə 91,5% təşkil etmişdi.
  • Ali təhsilli respondentlərin 78,3%-i orta təhsillilərin 67,3%-i Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləmişdi.

Həmçinin ötən ilin dekabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisədə də cari dövrdə sülhə ictimai dəstək səviyyəsində artım müşahidə edilib. Belə ki, ötən ilin dekabr ayrı üzrə sorğu iştirakçıları arasında sülh müqaviləsini dəstəkləyənlər 73,1%, dəstəkləməyənlər 25,6% təşkil etmişdi. 1,3%-i bu suala fikir bildirməkdə çətinlik çəkmişdi.

  • Sülh müqaviləsinə münasibətdə kişilərin 74.6%-i, qadınların 72.0%-i pozitiv mövqedən çıxış etmişdi.
  • Nəticələrin təhlilinə əsasən, yaş artıqca sülh müqaviləsini dəstəkləyənlərin sayı artmış, yəni 18-24 yaş qrupu respondentlər üzrə 56.0%-ə, 35-44 yaş qrupu üzrə 66.7%-ə, 55-64 yaş qrupu üzrə 80.5%-ə bərabər olmuşdu.
  • Sülhə münasibətdə ali təhsillilərin 77.1%-i, orta təhsillilərin 71.5%-i tərəfindən olmaqla müxtəlif təhsil səviyyələrini təmsil edənlərin əksəriyyəti sülh müqaviləsinə dəstəyini ifadə etmişdi. 

Göründüyü kimi, ötən ilin müxtəlif dövrlərində keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına ictimai dəstək yüksək olaraq qalmaqda davam edir.

Sorğunun metodologiyası

Sorğunun sahə işi (məlumatların toplanılması) 2023-cü ilin 08 – 11 sentyabr tarixləri arasında icra olunub. Sorğular telefonla müsahibə formasında keçirilib və 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğuda Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan olmaqla 12 iqtisadi rayon əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!