• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

UNEC-də iş dünyasının nümayəndələri ilə “Qeyri-akademik transkript” layihəsinin müzakirəsi aparılıb

  • 18-10-2023, 07:00

UNEC-də “Qeyri-akademik transkript” layihəsi ilə bağlı növbəti müzakirələr dövlət və özəl qurumların nümayəndələri ilə aparılıb.

Rektor professor Ədalət Muradov regionda ilk dəfə olaraq, UNEC-də tələbələrin yumşaq bacarıqlarını əks etdirən “Qeyri-akademik transkript” layihəsinin hazırlandığını deyib. Layihənin metodoloji müzakirələrinin ölkənin tanınmış təhsil mütəxəssisləri ilə aparıldığını diqqətə çatdıran rektor, transkriptin təkmilləşdirilməsi məqsədilə işəgötürənlərlə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb. Ə.Muradov qeyri-akademik transkriptdə iş dünyasının tələb etdiyi meyarların əsas götürüldüyünü bildirib: “Düşünürəm ki, iş dünyasında qeyri-akademik transkript akademik transkriptdən daha üstün tutulacaq. Sürətlə dəyişən dünyada dəyişməyən bacarıqlara fokuslanmaq daha önəmlidir”.

Professor Ədalət Muradov yumşaq bacarıqların qiymətləndirilməsinin 4-cü kurs tələbələri arasında könüllülük prinsipi əsasında həyata keçiriləcəyini deyib. O, UNEC-də “Karyera planlaması” kafedrasının yaradıldığı və kefadranın müəllimləri tərəfindən “Karyera planlaması”, “Yumşaq bacarıqlar” və “Sərt bacarıqlar” fənlərinin tədris olunduğunu bildirib.

Sonra “Karyera planlaması” kafedrasının müəllimi Asəf Zeynalov qeyri-akademik transkriptin mahiyyəti, qiymətləndirmə meyarları barədə təqdimatla çıxış edib.

Məruzəçi tərəfindən suallar cavablandırıldıqdan sonra, iş dünyasının nümayəndələri layihənin vacibliyindən söz açıblar. Tələbələrdə yumşaq bacarıqların formalaşdırlmasının, eləcə də bu bacarıqları əks etdirən transkriptin məzunların işə qəbulunda mühüm rol oynayacağını qeyd ediblər. Bu istiqamətdə UNEC-lə əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıblar.

Qeyd olunub ki, layihə iş dünyası və universitetlərin qarşılıqlı əməkdaşlığının qurulması və daha da genişləndirilməsi istiqamətində mühüm addım olacaq.

Müzakirələrdə Elm və Təhsil , İqtisadiyyat, Maliyyə, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Məşğulluq Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, SOCAR, KOBİA,  Azərbaycan İnsan Resursları Assosiasiyasının, Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi və AzerGold QSC-nin, ATİB,  BP Azərbaycan şirkətinin, Pasha Holdinqin, Kapital Bank, Beynəlxalq Bank, RabitəBank, Bank Respublika, Yelo Bankın, Veysəloğlu Qrup MMC-nin, Boston Consulting Groupun,   “Azerlotereya” ASC-nin, “McDonald”s Azərbaycanın, Deloitte&Touch, “EY Azərbaycan”, KPMG və AmChamın, “Azercell Telekom” MMC-nin işəgötürənləri iştirak ediblər.

 

 
Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!