• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

İcmaların davamlı gələcəyinə töhfə-Bp və tərəfdaşlarından möhtəşəm layihə-FOTO

  • 17-10-2023, 06:00

 

Bu gün bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları -“TPAO”, “SOCAR”, “SGC”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “Eni”, “TotalEnergies”, “ONGCVidesh” – adından “Gələcəyini qur” layihəsinin daha bir uğurlu ilinin nəticələrini qeyd etmək üçün tədbir keçirib.

bp və tərəfdaşlarının yeddi ildir ki, maliyyələşdirdiyi bu təşəbbüsün məqsədi aztəminatlı ailələrdən olan bacarıqlı gənclərin universitetlərə hazırlaşmasına dəstək olmaqdır.

Layihənin builki, yəni yeddinci mərhələsi üçün Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Hacıqabul, Samux və Goranboy rayonlarından 60 nəfər 11-ci sinif şagirdi seçilmişdi. İştirakçıların böyük əksəriyyəti təlim proqramını uğurla başa vuraraq yüksək nəticələr əldə ediblər - 54 nəfər ali təhsil müəssisələrinə, dörd nəfərsə kolleclərə qəbul olub. İştirakçılardan ikisi qəbul imtahanlarında 600-dən yuxarı, dördü isə 500-dən yuxarı bal toplayıb.

Layihə bp və tərəfdaşlarının qonşu icmaların bacarıq və səriştələrinin artırılmasına və sosial inkişafına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin geniş təlim proqramı iştirakçıların qəbul imtahanlarına hazırlığını təmin edən məşğələlər və fəaliyyətlərə yönəlib. Bundan əlavə, layihə çərçivəsində gənclərə psixoloji dəstək verilir və onların sosial inteqrasiyasına yardım göstərilir.

Bu günədək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Hacıqabul, Samux və Goranboy rayonlarının müxtəlif icmalarından olan təxminən 500 aztəminatlı ailə bu layihədən faydalanıb.

Layihənin yeddi mərhələsi ərzində ümumilikdə 542 iştirakçıdan 463-ü – yəni iştirakçıların təxminən 85%-i - ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək müxtəlif universitetlərdə tələbə adını qazanıb.

Tədbirdə çıxış edən bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli demişdir:

“Bu, bizim sevimli layihələrimizdən biridir və davamlı inkişafı dəstəkləmək məqsədimizə tam uyğundur. İnanırıq ki, bu layihə vasitəsilə istedadlı gənclərimizin öz uğurlu gələcəklərini qurmasına, eyni zamanda onların öz icmalarında həyat keyfiyyətini yaxşılaşdırmasına kömək edirik. Qürur duyuruq ki, bu günə qədər aztəminatlı ailələrdən olan 500-dən çox gəncə universitet tələbəsi olmaq imkanı yaratmışıq. Layihəmizdə iştirak etməklə başladıqları bu yolun onları arzu etdikləri ixtisasa doğru aparacağına ümid edirik.”

7-ci mərhələyə xərclənmiş təxminən 251 000 AZN (148 000 ABŞ dolları) də daxil omaqla layihənin yeddi mərhələsinin birlikdə ümumi dəyəri təxminən 2 milyon AZN-dir (1,2 milyon ABŞ dolları). Hər bir mərhələnin müddəti isə bir ildir.

 Layihənin icraçısı “Build Your Future” MMC-dir.

 

 

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!