• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Dünyanın gözü Naxçıvanda: “Zəngəzurun” təməli atılır, geopolitik oyunda “Şah”- “Mat” gedişi – TƏHLİL

  • 26-09-2023, 06:18

Fransa prezidenti Emmanuel Makron Fransa telekanallarına müsahibə verməyə qərarlaşıb . O başa düşüb ki, hər prosesdən sonra daha çox Qafqaz maraqlarında itki verir nə dərhal da kompensasiya etməyə qərar verərək, açıqlamasında çox böyük strateji səhvlər edib.

O deyib ki, #Azərbaycanın Ermənistana qarşı mümkün hərbi hücumundan narahatlığını ifadə edərək, Bakının #Ermənistanın ərazi bütövlüyünü təhdid etdiyini vurğulayıb: “#Fransa Ermənistanın ərazi bütövlüyü ilə bağlı çox ayıqdır. Bu gün orada Azərbaycanın şəriki olan #Rusiya və bu istəkləri hər zaman dəstəkləyən #Türkiyədir” deyə Fransa prezidenti bildirib.

Ümumiyyətlə, belə bir çıxış biabırçılıqdır. Ən azından ona görə ki, İrəvan götürdüyü öhdəliklərə Fransa kimi ölkələrin ucbatından sadiq olmadı və demək olar ki, bütün mərhələlər hərbi əməliyyatlarla icra edildi.

Eyni zamanda Makron dünən Laçın yolundan iki ay gözləyib, geriyə kor – peşman qayıdan Tır aksiyasını Əliyevin onu sındırmasi kimi qəbul edərək, çox əsəbiləşib.

#Makron yenidən Azərbaycanın #Qarabağdakı hərbi əməliyyatını qəbuledilməz hesab edib, #Qarabag#ermənilərinə humanitar yardım göstərmək üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb və Qarabağ ermənilərinin hüquqlarına hörmət edilməli olduğunu vurğulayıb.

Humanitar yardım, ümumiyyətlə dünyada humanitar adı ilə nə varsa, siyasi məqsədləri pərdələmək üçün mövcuddur.

Nə yazıq ki, Makron təkcə Avropanın mərkəzi gücü kimi deyil, BMT TS+nin daimi üzvü kimi də sülhə çox pis zərbə vurmağa davam edir.

Sentyabrın 19-da lokal hərbi akt zamanı Fransa prezidenti Ermənistan liderinə ilk zəng edənlərdən biri olub. Həmin telefon danışığı zamanı Makron Nikol Paşinyana məlumat verib ki, Fransa #BMT Təhlükəsizlik Şurasında təcili iclas keçirməyə təşəbbüs göstərir.

#Ermənistan hökumətinin məlumatına görə, Makron və Paşinyan arasında müzakirə mövzusu Qarabağdakı vəziyyət olub. Hər iki tərəf güc tətbiqinin yolverilməzliyini və gərginliyin azaldılması üçün beynəlxalq mexanizmlərdən istifadənin zəruriliyini vurğulayıb.

Hansı beynəlxalq mexanizm – xatırlayırıq ki, Ararat Mirzoyan BMT-dəki dinləmələrdə dərhal təklif etdi ki, Qarabağa BMt sülhməramlıları adıyla beynəlxalq müşahidəçi ordusu/mandat/ yerləşdirilsin. Deməli, başa düşdük ki,. Mirzoyana həmin tezisi kim verib.

Sentyabrın 20-də Makron hətta tvitdə yazıb ki, o, Azərbaycanın Qarabağda güc tətbiq etməsini qətiyyətlə pisləyir.

“Hücum dərhal dayandırılmalı, sakinlərin hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr bərpa edilməlidir”, – Makron bildirib. O, baş nazir Paşinyanla sıx əlaqədə olduğunu bildirib.

Çox həyasız addım olmaqla yanaşı, Afrikada bu günün özündə qırdıqları barədə söz açmağa ehtiyac da görmür.

Hətta, Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki, Azərbaycanın hücumu “qanunsuz blokadadan artıq zərər çəkmiş minlərlə mülki vətəndaşı təhdid edir və beynəlxalq ictimaiyyətin problemi danışıqlar yolu ilə həll etmək səylərinə ziddir”.

