• (051) 329-72-72 (051) 562-13-12
  • [email protected] Elm və təhsil tədqiqatları saytı
  • Təhsil tədqiqatları
  • Elm və Təhsil
    • Rəsmi xəbərlər
    • Kolleclər
    • Peşə təhsili
    • Maraqlı
    • Elmin Nuri -Mediada
    • Elm dünyası və texnologiya
    • Ən vacib təhsil bilgiləri
    • MİQ-ə buradan hazırlaş
  • Texnologiya
    • Startap dünyası
    • İTE Azərbaycan
    • STEAM təhsil
    • TutorLab
    • IT mühəndisliyi
  • Təhsil xidmətləri
    • Metodist və tərbiyəçilər
    • Bağçalara qəbul
    • Bağçalara işə qəbul
    • Məktəbə hazırlıq qrupları
    • İbtidai təhsil
    • MİQ
    • Direktorlar və DİQ
    • Tələbə dünyası
    • Karyera mərkəzləri
    • Tələbə kreditləri
    • Tələbə köçürmələri
    • Təhsilin İnkişafı Fondu
    • Təhsil Tələbə Krediti Fondu
  • Təhlil və araşdırma
  • Xaricdə təhsil
  • Qəbul imtahanları
    • Buraxılış və qəbul imtahanları
    • Magistratura
    • PHD
    • Doktorantura
    • Dövlət qulluğu
    • Rezidentura
    • DİM xəbərləri
    • İxtisas seçimi
  • Dərslər və testlər
    • Müəllimlər üçün
    • Abituriyentlər üçün
    • PDF kitablar

Təhsilin "xəncər" yarası... – Repetitorluq - Dünyada və bizdə-TƏHLİL

  • 25-05-2023, 10:00

Repetitorluq nəinki təhsilimizi inkişaf etdirən, hətta onu iflic duruma salan səbəblərdən biridir. Dünyanın hər yerində bu xidmət sahəsi var. Amma problemin əsas motivi repetitorluğun böyük şəbəkəyə çevrilməsi, təhsil mühiti üçün psixoloji baryer olmasıdır.

 

 

Yanlış səmtdə “yol gedən” repetitorluq

 

Təəssüf ki, çağdaş dövrdə repetitorluq öz missiyasının sərhədlərindən tamamilə kənar hərəkət etmiş, təhsil prosesinin ümumi mənzərəsini müəyyənləşdirən bir mexanizmə çevrilib. Burada bir çox orta ümumtəhsil müəssisələrindəki tədris keyfiyyətinin aşağı olmasının da müəyyən təsirləri var. Həm bu, həm də digər səbəblərdən məktəbin  tədris mühitinə, maarifçilik missiyasına ciddi zərbə vurmağı bacaran repetitorluq son 20 ildə ali təhsil almaq istəyənlər üçün yeganə seçimə çevrilmişdir. Təbii ki, dünyanın bir çox yerlərində əlavə təhsil xidməti ilə məşğul olan repetitorlar fəaliyyət göstərir,  repetitorluq institutu geniş yayılıb. Lakin əksər ölkələrdə repetitorluq sistemi özünün məzmun və xarakterinə görə əsas tədris prosesinin faydalılıq mexanizmini daha da artıran yardımçı element rolunu oynamışdır. Həmçinin, tematik bölgüyə görə də fərqlənən repetitorluq fəaliyyəti insanlar üçün keyfiyyətli xidmət sahəsinə çevrilib. Bu gün Avropa və başqa qitələrdə repetitorluq fəaliyyəti yalnız hər hansı konkret bir sahə, ixtisas  üzrə ixtisaslaşmaq istəyən müraciətçilər üçün praktiki məşğələ rolunu oynamışdır. Azərbaycanda repetitorluq xidmətinə müraciət edənlər mütləq əksəriyyəti ali məktəbə qəbul olmaq istəyənlərdir. Lakin orta məktəblərdəki tədris  proqramı ilə, ali məktəblərə qəbul imtahanları  üçün hazırlanmış test tapşırıqları  arasında kifayət qədər fərqlər, uyğunsuzluqlar yaranır. Təəssüf ki, cəmiyyətdə “repetitor yanına getmirənsə, universitetə də qəbul oluna bilməyəcəksən” düşüncəsi birbaşa psixoloji baryer rolunu oynamaqdadır.

 

 

“Repetitorluq üzümüzü ağ edir” deyənlər üçün...

