• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Məktəbəqədər təhsil problemi: Valideynlər övladlarını niyə bağçaya qoya bilmir...

  • 12-10-2023, 11:18

Məktəbəqədər təhsil təhsilin ilk pilləsi hesab edilir və uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir. Məktəbəqədər təhsil müəssisələrində 5 yaşdan 6 yaşadək uşaqlar üçün məktəbəhazırlıq qrupları təşkil edilir. Qanunvericiliyə əsasən beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.

Nazirlər Kabinetinin müvafiq qərarında deyilir ki, məktəbəqədər yaşlı uşağın təhsili onun inkişafının süni surətdə tezləşməsinə deyil, zənginləşdirilməsinə istiqamətləndirilməlidir.

 Ancaq hələlik Azərbaycanda məktəbəqədər təhsil icbari deyil. Bir neçə dəfə bununla bağlı təkliflər səsləndirilib.  Ekspertlər məktəbəqədər təhsilin olduqca vacib olduğunu deyirlər. Çünki məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.

 

Milli Məclisin Elm və təhsil komitəsinin deputatı Ceyhun Məmmədov Modern.az-a açıqlamasında deyib ki, bağça və məktəbəqədər təhsil pillələri olduqca önəmlidir və çox vacib məsələdir.

 "Aparılan araşdırmalar göstərir ki, bağçaya gedən, məktəbəqədər təhsil alan uşaqlarla bağçaya getməyən  uşaqlar arasında gələcəkdə savadda, bilikdə böyük fərq, üstünlük yaranır. Burada hər bir mərhələ ayrıdır. Bağça ayrıdır, məktəbəqədər mərhələ isə ayrı. Bunu nəzərə almalıyıq. Amma düşünürəm ki, gələcəkdə bu istiqamətdə ciddi addımlar atmalıyıq. Yəni bu gün bağçalarda sıxlıq nəzərə alınaraq bizim heç də bütün valideynlərimiz övladlarını bağçaya qoya bilmir. O mənada düşünürəm ki, biz bu məsələni nəzərə almalıyıq. Uşaqların bağça məsələsi həllini tapmalıdır, yeni bağçalar inşa edilməlidir”.

 

Təhsil eksperti Elmin Nuri bağça və məktəbəqədər təhsil seqmentinin aktuallıq və faydalılığının hər zaman yüksək səviyyədə olduğunu bildirib.

 

“Dünyanın əksər ölkələrində məktəbəqədər təhsil tədris prosesinin ən məsuliyyətli və vacib dövrü hesab edilir. Çünki insanın şəxsiyyət kimi formalaşması üçün topladığı əsas baza – təxminən 70 % əsasən 7 yaşa qədərki dövrə təsadüf edir. Sırf buna görə bir çox ölkələrdə - Finlandiya, Sinqapur, Kanada, İsrail, Yaponiyada  bağçalarda işləmək istəyən metodist və tərbiyəçilər üçün şərtlər həddindən artıq ağırdır. Çünki onların cəmiyyət üçün görəcəkləri vacib, bir o qədər də ağır iş var. Onlar gələcəyin düşüncəli şagirdini, faydalı vətəndaşını formalaşdırmalıdırlar”

 Ekspert Sinqapur bağçalarını nümunə gətirirb.

 “Təsəvvür edin, Sinqapurda bağçaya gedən uşaq iki tədris proqramından keçir. Bu proqramlar əsasında o estetika və yaradıcı ifadə, dünyanı öyrənmək, kəşf etmək, dil və savad, motorika bacarıqlarının inkişafı, sayma-hesablama bacarığı, sosial və emosional inkişafı mənimsəməlidir.

