• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

UNEC-də 20 cildlik “Türk edebiyatı isimler sözlüyü”nün təqdimatı olub

  • 26-09-2023, 14:07

 

Sentyabrın 26-da UNEC-də Türkiyənin Ahmet Yesevi Universiteti tərəfindən hazırlanmış “Türk edebiyatı isimler sözlüyü” (Türk ədəbiyyatı adları lüğəti) ensiklopedik kitabının təqdimatı keçirilib.

Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, Ahmet Yesevi Universitetinin Himayədarlar Şurasının sədri Prof. Dr. Muhittin Şimşek, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Rektor prof.Ədalət Muradov Türkiyənin Ahmet Yesevi Universiteti tərəfindən hazırlanmış kitabın təqdimatının Qarabağın suverenliyinin bərpa olunduğu, eləcə də Türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən layihələrin əsasının qoyulduğu vaxta təsadüf etdiyindən qürur duyduğunu bildirib. Ensiklopedik lüğətdə Türk dünyasının 14700-ə yaxın şair və yazıçısı haqqında məlumatların təqdim olunduğunu, 20 cilddən ibarət olan lüğətin ərsəyə gəlməsində 1500 tədqiqatçı-alimin iştirak etdiyini diqqətə çatdırıb. Prof.Ədalət Muradov Türk dünyasının mədəni əlaqələrinin inkişafında kitabın böyük töhfə olacağını deyib.

Ahmet Yesevi Universitetinin Himayədarlar Şurasının sədri, layihənin rəhbəri Prof. Dr. Muhittin Şimşek 1932-ci il 26 sentyabrda Türkiyədə ilk dəfə Türk Dil Qurultayının keçirildiyini diqqətə çatdıraraq, təqdimatın məhz həmin gündə keçirilməsinin qürurverici olduğunu deyib. Professor çıxışını qurultayın açılışında Mustafa Kamal Atatürkün “Türk dili ən zəngin dillərdən biridir, yetər ki, bu dil şüurla işlənsin” ifadəsi ilə davam edib.

Türk mədəniyyətinin nəsildən-nəslə ötürülməsində kitabların önəminə diqqət çəkən prof.M.Şimşek kitabda türk ədəbiyyatının XIII-XXI əsrlərdə yazıb-yaratmış şair və yazarları haqqında 15 min məqalənin yer aldığını deyib. Türkiyəli professor çıxışını Türk dünyasının mədəni dəyərlərindən bəhs edən maraqlı fikirləri ilə davam edib.

Tədbirdə iştirak edən millət vəkilləri Fazil Mustafa, Fatma Yıldırım, Milli Kitabxananın direktoru prof. Kərim Tahirov, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov kitabın əhəmiyyətindən söz açıblar. Qonaqlar xalqların inkişafında mədəniyyətin böyük roluna diqqət çəkərək, Türk dünyası ilə əməkdaşlığın bütün sahələrdə olduğu kimi, ədəbiyyata da bağlılığının vacibliyini vurğulayıblar. Azərbaycanda kitaba, dilə qayıdışın Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən natiqlər, bu ənənənin hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam etdirildiyini bildiriblər. Ensiklopedik lüğətin türk dilinin zənginliyinin öyrənilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

 

 

 
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!