Başa düşürük ki, Azərbaycanın hərbi əməliyyatlarına qarşı kəskin cavab formalaşdırmaq deyəndə Ermənistana silah verməklə yanaşı ora öz ordusunu da göndərmək çağırışını edir.

Güman ki, bu Vaşinqtonun da istəyidir ki, Fransa açdı dedi.

Sentyabrın 21-də Emmanuel Makron Nikol Paşinyanla Qarabağ ətrafında yaranmış vəziyyəti və ondan çıxmaq üçün atılacaq addımları müzakirə edib.

Və bu müzakirədən sonra dünən Paşinyan çıxış edərək Rusiyaya konkret müharibə elan etdi desek, səhv olmaz ki, hətta dünən Rusiyadan maliyyələşdirilən ictimai birliyin üzvlərini “dövlət çevrilişi” adı ilə milli təhlükəsizlik qüvvələri tərəfindən həbs edildi.

Qayıdaq Fransaya…

Sentyabrın 21-də Fransanın təşəbbüsü ilə BMT-nin #Təhlükəsizlik Şurasının sessiyası keçirilib və bu sessiyada Paris Azərbaycanı Qarabağ ermənilərinə qarşı “hərbi təcavüz” etdiyini iddia edib.

Baş verənlər böyük geopolitik savaşın Qafqaza düşən hissəsidir. Yəni biz də bu məsələdə yan keçə bilmərik. Çünki həm Azərbaycan ərazisində separatizm vardı, həm də gələcəyimizin iqtisadi və hərbi təminatı olan kommunikasiyalar açılmır.

Nəticə etibarilə, öhdəlikləri olan qonşu Ermənistan dövləti isə faktiki revanş əhval-ruhiyyəsində olmaqla nəinki bizə müttəfiqi Rusiyaya da savaş elan edərək regionu çıxılmaz vəziyyətə sürükləyir. Belə bir idarəedilməsi mümkün olmayan vəziyyətdən ən çox istifadə edən Amerika ola bilər ki, bura yerləşməsi potensial İran və Rusiya siyasəti ilə bağlıdır. Rusiyanın və İranın mühasirəyə alınması strategiyasının tərkib hissəsidir.

Lakin yerləşmə mövzusunda mütləq bəhanə lazımdır. Bu ideal bəhanə isə Azərbaycanı ittiham etməkdən keçir deyə bilərik ki…

İndi Ermənistanda bu da başa düşülmür:

Məhz indiki şəraitdə necə olur ki, Azərbaycan geostrateji maraqları ilə enerji siyasətini konnektə edərək, uğur qazanır və necə olur ki, AB+nin bir neçə ölkəsi bu dəqiqə Bakının qapısında qaz üçün sıraya durub.

Adicə Macarıstanın addımı haqda danışsaq, kifayət edir.

Digər maraqlı bir arqument – Ərdoğan kimdir?

Türkiyənin gücü hansı həddədir?

Görünən odur ki, Türkiyə tərəfi bir müddət əvvəl anons edəndə ki, Ankara yaxın zamanlarda Zəngəzur dəhlizi ilə bağlı siyası həmlələrə başlayacaq, indi anlaşılır ki, qərbin və İranın aşkar düşmənçiliyi və həmin prosesin qarşısını almaq üçün daha ucadan qışqırıblar.

Lakin Türkiyə Qarabağ məsələsindən sonra konkret mərhələyə qədəm qoydu və açıq sual:

Iran, Fransa və ABŞ indiki vəziyyətdə hansı cür reaksiya verə bilər Zəngəzur addımına…

Qarabağ prosesində İran sırf Türkiyəyə görə çəkildi deyə bilərik.

Bəs Fransa, ABŞ?

Ukrayna müharibəsi Qərbin yumşaq qarınıdır.

Adicə Bosfor boğazını sahibi olan Türkiyə Qara dənizin strateji əhəmiyyətinə görə Fransa və ABŞ-ı maximum formada kurasiya edə bilir.

Bu gün yeni tarixin ilk səhifəsi yazılacaq:

Gözünüz Naxçıvanda olsun/

Yeni cahan – Nəqşi – Cahanda doğulur.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!