• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

İnformatika dərsliklərindəki ciddi xətalar, qəbul imtahanlarında problemlər-Mütəxəssislə müsahibə

  • 27-11-2023, 14:26

Ötən il ilk dəfə olaraq on minlərlə abituriyent İnformatika fənni üzrə qəbul imtahan suallarını cavablandırmalı oldular. O vaxta qədər isə çağdaş dövrün tədris predmeti hesab olunan İnformatika az qala, ikinci dərəcəli fənn hesab edilirdi. I ixtisas qrupu üzrə Rİ alt-qrupuna əlavə olunması fənnin az qala, xilasına gətirib çıxarsa da, bu qərar qəbul imtahanları zamanı başqa problemlərə yol açdı.

İnformatika fənni üzrə tanınmış mütəxəssis, təlimçi-müəllim, “Bələdçi” İnformatika Məktəbinin rəhbəri Tural Sofuyev Moderator.az-a müsahibəsində İnformatika fənni, dərsliklər, qəbul imtahanları ilə bağlı maraqlı məsələlərdən danışıb.

Qeyd edək ki, T.Sofuyevin rəhbərlik etdiyi müəllimlər komandasının hazırladığı abituriyentlər üçün “İnformatika bələdçisi” vəsaiti ötən il bu istiqamətdə şagirdlərin ən çox axtardıqları vəsaitlərdən olub.

-İnformatika dərslikləri ilə bağlı əsas problemlər nələrdir?

-İnformatika dərslikləri hazırda ən aktual problemlərdən biri olmaqla qalır. Burada problem dedikdə dərsliyin həcmi, yazılma predmeti, səhifə miqyası və s. nəzərdə tutulmur. Bildiyimiz kimi, informatika üzrə iki kateqoriya əsasında imtahan verilir: I qrupun Rİ altqrupu üzrə ali məktəblərə qəbul imtahanı və MİQ çərçivəsində informatika fənni müəllimləri üçün işəqəbul imtahanları. Hər iki istiqamət üçün proqram alt çərçivəsi hazırlanıb. İmtahanlar sualları həmin proqram səviyyəsi və sinif dərsliklərinə əsaslanaraq  hazırlanır.

Lakin MİQ-də bu fikrin heç də adekvat həyata keçmədiyi  hiss olundu. Çünki proqramdankənar bəzi mövzular var idi ki, onlar suallarda öz əksini tapmışdı: məsələn, say sistemləri və onun kimi bir neçə mövzu... Predmet proqram və sinif dərsliklərində heç vaxt öz əksini tapmayıb. Namizəd isə nəyə əsasən hazırlaşır? Təbii ki, proqrama və sinif dərsliklərinə. O bunlara nəzərən hazırlaşır amma imtahan prosesi zamanı qəfil proqramdan kənar sualla rastlaşır.  Bu isə onun nəticəsinə birbaşa təsir göstərən amildir. MİQ-də informatika fənni üzrə suallar nisbətən çətin salınırsa, burada heç bir problem yoxdu. Çünki onu cavablandıracaq şəxs müəllim, yaxud namizəddir və o bu sualların öhdəsindən gəlməlidir. Amma digər tərəfdən, bu suallar sinif dərsliklərinə nəzərən hazırlanıbsa, o zaman ortaya başqa bir sual çıxır: Bu dərsliklər təqdim olunan sualların çətinlik dərəcəsini, izahını nə dərəcədə dolğun ifadə edə bilib? Əsas məsələ budur. Bunun üçün də yaxşı olardı ki, MİQ üçün tərtib olunan proqram əsasında mütləq vahid dərslik forması hazırlansın. Əks təqdirdə, bu müəyyən problemlərə gətirib çıxaracaq. Çünki müəllim istər-istəməz orta məktəb şagirdinin oxuduğu sinif dərsliyi ilə hazırlaşmalı olacaqdır. Sinif dərsliyi isə həmin proqramı tam əhatə edə bilməyəcək.

-Orta məktəblərdə informatika fənni üzrə tədris olunan sinif dərslikləri imtahan suallarına nə dərəcədə adekvat cavab verir?

