“Mühəndis Müəllim” layihəsinin qeydiyyatına start verdi!
Hədəf Təlim və Karyera Mərkəzi Robotzadə şirkəti ilə birlikdə “Mühəndis Müəllim” layihəsinin qeydiyyatına start verdi! Layihə çərçivəsində həftədə 1 dəfə olmaqla 3 ay müddətində nəzəri və praktik təlimlər keçiriləcək.
Təcrübə proqramını uğurla bitirən, imtahanda yüksək nəticə göstərən, müsahibə və müşahidələrdə yüksək qiymətləndirilən iştirakçılar həm sertifikatla təltif olunacaqlar, həm də işlə təmin olunma şansı əldə edəcəklər.
Mövzular:
ROBOTEXNİKA 1. Mühəndis əllər 2. Robototexnika və alqoritm 3. 3D modelləşdirmə və çap 4. PUA (Drone) pilotu 5. Arduino proqramlaşdırma 6. Maker (özün düzəlt) layihələr Müraciət qaydası: Qeydiyyatdan keçmək üçün namizədlərin [email protected] elektron poçt ünvanına “Mühəndis müəllim ” başlığını qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur. Son qeydiyyat tarixi: 31.10.2023 Əlavə məlumat üçün: (+994) 77 220 22 44