• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

UNEC-də müzakirə: “Azərbaycanda elmin populyarlaşdırılması modeli”

  • 17-04-2023, 11:23

 

Aprelin 17-də UNEC-də “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda tədbir keçirilib.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNEC rektoru professor Ədalət Muradov, millət vəkilləri, rektorlar, ölkənin tanınmış elm, təhsil, mətbuat və ictimaiyyət nümayəndələri iştirak ediblər.

UNEC rektoru professor Ədalət Muradov mövzunun əhəmiyyətindən söz açaraq, cəmiyyətdə fərqli maraq qruplarının sürətlə artmasının elmin populyarlaşdırılmasında yeni yanaşmaları qaçılmaz etdiyini bildirib. Rektor aparılacaq müzakirələrin gənc nəslin elmə marağının artırılmasına, elmə yeni, gənc mütəxəssislərin cəlb edilməsinə təkan verəcəyini bildirib. Eləcə də elmin populyarlaşdırılmasının cəmiyyətin ümumi məlumatlılıq səviyyəsini artıracağını, adi biliklərin intellekləşməsini təmin edəcəyini, kütləvi və fərdi vətəndaş şüurunun reallığı adekvat qəbul etməsində faydalı olacağını deyib. Rektor UNEC-də millət vəkili Etibar Əliyevin sədrliyi ilə Elmin populyarlaşdırılması mərkəzinin yaradıldığını diqqətə çatdıraraq, müzakirələrin mərkəzin fəaliyyətinin üğurlu təşkili baxımından da faydalı olacağından əminliyini ifadə edib.

Elm və təhsil naziri Emin Əmrullayev elmin populyarlaşdırılması istiqamətində mövcud problemlərdən və həlli yollarından danışıb. Nazir elmə marağın orta məktəbdən formalaşdırılmasının, ölkədə ixtisaslaşmış institutların fəaliyyətində səmərəliliyin artırılmasının vacibliyini önə çəkib. Həmçinin cəmiyyətin elmə və alimə verdiyi dəyər, elmi etika, elmi adların verilməsi məsələlərinə də toxunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında mətbuatın və sosial şəbəkələrin elmin populyarlaşdırılmasındakı rolundan söz açıb. Bu istiqamətdə mənfi tendensiyaların mövcudluğunu və elmlə bağlı maarifləndirmə işlərinin ürəkaçan olmadığını bildirən İ.Həbibbəyli Azərbaycan elminin dünya reytinqlərindəki mövqeyinə də toxunub. O, ölkə alimlərinin akademik profillərinin azlığını və istinad sayının aşağı olmasını elmin populyarlaşdırılmasına mənfi təsir edən amillər kimi qiymətləndirib. Akademik bu sahədə səmərəliliyin artırılması məqsədilə işlərin beynəlxalq reytinq təşkilatlarının prioritetlərinə uyğun aparılmalı olduğunu qeyd edib.

ETN-nin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov görkəmli alimlərin elmin populyarlaşdırılmasındakı rolundan söz açıb. Akademik populyar dərsliklərin çap olunmasının, xarici ölkələrdə yaşayan alimlərlə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Almaniyanın Münhen Texniki Universitetinin professoru, Əməkdar elm xadimi Məsud Əfəndiyev “Azərbaycanda elmin populyarlaşdırılması modeli” mövzusunda təqdimatla çıxış edib. O, elm və təhsil mühitinin yaradılmasının, eləcə də elmə milli yanaşmanın vacibliyindən danışıb.

Millət vəkili, UNEC-in Elmin populyarlaşdırılması mərkəzinin rəhbəri Etibar Əliyev mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, mərkəzdə elmi lüğətlərin hazırlanması, populyar kitabların tərcüməsi, elmi ədəbiyyatların təbliği istiqamətində layihələr reallaşdırılacaq, eləcə də ziyalılarla görüşlər və digər mühüm elmi tədbirlər həyata keçiriləcək. Millət vəkili çıxışında elmin populyarlaşdırılması saytının yaradılmasının vacibliyini də vurğulayıb.

Tədbirdə millət vəkili, AMEA-nın müxbir üzvü Musa Quliyev, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru professor Rasim Əliquliyev, Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə, əməkdar jurnalist professor Qulu Məhərrəmli, Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov, professor Şahlar Əsgərov çıxış edərək, elmin populyarlaşdırılması istiqamətində fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər. Müzakirələr zamanı elmi nəticələrin cəmiyyətə açıqlanmasının, elmi jurnalistikanın yaradılmasının, Azərbaycan elminin dünyaya inteqrasiyasının əhəmiyyətindən söz açılıb, elmi nailiyyətlərin cəmiyyətə çatdırılmasında mətbuatın rolu vurğulanıb.


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!