• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

“Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib

  • 11-10-2023, 15:16

Oktyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı – 2023”ün təqdimat mərasimi keçirilib.
 
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və ardınca layihəyə həsr olunmuş videoçarx nümayiş olunub.
 
Təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev, millət vəkilləri, özəl sektor əməkdaşları və digər qonaqlar iştirak ediblər.
 
Tədbirdə giriş nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqaüd proqramlarının əhəmiyyətindən danışaraq hazırda ən vacib sahələrdə təhsil almaq istəyən qızların sözügedən proqramlar sayəsində arzularına çatdıqlarını bildirib. 

 

Bu gün ailələrdə qızların təhsilə, idarəetməyə cəlbi ilə bağlı mövcud problemlərin aradan qaldırılmasında bütün cəmiyyətin iştirakının önəminə diqqət çəkən Bahar Muradova çıxışının sonunda təqaüdə layiq görülən gənc qız tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.
 
Azərbaycan qadını və təhsil mövzusuna toxunan elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bir çox sahədə olduğu kimi, bu sahədə də ilklərə imza atan Azərbaycan istər Şərq, istərsə də müsəlman ölkələri sırasında xüsusi yer tutur. 
 
Təqaüd proqramlarının əhəmiyyətindən söz açan Emin Əmrullayev qızların təhsilə cəlb edilməsi, bu prosesə dəstək göstərilməsinin prioritet vəzifələrdən olduğunu vurğulayıb, qadınların təhsilli, genişdünyagörüşlü olmasının uşaq və gənclərimizin də nümunəvi tərbiyə və təhsilinin formalaşmasına təsir göstərəcəyini bildirib.
  
Sonda təqaüd qalibləri olan gənc qız tələbələri təbrik edən Emin Əmrullayev onların da öz növbələrində daha çox insanın yaxşı təhsil alması üçün əllərindən gələni edəcəklərinə əminliyini vurğulayıb.
 
Çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bu il üçün təqaüd alan gəncləri təbrik edib. Növbəti illərdə sayın daha da artacağına inamını ifadə edən komitə sədri bildirib ki, bu gözəl təşəbbüsə bütün təşkilat və sahibkarların qoşulması, dəstək göstərənlərin sayının  çoxalması önəmlidir.
 
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təqaüd alan qızların əksəriyyətinin yüksək bal topladıqlarını bildirib. Fondun indiyədək həyata keçirdiyi layihələr, təqaüd proqramlarından söz açan sədr bu sahədə əməkdaşlığın genişləndirildiyini vurğulayıb.
 
Çıxışlar dinlənildikdən sonra layihəyə dəstək göstərən təşkilatlara – “British Petroleum”, “Neqsol Holding”, “İnci Group” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürnamələr verilib. Bununla yanaşı, dəstək göstəriləcək 54 tələbəyə sertifikat və gül dəstələri təqdim edilib.

 

 
 
 
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!