• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Türk Dünyası Dövlətlərinin Enerji Universitetlərinin Assosiasiyası yaradıldı-ADNSU-da

  • 26-10-2023, 07:36

 

 

Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Türk Dünyasının Enerji Lokomotivləri” adlı Beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, onun xatirəsini dərin ehtiramla yad ediblər. Sonra onlar görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıblar, onun abidəsi önünə gül düzüblər.

Konfrans iştirakçıları Şəhidlər xiyabanını, Türk şəhidliyi abidəsini və 44 günlük Vətən müharibəsində şəhid olmuş ADNSU tələbə və məzunlarının universitetdəki abidə kompleksini ziyarət ediblər.

Universitetin Akt zalında davam edən konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, o cümlədən Türkiyə və Azərbaycanın şəhid qəhrəmanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş belə bir konfransın keçirilməsinin Türk dövlətləri üçün  xüsusi əhəmiyyətini vurğulayıb. Türk dünyası ölkələri arasında bütün sahələrdə, xüsusən də siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələrin geniş müstəvidə inkişaf etdiyini qeyd edən dosent Vazeh Əskərov Türkiyə və Azərbaycanın eyni platformadan çıxış etməsini regionda təhlükəsizliyin təminatına mühüm töhfə kimi səciyyələndirib. O türk dünyasının birliyinin güclənməsi istiqamətində türkdilli dövlətlərin aktivləşdiyini qeyd edərək bugünkü konfrans çərçivəsində yaradılacaq “Türk Dünyası Dövlətlərinin Enerji Universitetlərinin Assosiasiyasını” mühüm addım adlandırıb. ADNSU-nun rektor əvəzi yeni yaradılacaq Assosiasiyanın türk dövlətlərinin enerji sektorunda, xüsusilə də yaşıl enerjiyə keçiddə əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfrans çərçivəsində ADNSU, Batman Universiteti, Daşkənd Kimya Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti və AUEZOV Universitetinin iştirakı ilə “Türk Dünyası Dövlətlərinin Enerji Universitetləri Assosiasiyası”nın yaradılmasına dair müqavilə imzalanıb.

İmzalanma mərasimində sonra çıxış edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Fatih Yılmaz, Batman Universitetin rektoru, professor İdris Demir, Daşkəna Kimya Texnologiya Universitetinin prorektoru, professor Ənvər Şırnayev konfransda iştirakdan məmnun olduqlarını və enerji sahəsində xüsusilə də alternativ və yaşıl enerjiyə keçiddə Türk dövlətlərinin birliyinin region üçün mühüm önəmindən danışıblar. Konfrans çərçivəsində yaradılan “Türk Dünyası Dövlətlərinin Enerji Universitetləri Assosiasiyası”nın bu sahədə Türk dövlətləri və bölgədəki enerji əməkdaşlığını inkişaf etdirməklə yanaşı enerji təhlükəsizliyinin təmin olunmasına, enerji mənbələrinin şaxələndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduqlarını qeyd ediblər.

ADNSU-nun Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev “ Heydər Əliyev və Azərbaycanda dayanıqlı energetikanın inkişaf strategiyası” mövzusunda çıxış edib. Türkiyə-Azərbaycan birliyindən və iki ölkənin enerji sahəsində qazandığı uğurlardan danışıb.

Konfrans  bədii hissədən sonra plenar sessiyalarla davam edib.

Qeyd edək ki, ADNSU və TİKA-nın birgə təşkilatçılığı və maliyyə dəstəyi ilə keçirilən ikigünlük beynəlxalq konfransda ölkəmizin bir neçə ali təhsil müəssisəsinin, dövlət və özəl qurumların təmsilçiləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Başqırdıstan və digər ölkələrdən qonaqlar iştirak edirlər. Konfrans işinin oktyabrın 26-da başa vuracaq.

 

 


Xəbərə dair fotosessiya

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!