-Sinif dərsliklərinin abituriyentlər üçün qənaətbəxş olmamasının, həmçinin, onların gözdən salınmasının bir neçə səbəbi  var. Birinci səbəb isə, həmin kateqoriya üzrə Dövlət İmtahan Mərkəzinin özünün də test topluları və hazırlıq vəsaitlərini hazırlamasıdır. Abituriyent də düşünür ki, imtahanı götürən qurum DİM-dir, deməli,  onun hazırladığı vəsaitə daha çox diqqət ayrılacaq. Daha onun sinif dərsliklərindən kənara çıxıb-çıxmaması, eləcə də başqa problemləri abituriyenti maraqlandırmır. Şagird istər-istəməz DİM-in hazırladığı vəsaitləri alır və hazırlıq prosesini onunla aparır. Bu da təbii ki, sinif dərsliklərini kölgədə qoymuş olur.

DİM bütün fənlər üçün bu vəsaitləri hazırlayır. Sual olunur: bunlar hansı səbəbə görə hazırlanır?  Bu həm də o deməkdir ki, həmin fənlərlə bağlı olan dərsliklər, yaxud hansısa vəsaitlər qəbul proqramını tam əhatə etmir. Ona görə də yeni hazırlıq vəsaitinin hazırlanmasına ehtiyac hiss olunur. Düşünürəm ki, bu məsələdə DİM və ETN birləşməlidir. Əgər sinif dərslikləri qəbul proqramını tam əhatə etmirsə, demək, DİM-in bu istiqamətdə atdığı addım uğurludur. Qəbul imtahanına hazırlıq prosesi də o zaman ancaq bu vəsaitlər üzərindən aparılmalıdır. Elə özümü götürüm, əgər şagirdəmsə və qəbuldakı suallar DİM-in hazırladığı vəsaitdən düşəcəksə, o zaman mənim sinif dərsliklərini oxumağa nə ehtiyacım var?

Dərsliklərdəki problem elə buradan başlayır: imtahan keçirən bir qurum özü hansı səlahiyyətə, hansı Şuranın verdiyi qərara əsasən hazırlıq vəsaiti hazırlayır? Dərsliklərin hazırlanması ilə bağlı şura nazirliyin tabeliyindədirsə və sinif dərsliklərinin hazılanması onların səlahiyyət çərçivəsindədirsə, o zaman alternativ vəsaitlərin varlığı maraqların toqquşmasına gətirib çıxaracaqdır. Və bu toqquşma da özünü imtahanlara hazırlıq prosesində göstərir. Biz vəsaitlər arasında seçim edərkən sinif dərsliklərini kölgədə qoymuş oluruq.

-Ümumiyyətlə, İnformatikanın tədrisi prosesində ən çox yol verilən xətalar hansılardı?

-Ali məktəblərə sənəd verən abituriyent İnformatika fənninin yer aldığı Rİ altqrupunu seçibsə, deməli o artıq ixtisaslaşma istiqamətində ilkin addımı atıb. Çünki bu altqrup üzrə yalnız bəlli İT əsaslı ixtisaslar var ki, abituriyent müsabiqədə yalnız onları qeyd etmək hüququna malikdir. Deməli, o yekunda artıq ixtisaslaşma üzərində qərar qəbul edib. O zaman gəlin belə danışaq, yaxşı olardı ki, bu ixtisaslaşdırma elə orta məktəb vaxtlarından tətbiq olunsun. Şagird VIII sinfə qədər, ənənəvi qaydada, yəni bütün ixtisasları, fənlər üzrə təhsil alır. Amma sonrakı yuxarı siniflərdə (IX-XI) o artıq bəlli  ixtisas üzərində öz tədris və hazırlıq proqramını qurmuş olur. Yaxşı olardı ki, ETN ixtisaslaşma seçimi edən şagirdlər üçün bəlli  bir ortam yaradıb, sırf informatika təmayüllü sinifləri təşkil etsin. Bu, bizim təhsilə çox şeylər qazandırmış olacaq: Rİ altqrupu üzrə imtahan verəcək şagird artıq IX sinifdən etibarən sırf bu istiqamətdə öz hazırlığını aparacaqdır. O əlavə vaxt itirməyəcək, özünü izafi informasiyalarla yükləməyəcəkdir. İxtisasını daha da təkmilləşdirəcək.

-Sizcə, İnformatika dərsliklərini şagird üçün necə maraqlı və anlaşıqlı etmək olar?

