Emin Əmrullayev ilk müəllimini təbrik edib
Elm və Təhsil naziri Emin Əmrullayev ilk müəllimi ilə görüşüb, onu təbrik edib. Bu haqda nazir öz "Facebook" sosial şəbəsində paylaşım edib.
Edupress.az həmin paylaşımı təqdim edir:
"Gülzar müəllimə - ilk müəllimim. Mənə ana dilimdə oxumağı və yazmağı öyrətmiş, vətən sevgisini aşılamış və ətrafda baş verənlərə laqeyd qalmamağı bir dəyər kimi formalaşdırmış insan!
Müəllimlər günündə bir daha Sizə təşəkkürümü bildirirəm, əziz və sevimli Gülzar müəllimə!!!
Bayramınız mübarək!!!"