 

Repetitorluq fəaliyyətinin təhsilin nüfuzuna ciddi zərbə vuran elementləri:

 

-Tədris proqramı ilə qəti şəkildə uyğunluq təşkil etməyən test tapşırıqları -  Qəbul imtahanlarında test tapşırıqlarının çətinlik dərəcəsi demək olar ki, ildən-ilə artırılır, müxtəlif formasiyalarda dəyişdirilir. Ali məktəblərə qəbulun bir neçə il üzrə  nəticələrinin təhlili göstərir ki, ayrı-ayrı fənlər üzrə təqdim edilən test tapşırıqları, hətta fənn müəllimləri tərəfindən müəyyənləşdirilmiş vaxt çərçivəsində həll edilə bilmir. Bu vəziyyət nəticələrə təsir etməklə yanaşı, valideynləri təşvişə salır və onları repetitora müraciət etməyə sövq edir;

 

-Tədris proqramları ilə qəbul imtahan proqramı arasında eyniliyin olmaması:

 

Ali məktəblərə qəbul zamanı tətbiq edilən testləri təhlil edən müəllim və mütəxəssislər fikrincə,  imtahanlara təqdim edilən test tapşırıqları əsasən  xüsusi istedadlı şagirdlər üçün tərtib edilmişdir. Məsələn,  Riyaziyyatdan hesablamaları vaxt aparan, xüsusi yanaşma tələb edən, həll metodikası mürəkkəb olan, kütləvi tədris proqramlarında olmayan kompleks ədədlər və tərs triqonometrik tənliklərə aid və olimpiada tipli suallar bir neçə dəfə qəbul imtahan proqramında  üstünlük təşkil etmişdir. Fizika fənnindən eyni zamanda, iki və daha çox prosesin araşdırılması, dərslikdən əlavə materiallara müraciət edilməsi tələb olunan suallar daxil edilmişdir. Tarix fənnindən proqramda diqqəti cəlb etməyən, Azərbaycan və dünya tarixində əhəmiyyət kəsb etməyən, dərslikdə bir cümlə ilə ifadə edilən suallar verilmişdir. Digər fənlər üzrə də analoji hallar müşahidə edilmişdir.

 

-Test hazırlığı ilə məşğul olan ekspertlərin, bunkerlərin diqtəsi - Bu müəllimlər test tapşırıqları hazırlayarkən çətinlik səviyyəsi yüksək testlərə üstünlük verməklə yanaşı, orta məktəb proqramında olmayan, xüsusi əhəmiyyət kəsb etməyən məsələlərlə bağlı suallar daxil edirlər.

 

 

Bəs, nə etməli?

 

Ən birinci atılmalı addım repetitorluğu indiki “inkişaf modeli”ndən uzaqlaşdırmaq, məktəb üzərindəki hegemoniyasını yox etməkdir. Bir məsələyə xüsusi diqqət etmənizi xahiş edərdim: istər sosial şəbəkələrdə, istər media, istərsə də cəmiyyətdə repetitorluğa qarşı narazı ifadələr eşitmişik. Amma birmənalı pisləyən fikirlərin heç biri bu xidmət sahəsinin mahiyyətini aşağılamaq üçün deyilmir. Hamı anlayır ki, bəzi situasiyalar var ki, orada əlavə öyrətmə xidmətindən istifadə vacib və zəruri ola bilər. Necə ki, dünyanın təhsil baxımdan inkişaf etmiş ölkələrində də bu metoddan istifadə edilir. Əmin olun, narazılıq dolu ifadələr yalnız və yalnız repetitorluğun Azərbaycan modelinə olan münasibətə görədir. Bizdəki repetitorluq institutu özünü insanlar üçün az qala, hava-su funksiyası kimi təqdim edir. Yəni, repetitorlar olmasa, təhsilimizin heç bir inkişafı ola bilməz. Şagird heç bir nəticə qazanmaz! Bəli, bugünkü məktəb mühiti şagirdi universitetə hazırlaya bilmir. Amma onu bu hala salan həm də repetitorlar olmadımı? Bir müddət öncə öncə professor Şahlar Əsgərov Moderator.az-da repetitorluğu təhsilin kürəyinə saplanan xəncərə bənzətdi. Kifayət qədər doğru bənzətmədir. Bizdə də repetitorluq məhz bu xəncər funksiyasını yerinə yetirib. Amma indi özü yaraladığı yaranın üzərini azacıq da bağlamaqla məşğuldur. Cəmiyyət isə bu ikili prosesdə yalnız ikinci tərəfi görür.

 

 

İkinci təxirəsalınmaz addım isə orta ümumtəhsil müəssisələrinin tədris proqramı ilə ali məktəblərə qəbul imtahan proqramının uyğunluq dərəcəsinə xüsusi diqqət edilməlidir. Bu istiqamətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi  ilə, Dövlət İmtahan Mərkəzinin arasındakı qarşılıqlı işgüzar əlaqələr daha da inkişaf etməlidir.

