• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Məktəb direktorları üçün seminarlar başa çatıb

  • 23-10-2023, 07:28

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri üçün təşkil olunmuş seminarlar başa çatıb.

Edupress.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib 

Seminarlarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

Mehriban Vəliyeva məktəb direktorlarını salamlayıb və Azərbaycanın ərazi bütovlüyünün bərpasının bizə qürurverici hiss yaşatmaqla bərabər “Böyük Qayıdış”a gedən yolda təhsil işçilərinin qarşısında Azərbaycanın daha işıqlı gələcəyi naminə intellektual, bacarıqlı gənclər yetişdirmək kimi böyük məsuliyyət qoyduğunu bildirib.

Tədrisin təşkilində müasir yanaşmaların tətbiqinin, sinif otaqlarında 45 dəqiqə ərzində səmərəli dərs prosesinin baş tutmasının, öyrətmə və öyrənmə mühitinin təmin edilməsinin ən ümdə məsələ olduğunu diqqətə çatdıran M.Vəliyeva şagirdlərə yaxşı təlim verməklə yanaşı, onları Vətən sevgisi ruhunda tərbiyə etməyin də vacibliyini nəzərə çatdırıb.

Ümumi təhsilin dövlət standartlarına uyğun idarəetmə prinsiplərindən söz açan M.Vəliyeva məktəb rəhbərinin hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, inkişafın monitorinqi, fəaliyyətin düzgün sistemləşdirilməsi məsələlərini daim diqqət mərkəzində saxlamasının zəruriliyini önə çəkib.

M.Vəliyeva hər bir məktəb direktorunun öz fəaliyətinin təhlilini aparmasının əhəmiyyətini vurğulayıb, şagird nailiyyətlərinin artırılması, müəllimlərin sertifikasiyası, monitorinq sisteminin təşkili, valideynlərlə iş və digər müvafiq məsələlərdən söhbət açıb, yeni yanaşmaları, müasir çağırışların tələblərindən irəli gələn zəruri amilləri diqqətə çatdırıb.

Seminarlarda məktəb direktorunun fəaliyyət rolları, keyfiyyətin idarə olunması mexanizmləri, elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, pedaqoji sənədlərin işlənilməsi, məktəb idarəetməsinin təkmilləşdirilməsi, kadr münasibətlərinin tənzimlənməsi, təminat-təchizat, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, payız-qış mövsümünə hazırlıq, dərslik təminatı, iaşə xidmətinin təşkili, maliyyə tənzimlənməsi, layihələr, olimpiadalar, müsabiqələr və digər müvafiq mövzularda tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sonda direktorları maraqlandıran suallara aydınlıq gətirilib.

 

Qeyd edək ki, seminarların keçirilməsinin əsas məqsədi idarəetmədə səmərəliliyin artırılmasına və tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etməkdən ibarətdir.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!