-Bunun üçün bir neçə versiyanı səsləndirmək istərdim: Birincisi, rayon-kənd məktəblərində informatika kabinetləri, kompüter və avadanlıqların durumu qənaətbəxş deyil. Kompüter otaqları ancaq yoxlama gələndən gələnə yaxşılaşdırılır. Bu bəzi Bakı məktəbləri üçün də yetərlidir. Yaxşı olardı ki, bütün məktəblərdə informatika fənni praktiki əsaslarla, fənn kabinetlərində aparılsın. Məsələn, mən “Word” proqramını şagirdə kompüter üzərində əyani deyil, yalnız şifahi şəkildə nəzəri əsasla keçsəm, bu mövzunun təkmilləşməsinə çox mane olacaq. Buna görə də sırf informatika kabinetlərinin təkmilləşdirilməsinə və əyani əsaslı mövzuların məhz oralarda keçirilməsinə zəruri ehtiyac var.

-Hansı mövzuların dərsliklərə salınmasına zəruri ehtiyac olsa da, orada öz əksini tapa bilməyib?

-Çox aktual bir mövzudur. Elə vacib, həyati tətbiq əhəmiyyətli mövzu olur ki, o sırf qəbul proqramında öz əksini tapmadığı üçün şagird, abituriyent üçün o qədər də maraqlı olmur. Repetitor və müəllimlər və həmin mövzunun üzərindən səthi olaraq keçirlər. Biz informatikadan əsasən nələri öyrənirik: proqramlaşma dilləri, informatikanın müasirliyi və s. Amma bütün dünyada  əsas İT mövzusu hesab edilən “fuzzy logic”, Lütfi Zadənin elmə gətirdiyi qeyri-səlis məntiq tədris proqramına salınmır. Bizim ən dahi alimlərimizdən birinin dünya elminə gətirdiyi bir yeniliyi dərsliklərimizdə qabartmırıq. Bu nə deməkdir?! Birincisi, öz milli təbliğimizə zidd olan məsələdir. İkincisi də bu gün bu məntiqdən istifadə olunmaması dünyada bütün sahələrdə xaosa gətirib çıxaracaq. Amma dərsliklərimizdə bu yoxdu. Bütün dünya robotlardan danışır. Bu robotlar Lütfi Zadənin məntiqi əsasında işləyir. Amma proqramımızda o yoxdu.

-Ali məktəblərə qəbulda İnformatika fənni  üzrə hazırlıq zamanı abituriyentlər ən çox nələrdən əziyyət çəkirlər?

-Abituriyentlərin ən çox əziyyət çəkdikləri hissə proqramlaşdırma, alqoritm kimi mövzulardır. Riyaziyyat, fizika, kimya və s. oturuşmuş baza üzərindən işləyir. Şagird riyaziyyat üzrə ən azından, vurma cədvəlini, hesablama əməllərini bilir. Təbii ki, bu çox elementar nümunədir. Amma təsəvvür edin ki, informatika üzrə bu da olmayıb. Qəbul imtahanlarına salınmayana qədər informatika məktəblərdə bədən tərbiyəsi, musiqi fənləri kimi kölgədə qalıb. Avtomatik olaraq fənn də təkmilləşdirilib. Amma təsəvvür edin ki, biz belə bir situasiyada məktəblərdən proqramçı tələb edirik. “Mümkün deyil” deməyək, çünki fitri istedadlı uşaqlarımız hər zaman var. Amma  ümumi götürdükdə vəziyyət çox qəlizdir. Məktəbdə yaxşı proqramçıların yetişməsi üçün öncə burada informatikanı güclü keçə bilən müəllim tələb olunur. Yaxşı kadrların isə əksəriyyəti əmək haqqı səbəbindən özəl şirkət və ya başqa iş yerlərinə çalışmalı olurlar. Biz öncə məktəbdə gələcəyin proqramçılarını həvəsləndirə, onları düzgün istiqamətləndirməyi bacaran müəllimləri hazırlamalıyıq.

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 11:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 06:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 04:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 09:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 13:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 09:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 07:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Buraxılış imtahanları yenilənməlidir: Azərbaycan tarixi ilə bağlı TƏKLİF
Təcrübə-təlim proqramına QOŞUL – MÜƏLLİM OL! proqramı BAŞLADI!
Şagirdlərin geyim formasının standartlarını təsdiqləndi

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!