 

Ən vacib məsələ isə məktəb mühitini repetitorluğun kölgəsindən xilas etməkdir.  Əks halda, biz gələcəyin uğurlu təhsilinə ümid edə bilmərik. Bunun üçün xüsusi proqram hazırlanmalı, bir neçə il üçün pilot məktəblər seçilməli, repetitorların xidmətini oradakı müəllimlər həyata keçirməlidirlər. Məsələn, paytaxtda fəaliyyət göstərən Diyanət Vəqfi Bakı-Türk Liseyinin nümunəsini ölkə məktəblərinə tətbiq etmək olar. İkincisi, repetitorlar sahibkar kimi vergi öhdəçiliyinə cəlb edilməli, onların xidməti fəaliyyətləri leqallaşdırılmalı və ictimaiyyət qarşısında hesabat verməlidirlər. Üçüncüsü, yalnız Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən xüsusi icazə sertifikatı alan repetitorların fəaliyyətinə icazə verilməli, digərləri üçün isə bu, qadağan edilməlidir”. (MODERATOR.AZ)

 

Elmin Nuri

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı

Xaricdə təhsil mərkəzləri, kurslar, vakansiyalar
MİQ-ə buradan hazırlaş
  • Çox oxunanlar
  • Ən vaciblər
5 və 6 günlük məktəblərdə "Son zəng" nə zaman keçiriləcək?
12-06-2025 16:07  
AzTU-nun Yüksək Təhsil İnstitutuna yeni direktor təyin olunub
11-06-2025 10:09  
II və III qruplarda ən yüksək balı onlar TOPLADILAR - ADLAR
11-06-2025 14:40  
BDU-da qızılı stafilokok bakteriyasına qarşı müqavimət mexanizmlərinə dair araşdırmalar aparılır
11-06-2025 15:24  
TKTA: May ayında 369 nəfərin diplomu tanınıb
12-06-2025 10:42  
Emin Əmrullayev omanlı həmkarı ilə görüşüb
12-06-2025 13:54  
Elm və təhsil naziri "Huawei" şirkətinin rəhbər heyəti ilə görüşüb
12-06-2025 17:55  
Məktəbdə psixoloji xidmət: səlahiyyət və məsuliyyət faktoru
02-04-2023 15:24  
Dövlət qulluğuna seçim zamanı namizədlərdə bu xüsusiyyətlər əsas götürülür-Diqqətli olun
05-12-2022 10:04  
Buraxılış imtahanında fərqli xarici dildə imtahan vermək olar?-DİM-dən CAVAB
05-12-2022 08:43  
Məktəb bufetlərində inanılmaz zərərlər- Şagirdlər üçün həyəcan təbili
04-12-2022 13:29  
Peşəkar mühasib sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək
09-09-2022 17:01  
AzTU-da “İT sahəsində ilk addımlar” adlı təlim keçirilib
04-08-2022 13:59  
Tələbələr “Mobillik” planı çərçivəsində sorğu və monitorinqlərə cəlb ediliblər
21-05-2022 11:09  
Köşə yazıları
Tələbələrinin köçürülməsində nələr dəyişdi?
Vüsal Kərimli
Qərar vermək məsuliyyətinin ağırlığı
Əziz Əlibəyli
Süni intellektlə bağlı ciddi narazılıq və narahatlıq-SOS
Bəhruz Əliyev
Təhsil proqramları və dərsliklərdə qeyri-səlis məntiq - ARAŞDIRMA
İntiqam Cəbrayılov
Kvant üsulu ilə öyrənmək – Bütün müəllim üçün vacib bilgi
Qoşqar Məhərrəmov
Nadir İsrafilov: “Anım günü-xalqımızı Zəfərə aparan yola bir daha işıq salmaqdır.”
Nadir İsrafilov
Mənim Alma-Materimin ağ günləri -Rafiq Əliyevdən təsirli yazı
Rafiq Əliyev
“Elm günü” və elmimizin günü ilə bağli düşüncələr
Tahirə Allahyarova
Öyrətmənin fəlsəfəsi - Yeni təhsil nəzəriyyəsi
Şahlar Əsgərov
Məktəb icması haqqında pedaqoji düşüncələr
Ənvər Abbasov

Haqqımızda

Edupress.az  elm və təhsil portalı bu iki predmetlə bağlı araşdırma və tədqiqatlar, vacib metodiki bilgilər, zəngin informativ materiallarla çıxış edən onlayn resursdur. Daha çox təhsil tədqiqatlarının yer aldığı portal həmçinin qanunvericiliklə bağlı zəruri bilgiləri, faydalı xarici təcrübələri, tarixi nümunələri  təhsil caməsinə təqdim etməyi qarşısına hədəf qoyub.

 

Təsisçi və baş redaktor: Elmin Nuri 

 

 

Son xəbərlər

Riyaziyyat fənni üzrə nəticələr aşağıdır - DİM sədri
III qrupda keçid balları artacaq - Məleykə Abbaszadə
Psixoloqlar müsahibəyə cəlb olunacaqlar

Elm və Təhsil

  • Rəsmi xəbərlər
  • Kolleclər
  • Peşə təhsili
  • Maraqlı
  • Elm dünyası və texnologiya
  • Ən vacib təhsil bilgiləri
  • MİQ-ə buradan hazırlaş

Əlaqə

  • Ünvan Bakı şəhəri,  Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 18
  • Mobil(051) 329-72-72
  • E-mail[email protected]
© 2022 | EduPress.Az
Bütün hüquqları qorunur!