 Orada bağçanı bitirib, məktəbə qəbul olmaq istəyən şagirddən isə bu keyfiyyətlər tələb olunur: sosial normalar və qaydaları bilmək, başqasının mövqeyini dəstəkləməyə hazır olmaq, anlaşmaq, qarşılıqlı təsir və ətrafdakılarla ünsiyyət bacarığına malik olmaq, hər şeylə maraqlanmaq və araşdırmağı bacarmaq, dialoqa girməyi bacarmaq adekvat özünüdəyərləndiməni bacarmaq və öz-özü ilə razılaşmaq, yaxşı inkişaf etmiş fiziki koordinasiyaya, sağlam vərdişlərə malik olmaq, yaradıcı potensialı formalaşmaq, öz ailəsini, dostlarını, müəllimlərini, eləcə də məktəbdəki müəllimlərini sevmək və hörmət etmək.

 İndi özünüz təsəvvür edin, məktəbə gedəcək şagirdə bu dövrə qədər bu qədər keyfiyyətləri aşılayan bağça formal hesab edilə bilərmi? Təbii ki, xeyr!”

 

O, dünya ölkələri ilə müqayisədə Azərbaycan bağçalarının bir çox keyfiyyətlərinə görə geri qaldığını bildirib.

 

“Əvvəla onu deyək ki, bağça sayı yetərli deyil, ölkə üzrə hər 5 uşaqdan yalnız biri bağçaya getmək imkanı əldə edir. İkincisi, bağçalarda çalışan metodist və tərbiyəçilərlə bağlı monitorinqlər aparıldı. Nəticələr isə heç ürəkaçan olmadı. 11.300 tərbiyəçi və metodistin 5800-ü ixtisasa yararsız hesab edildi. Bu fakt bizim bağçalarda durumun real göstəricisi, onlara formal təhsil mərhələsi kimi baxmağın dəlil-sübutudur. Amma hər bir halda məktəbəqədər tədris müəssisələri öz fəaliyyətini davam etdirməli, xüsusi  proqram istiqamətində hərəkət edərək insanlar üçün faydalı olmalıdırlar. Əks halda, bizdə məktəbəqədər təhsilin fəaliyyəti çox formal xarakter daşıyacaq”.

 

Ekspert 5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulan məktəbəqədər qrupların icbari xarakter danışmasa da, faydalılığını çox yüksək qiymətləndirib.

 

 “Bugün məktəblərdə də aparılan tədqiqatlar nəticəsində hazırlıq qruplarına gedən şagirdlərlə getməyənlər arasında kəskin İQ, davranış qaydaları və s. fərqi hiss olunub. Amma burada da çox ciddi xətaya yol veririk. Bildiyimiz kimi, məktəbəhazırlıq qruplarında dərsləri ibtidai sinif müəllimləri aparır. Bu, kökündən yanlışdır. Belə ki, bu hazırlıq qruplarında proqramlar sırf bağça proqramı ilə çox yenilik təşkil edir. İbtidai sinif müəllimi isə bu proqramdan tam xəbərsiz olmasına baxmayaraq, qrupa nələrisə öyrətməyə çalışır. Baxın, məktəbəhazırlıq qruplarının da fəaliyyətini formallaşdıran əsas amil budur. Təcili olaraq bununla bağlı addımlar atılmalı, məktəbəhazırlıq qruplarında dərs demək üçün ibtidai sinif müəllimi yox, bağça metodisti və tərbiyəçiləri xüsusi müsabiqə şərtləri altında seçilməlidir”.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək?
12-06-2025 16:07  
AzTU-nun Yüksək Təhsil İnstitutuna yeni direktor təyin olunub
11-06-2025 10:09  
Sertifikasiyada iştirak edəcək müəllimlərin DİQQƏTİNƏ!
11-06-2025 12:28  
II və III qruplarda ən yüksək balı onlar TOPLADILAR - ADLAR
11-06-2025 14:40  
BDU-da qızılı stafilokok bakteriyasına qarşı müqavimət mexanizmlərinə dair araşdırmalar aparılır
11-06-2025 15:24  
TKTA: May ayında 369 nəfərin diplomu tanınıb
12-06-2025 10:42  
Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb
12-06-2025 13:54  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Psixoloqlar müsahibəyə cəlb olunacaqlar
UNEC beynəlxalq reytinqdə irəlilədi
Təhsil sisteminə zərbə: Gənclərin qlobal təhsil şansı məhdudlaşır

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!